Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3708/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X18 müstəqil tələb irıli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi.
1. İddiaçı Cavabdehnə qarşı “dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMCdən İddiaçı xeyrinə 25000 manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat, ümumilikdə 25125 manat pulun və ödənilmiş 165,80 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X18 08 fevral 2019-cu il tarixdə, saat 07:40 radələrində 3 saylı marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, Cavabdeh MMC-yə məxsus “İveco Crealis”markalı, **-JH- *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindən sağa H.Ələsgərov küçəsinə dönüb 10 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin (sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) tələbinə riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa imkanı olduğu təqdirdə, bu tələblərə riayət etməmiş, avtobusun qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan həmin vaxt yolun hərəkət hissəsini keçməkdə olan piyada X5 vuraraq ona sol qalça-qasıq, cinsiyyət yarığı və sağ bud nahiyələrinin iri ölçülü əzilmiş-cırılmış yarası, aralıq nahiyəsinin düz bağırsağa keçən iri ölçülü əzilmiş-cırılmış yarası, İV dərəcəli travmatik və hemorragik şokla nəticələnən sağ bud arteriyası və venasının zədələnməsi və çanaq, sağ bud, sol baldır sümüklərinin sınıqları, sol aşağı ətrafın baldırın ön-iç səthindən başlayan və pəncənin üstiç səthindəki davam edən iri ölçülü qançırı, sağ bud və qarın nahiyəsinin sıyrıqları kimi həyati, ölümlə birbaşa səbəbli əlaqələri olan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirməklə onun ölümünə səbəb olan hadisə törətmişdir. Hadisə nəticəsində həyatını itirmiş X8 İddiaçı bacısı olmuşdur. Mərhum X1 şəhərində anadan olub. X8 azyaşlı övladı ilə birlikdə İddiaçı yanında yaşayıb. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-234/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, hesab edir ki, hadisə nəticəsində ona 25000 manat mənəvi ziyan dəymişdir. X8 onun bacısıdır. O, mərhum bacısı X8 ilə bir evdə yaşamışdır. Bacısı "xxxx" MMC-də işlədiyi üçün hər gün onu aparıb Koroğlu metrosunun qarşısından işə yola salırdı. Bacısının bu faciəvi şəkildə ölümündən sonra o hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. Mehriban Hüseynovanın faciəvi şəkildə ölümü həyatının sonuna qədər onun qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. Mehriban Hüseynovanın ölüm səbəbi Cavabdeh MMC şirkətinin işçisi X9 və eləcə də şirkətin digər əməkdaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər Cavabdeh MMC-in rəhbərliyi nəqliyyat vasitəsi idarə etməsinin cəmiyyət üçün təhlükəli olan şəxsi, yəni, Elxan Məmmədovu şirkətə sürücü olaraq işə götürməsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan Cavabdeh MMC tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənilsə də, X5 heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi, Mehriban Hüseynova hal-hazırda həyatda olardı və o bacısının ölməsinə görə mənəvi istirab çəkməyəcəkdi. X19 iddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 manat pul ödəmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etməyərək bildirmişdir ki, X3 oğlu tərəfindən qaldırılmış iddia tələbi üzrə 30000 manat məbləğində mənəvi zərərin ona ödənilməsi, X3-anası tərəfindən qaldırılmış iddia tələbi üzrə 10000 manat məbləğində mənəvi zərərin ona ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Hadisənin baş verməsində təqsirli olan sürücü tərəfindən xəstəxana və yas mərasimi xərcləri qarşılanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, X18 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi
İş materialları
6. 5 saylı Bakı “Asan xidmət” tərəfindən verilmiş AZ İİ seriyalı 515362 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə ölmüşdür.
7. İ- KГ seriyalı 429918 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1973-cü ildə doğulmuşdur. X4 və anası X14 olmuşdur.
8. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(006)-234/2019 saylı hökmün surətindən müəyyən olunur ki, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X18 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablanması, X18 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, X6 ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul tutularaq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut kimi tanınmış “İveco Crealis” minik markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus sahibi Cavabdeh MMC-nin istifadəsində saxlanılması hökm edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3958/2023 saylı xx.xx.2023-cü il qətnaməsindən müəyyən olunur ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X7 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli qətnamə qismən, yəni iddiaçı X10 dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə onun xeyrinə Cavabdehndən tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 11 aprel 2023-cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddiaçı X7 Cavabdehnə qarşı irəli sürdüyü “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, iddiaçı X10 dəymiş mənəvi zərərin pul məbləğində Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu olaraq 120 (yüz iyirmi) manat məbləğində pulun Cavabdehndən tutularaq dövlət nəfinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət olunmuşdur.
10. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-4005/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Cavabdehndən 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərə görə kompensasiya və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pul tutularaq X11 ödənilməsi qət olunmuşdur.
11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1477/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(010)-4005/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(010)-4005/2024 nömrəli qətnaməsi dəyişdirilməsi və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X11 ödənilməsi qət olunmuşdur.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.
İşin faktiki halları.
13. X8 xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə məxsus, X9 idarə etdiyi “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusun onu vurması nəticəsində ölmüşdür. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(006)-234/2019 saylı hökmünə əsasən X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu hadisədən sonra ölən şəxsin oğlu iddiaçı X15 mənəvi zərərin tutulması tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə 10.000 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq dövlət nəfinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət edilmişdir. Həmin qətnamədən narazı qalan tərəflər apellyasiya şikayəti vermişlər və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3958/2023 saylı xx.xx.2023-cü il qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X7 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli qətnamə qismən, yəni iddiaçı X10 dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə onun xeyrinə Cavabdehndən tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 11 aprel 2023- cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddiaçı X7 Cavabdehnə qarşı irəli sürdüyü “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, iddiaçı X10 dəymiş mənəvi zərərin pul məbləğində Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu olaraq 120 (yüz iyirmi) manat məbləğində pulun Cavabdehndən tutularaq dövlət nəfinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət olunmuşdur. Daha sonra ölən şəxsin anası X14 mənəvi zərərin tutulması tələbi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-4005/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdehndən 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərə görə kompensasiya və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pul tutularaq X11 ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1477/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(010)-4005/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(010)-4005/2024 nömrəli qətnaməsi dəyişdirilməsi və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X11 ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2085/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X12 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.
17. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi.
20. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, X8 xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə məxsus, X9 idarə etdiyi “İveco Crealis” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusun onu vurması nəticəsində ölmüşdür. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(006)-234/2019 saylı hökmünə əsasən X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu hadisədən sonra ölən şəxsin oğlu iddiaçı X15 mənəvi zərərin tutulması tələbi ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə 10.000 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq dövlət nəfinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət edilmişdir. Həmin qətnamədən narazı qalan tərəflər apellyasiya şikayəti vermişlər və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3958/2023 saylı xx.xx.2023-cü il qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X7 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2023-cü il tarixli qətnamə qismən, yəni iddiaçı X10 dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə onun xeyrinə Cavabdehndən tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 11 aprel 2023-cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddiaçı X7 Cavabdehnə qarşı irəli sürdüyü “mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, iddiaçı X10 dəymiş mənəvi zərərin pul məbləğində Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu olaraq 120(yüz iyirmi) manat məbləğində pulun Cavabdehndən tutularaq dövlət nəfinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət olunmuşdur. Daha sonra ölən şəxsin anası X14 mənəvi zərərin tutulması tələbi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-4005/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdehndən 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərə görə kompensasiya və “Ekol” Vəkil Bürosu ilə bağlanmış 423 saylı 17 iyul 2024-cü il tarixli müqaviləyə əsasən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat pul tutularaq X11 ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1477/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(010)-4005/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(010)-4005/2024 nömrəli qətnaməsi dəyişdirilməsi və mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X11 ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2085/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1477/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.
21. İddiaçının 25 000 manat mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”.
22. Məhkəmə hesab edir ki, iddiaçının bacısının baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi və fiziki əzab çəkməsi şübhəsizdir və deməli, zərərçəkənin, yəni iddiaçının mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə onun bacısının baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ölməsi nəticəsində mənəvi əzab çəkməsi barədə dəlillərini inandırıcı qəbul edir. Zərərçəkən bunu 25 000 manat dəyərində qiymətləndirir.
23. Plenum qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
24. Məhkəmə qeyd edir ki, iddiaçı cinayət işinin istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi olmuş, ölən şəxs hadisə baş verən günə kimi onunla birlikdə yaşamış, onun yas və dəfn mərasimləri iddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçının baş vermiş cinayət hadisəsi nəticəsində bacısının ölümü ilə bağlı uzun müddət ərzində iztirab və mənəvi sarsıntı keçirməsi anlaşılandır.
25. Buna baxmayaraq məhkəmə hesab edir ki, mənəvi zərərlə bağlı tələb olunan məbləğ həddindən artıq çoxdur və mənəvi zərərin 5000 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətlidir.
Məhkəmə xərcləri.
26. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 165,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsi ilə qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin olunmalı, Cavabdehndən 5000 (beş min) manat məbləğində mənəvi zərər və göstərilən hüquqi yardıma görə ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli və iş üzrə ödənilmiş - 70 (yetmiş) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı xeyrinə tutulmalıdır. 28.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin olunsun. Cavabdehndən 5000 (beş min) manat məbləğində mənəvi zərər və göstərilən hüquqi yardıma görə ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş - 70 (yetmiş) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova