Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3915/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1170 manat pul vəsaitinin və 31,70 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Honda İnsight (Hibrid) minik markalı 77BS970 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri ərazisində Tufan S50 markalı mopedi ilə toqquşmuşdur və Bakı şəhəri, Nizami r-nu, Naxçıvanski küç., ev 4, mənzil 47-də yaşayan X6 avtomobil ilə vuraraq yüngül xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri, Xətai RPİ TŞ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh oğlu barəsində AR İXM-nin 327.6-cı və 327.8-ci maddələri ilə xx.xx.2023-cü il tarixli qərar yazılmışdır. Tufan S50 markalı mopedi vasitəsinə dəymiş zərərlə bağlı 420 manat ödənişi verilmişdir. X1 dəymiş ziyanla bağlı 750 manat məbləğində sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subqroqasiya hüququ yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X10 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, belə bir hadisənin olmadığını, mapedi sürənin üzünü görmədiyini bildirmişdir. Uber sirkətində işlədiyini şahidin belə qəzanı Priusun törətdiyini, lakin ərizədə Honda olaraq qeyd edildiyini qeyd etmişdir. İnzibati xətaya görə cərimə ona yazılmamasını, polisə izahat verilməsini bildirmişdir. İş materialları. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, AKT 984/23 saylı akta əsasən, 420 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən “Paşa Bank” vasitəsilə X7 ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19 xx.xx.2023-cü il tarixli 236 nömrəli ekspert rəyindən görünür ki, X3 bud-çanaq oynağının yumşaq toxmalarının şişkinliyi halında əzilməsi, dərialtı hemotoması, hərəkər məhdudluğu, sol qalça nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərdiyi kimi xx.xx.2023-cü il YHN zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir nəticəsinə gəlinmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş CML-0599/2023- AKT984/23 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığorta edilmiş “Honda İnsight (Hibrid)” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil mopedlə xx.xx.2023-ci il tarixdə toqquşmuş, sonuncuya zərər vurulmuşdur. Baş vermiş sığorta hadisəsinə görə zərərə uğranmış əmlakın (mopedin) sahibi X8 420 manat məbləğində sığorta ödənişi xx.xx.2023-cü il tarixində edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş CML-0599/2023- AKT817/23 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığorta edilmiş “Honda İnsight (Hibrid)” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2023-ci il tarixdə toqquşma nəticəsində X1 yüngül zərər vurulmuşdur. Baş vermiş sığorta hadisəsinə görə X8 750 manat məbləğində sığorta ödənişi xx.xx.2023-cü il tarixində edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış PAZ********** saylı icbari sığorta müqaviləsinə dair məlumatlara əsasən, X11 məxsus “Honda İnsight (Hibrid)” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətinə 5000 manat məbləğində sığortalanmışdır. xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesabatından görünür ki, hadisə nəticəsində “Honda İnsight (Hibrid)” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə, orta bazar qiymətləri nəzərə alınaraq, 420 manat məbləğində maddi zərər hesablanmışdır. xx.xx.2022-ci il tarixli 10121844 nömrəli nisyə satış müqaviləsinin və onun 2 saylı əlavənin surətindən görünür ki, "xxxx" MMC ilə X12 arasında müqavilə bağlanmış, TUFAN CUB50S sarı CN:R55PCBL82MHL53546, 2021 modelli, qiyməti 2100 manat olan motosiklet X2. Xətai Rayon Polis İdarəsinin Xətai Rayon X21 Şöbəsinin baş təhqiqatşısı polis mayoru Tural Abdulayev tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyərinin icbari sığorta üzrə hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh idarə etdiyi “Honda İnsight (Hibrid)” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 idarə etdiyi Tufan S50 markaı mopedlə toqquşmuş, hadisə zamanı sürücü ayıq olduğu görünür. 16 mart 2023-cü il tarixdə cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzsrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, qərarın surəti yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM 321.6 və 327.8-ci maddələri iə inzibatı məsuliyyətə cəlb edilməsindən ötrü RPİ-nin DYPŞ-nə həvalə edilməsi, qərarın surəti maraqlı tərəflərə və ibtidai araşdırma prosessual rıhbərliyi həyata keçirilən Xətai rayon prokuroruna göndərilsi qərara alınmışdır. X21 tərəfindən tərtib edilmiş “yol nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, “Honda İnsight (Hibrid)” markalı markalı avtomobil ilə Tufan S50 markalı moped ünvan 1 ünvanında toqquşmuşlar. Cavabdeh tərəfindən Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 verilmiş izahatda qeyd olunur ki, o, Uber şirkətinə qoşularaq etibarnamə ilə idarə etdiyi Honda İnsight markalı 77BS970 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məsğul olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə günorta radələrində idarə etdiyi Honda İnsight markalı 77BS970 dövlət qeydiyyat nişanlı avtomobilinə sifariş üzrə Əhmədli metrostansiyasının yaxınlığında sərnişin götürümüşdür. Sərnişinin çatdırılma ünvanı N.Tusi küçəsi istiqaməti olmuşdur. O, hərəkətini davam etdirib, M.Rüstəmov küçəsinə daxil olmuşdur. M.Rüstəmov küçəsi ilə hərəkətini davam etdirib yolu sol tərəfə dönüb hərəkətini davam etdirib getmişdir. Bu zaman yol-nəqliyyat hadisəsinin baş verməsi görməmiş, bilməmişdir. İş materialarına əlavə edilmiş X13 Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 verdiyi izahatında görünür ki, ünvan 3 ünvanda yerləşən meyvə-tərəvəz satışı mağazasında satıcı olaraq işlədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixində işlədiyi meyvə-tərəvəz mağazasında olan zaman yol-nəqliyyat hadisəsi olmasını, avtomobil toqquşması səsini eşitmişdir. Mağazadan çölə baxan zaman mopedin aşdığını, sürücüsünün isə yerə yixildığını görmüşdür. O, sürücüyə yaxınlaşıb səhhəti ilə maraqlandıqda, həmin çəxs Tayota Prius markalı avtomobilin ilə toqquşmasını bildirmişdir. İş materialarına əlavə edilmiş X5 Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə 14 radələrində idarə etdiyi Tufan S50 markalı mopedi ilə hərəkətini Neapol küçəsi ilə davam etdirib M.Rüstəmov küçəsinə daxil olmuşdur. M.Rüstəmov küçəsi ilə hərəkətini davam etdirib, üzü Kontakt Home mağazası istiqamətində getmişdir. Kontakt Home mağazasına çatmamış üz-üzə hərəkətdə olan Toyato Prius markalı avtomobil bir anda sol tərəfə doğru manevir edərək, onun idarə etdiyi mopedin ön tərəfinə keçmiş həmin avtomobil ilə toqquşmuşdur, zərbənin təsirindən moped aşmış o, yerə yıxılıb xəsarət almışdır. Avtomobilin sürücüsü isə hərəkətini davam etdirib hadisə yerindən uzaqlaşıb getmişdir. xx.xx.2023-cü il tarixli e-2(010)-3915 saylı Suraxanı Rayon Məhkəməsininin qərardadı ilə Azsığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” barəsində kiçik iddia ərizəsi iddia icraatı qaydasında baxılması qərarı qəbul edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur...https://e-qanun.az/framework/46944 Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə ...38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər....
14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda;... 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.... Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.... Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı, sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hazırkı işdə iddiaçı tərəfindən təqdim edilən sübutları iş üzrə obyektiv həqiqətə nail olunması üçün kifayət hesab etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin rədd olunması barədə qərardan da görünür ki, Cavabdeh törətdiyi əməldə cinayət tərkibi olmadığı üçün cinayət işi rədd edilmiş, onun inzibatı məsuliyyətə cəlb ediməsi üçün həmin qərar Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Lakın, qanunvericilikdə nəzərdə tutulmuş 3 aylıq müdətin keçməsinə baxmayaraq, cavabdehin inzibatı məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar qəbul olunmamış və bununla bağlı heç bir məlumat iş metariallarına əlavə edilməmişdir. Cinayət işinin rədd olunması barədə xx.xx.2023-cü il tarixli qərarına əlavə edilmiş zərərçəkmiş şəxsin və şahidin izahatlardan görünür ki, toqquşma moped ilə “Toyota Prius” markalı avtomobil ilə baş vermişdir. Cavabdehin tam qanuni əsaslarla sürdüyü avtomobil isə “Honda İnsight” markalı avtomobil idi. Həmçinin, əgər toqquşma cavabdehin təqsirli hərəkətlərdən baş vermişdirsə, onun avtomobilində toqquşmanın izləri qalmalı idi, lakin bu hal təhqiqatçı tərəfindən yoxlanılmamış və qərarda öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) - hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, delikt törətmiş şəxsin hərəkəti mütləq təqsirli olmalıdır. Bidiyimiz kimi, subroqasiya hüququ sığortalının və ya sığorta olunanın sığorta hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsində və sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Lakin, yuxarıda qeyd olunanları nəzərə laraq, iş üzrə materialları ilə cavabdehin qanunazidd hərəkətləri və təqsiri müəyyən edilmir. Bununla da, məhkəmə hesab edir ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində toqquşmada təqsirli olması sübut olunmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Cavabdeh 1170 manat pul vəsaitinin və 31,70 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva