Məhkəmə qərarları › İş №e-2(010)-3844/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3844/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3844/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh Fərhad oğluna qarşı "sığorta ödənişinin tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi 5 000,00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70,00 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5 070,00 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "AtaSığorta” ASC-nin xeyrinə ödənilməsi. İddia tələbinin dəlilləri "xxxx" ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mitsubishi Canter” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Fərhad oğlu xx.xx.2019-cu il tarixdə “Mitsubishi Canter” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində X8 vəfat etmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Abşeron Rayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh Fərhad oğlu AR Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinmiş və hökmdə Cavabdeh Fərhad oğlunun hadisə yerindən yayındığı qeyd olunmuşdur. Abşeron Rayon Məhkəməsinin "xxxx" ASC-yə təqdim etdiyi hökmə əsasən Cavabdeh Fərhad oğlu yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cəmiyyət tərəfindən Cavabdeh Fərhad oğlunun ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/420 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh Quzanov (Cəlilov) Etibar Bəxtiyar oğlu iddianı qəbul edərək, izahatında göstərdi ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomaşını özü idarə etmişdir. Həmin zaman maşını idarə etmək üçün etibarnaməsi olmamışdır. Onun dostu Mahirin səhhəti pisləşdiyindən avtomaşını özü idarə etmişdir. Həmin avtomaşınla bağlı dostu Mahirin etibarnaməsi olmuşdur. İddiaçının tələb etdiyi məbləği ödəməyə imkanı yoxdur. Belə ki, maddi imkanı çox ağırdır. Yalnız hissə-hissə həmin məbləği ödəyə bilər. İş materialları Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il taixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu il taixdə ölmüşdür. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-88/2020 saylı hökmdən görünür ki, Cavabdeh Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 68.1 1-1-ci və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh Fərhad oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264cü maddələri üzrə təyin edilən əsas və əlavə cəzalar qismən toplanılmış və üzərində qəti olaraq, 01 (bir) il 08 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh Fərhad oğlunun ibtidai istintaq dövründə tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 06 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza saxlanılmışdır. Nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən görünür ki, X5 tərəfindən xx.xx.2019-cu ildən xx.xx.2020-cı il tarixədək “Mitsubishi Canter” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili sığortalamışdır. 004001 saylı xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC tərəfindən X2 5000 (beş min) manat məbləğində ödəniş etmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Cavabdeh Fərhad oğluna ünvanladığı bildirişdə göstərilmişdir ki: ““Mitsubishi Canter’' markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cıı il tarixində PAA ********** saylı müqavilə ilə "AtaSığorta” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunmuşdur. Cavabdeh xx.xx.2019-cıı il tarixdə “Mitsubishi Canter’’ markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində X8 ölmüşdür. Qeyd olunan zərərin aradan qaldırılması üçün "AtaSığorta” ASC tərəfindən 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR DİN BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsinin qərarına əsasən siz yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Abşeron Rayon Məhkəməsinin qərarında sizin yol-nəqliyyat hadisəsi yerindən yayındığınız qeyd olunmuşdur. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin ıniilki ınəsıı/iyyəlinin icbari sığortası üzrə baş vcrıniş sığorta hadisəsi zamanı süriicü hadisə yerindən yayınmış otduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı veri/ıııiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Odur ki. yuxarıda qeyd olunanlara əsasən, "AtaSığorta” ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5 000,00 (beş min) manat sığorta ödənişi məbləğində pul vəsaitini sizdən tələb etmək hüququna malikdir. Bu səbəbdən də göstərilən məbləği 10 (on) gün müddətində "xxxx" ASC-yə ödəməyi xahiş olunur. Ödəmədiyi təqdirdə "xxxx" ASC tərəfindən müvafiq məhkəməyə ondan 5 000.00 (beş min) manat sığorta ödənişi məbləğinin. 500.00 (beş yüz) manat işlərin görülməsi xərcinin, cəmi 5 500.00 (beş min beş yiiz) manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə müraciət olunacaq və bu məbləğlə yanaşı, məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi sizin üzərinə düşəcəkdir.” Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1). Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, “Mitsubishi Canter” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-cı il tarixədək İddiaçı ASC-ti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, xx.xx.2019-cu il tarixdə Bakı-Şamaxı Yevlax yolu ərazisində İddiaçı ASC “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış X5 tərəfindən “Mitsubishi Canter” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və hadisə nəticəsində X8 vəfat etmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-88/2020 saylı hökmünə əsasən Cavabdeh Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 68.1 1-1-ci və Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh Fərhad oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264cü maddələri üzrə təyin edilən əsas və əlavə cəzalar qismən toplanılmış və üzərində qəti olaraq, 01 (bir) il 08 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh Fərhad oğlunun ibtidai istintaq dövründə tutma altında, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 06 (altı) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza saxlanılmışdır. 004001 saylı xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 5.000 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Mitsubishi Canter” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 5000 (beş min) manat "xxxx" ASC-nin Abşeron rayon hesabına köçürülmüşdür. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 5000 (beş min) manat həcmində subroqasiya hüququ yaranmışdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Fərhad oğlundan ödənilmiş sığorta ödənişi müqabilində 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Fərhad oğlundan ödənilmiş sığorta ödənişi müqabilində 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumuna görə 70.00 (yetmiş) manat olmaqla, ümumilikdə 5070 (beş min yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar