Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3983/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2005-ci il təvəllüdlü və hazırda onun himayəsində olan X3 yetkinlik yaşına çatnadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay cəmi 250 manat sabit pul məbləğində alimentin və 60 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən İddiaçı X8 ilə el adətənənəsi ilə ailə qurmuşam və xx.xx.1987-ci il tarixdə (Cəfərova) X4 adlı qız övladımız dünyaya gəlmişdir. Qızım (Cəfərova) X4 el adət-ənənəsi ilə Cavabdeh ilə ailə qurmuş və bu nikah xx.xx.2005-ci il tarixdə Masallı rayonu VVADQ Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 105 nömrə ilə qeyd edilmişdir. Bu nikahdan xx.xx.2005-ci il tarixdə nəvəm X5 dünyaya gəlmişdir. Lakin uşağın doğumdan 6 ay 3 gün sonra, yəni xx.xx.2006-cı il tarixdə qızım (Cəfərova) X4 anadangəlmə ürək qüsuru səbəbindən dünyasını dəyişmişdir. Azərbayan Respublikası Masallı rayon İcra Hakimiyyəti başçısının 63 saylı, xx.xx.2009-cu il tarixli sərəncamı ilə nəvəm X5 mənim himayəmə verilmişdir. Bu günə kimi də onun bütün maddi xərclərini mən çəkmişəm və atası Cavabdeh onun nə tərbiyə olunması, nə də ki, maddi xərclərinin qarşılanması üçün heç bir addım atmamışdır. Son 5-8 il ərzində isə ondan ümumiyyətlə xəbər yoxdur. Belə ki, dəfələrlə ona uşağın həm məktəb, həm də digər xərclərinin (paltar, yemək və digər) qarşılanması üçün müraciət etsəm də heç bir nəticəsi olmamışdır. O, bir ata olaraq nəinki uşağı ilə maraqlanmır hətta bizim ondan əl çəkməyimiz üçün təhdid də edir. Hazırda mənim 60 yaşım var və əvvəlki kimi işləyib uşağa baxa bilmirəm. Əlavə olaraq bütün dünyada baş verən hadisələr günümüzdə bütün istehlak mallarının və xidmətlərin bahalaşmasına səbəb olmuşdur. Bu səbəbdən maddi cəhətdən uşağı saxlamaqda çətinlik çəkirəm və xx.xx.2005-ci il təvəllüdlü nəvəm X1 üşün atası Cavabdeh uşağın 18 yaşa çatanadək saxlanılması üçün mənə xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 250 manat məbləğində aliment ödəməsini istəyirəm”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, İddiaçı mərhum X2 anasıdır. İddiaçının qızı Sevinc İsmayılova Cavabdehla 2005-ci ildə nikaha daxil olmuş, elə həmin il də xx.xx.2005-ci il təvəllüdlü qızları X5 dünyaya gəlmişdir. Uşağın anası xx.xx.2016-cı il tarixdə vəfat etmiş, uşaq nənəsi İddiaçı qəyyumluğuna verilmişdir. Həmin vaxtdan iddiaçı nəvəsinə baxmış, bu müddət ərzində cavabdeh bir dəfə olsun uşağı ilə maraqlanmamışdır. Lakin həmin vaxtlar iddiaçı indikinə nisbətən cavan olduğundan və maddi vəziyyəti yaxşı olduğundan cavabdehdən aliment tələb etməmişdir. Hazırda isə həm iddiaçının maddi vəziyyəti çətinləşmiş, həm də uşağın yaşı ilə əlaqədar tələbatları daha da artmışdır. Bu səbəbdən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir. Alimentlə bağlı iddiaçı dəfələrlə cavabdehə müraciət etsə də o, aliment ödəmək istəməmişdir. Uşağın hazırda 17 yaşı var və gələn il yetkinlik yaşına çatacaq. Hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün tutulacaq aliment son 3 il üçün tutulmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı uşağa qəyyum kimi baxdığından dövlət tərəfindən ona 80 manat müavinət verilir. Bundan əlavə, məbləğini dəqiq bilməsə də uşaq anasını itirdiyinə görə dövlət tərəfindən uşağın özünə də təqaüd verilir. Buna baxmayaraq, uşağın 18 yaşına çatmağına bir il qaldığı üçün iddiaçı məqsədli şəkildə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Çünki daha sonra ondan aliment tələb edə bilməyəcək. Halbuki uşaq bu yaşına çatanadək iddiaçı onu heç vaxt övladı ilə görüşməyə qoymamışdır. Belə ki, iddiaçı onun doğma xalasıdır və xalası əri ilə birlikdə onun uşağı görməyinə həmişə mane olmuşdur. Hər bir halda əgər iddiaçı uşağı saxlaya bilmirsə, uşağı saxlamaq üçün ona verə bilər. Uşağın saxlanılması üçün aliment ödəməyə isə maddi imkanı yoxdur. Belə ki, arvadı öldükdən sonra başqası ilə ailə qurmuş və həmin nikahdan üç övladı doğulmuşdur. Hazırda arvadı işləmir və ailəyə tək özü baxır. Aylıq gəliri isə çox azdır. Belə ki, fəhlə işləyir, fərdi evlərdə daş-beton işləri görür və aylıq 100-200 manat qazancı olur. Bu vəziyyətdə uşağın saxlanılması üçün aliment ödəyə bilməz. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. Masallı rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, AZ- İ seriyalı, 644628 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 (atası Cavabdeh, anası X4) xx.xx.2005-ci il tarixdə Masallı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 225 nömrə ilə qeyd edilmişdir.
6. Masallı rayonu VVADQ Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş, AZ-İ seriyalı, 172931 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə anadangəlmə ürək qüsuru səbəbi ilə Masallı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 13 nömrə ilə qeyd edilmişdir.
7. Masallı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 63 №-li sərəncamından görünür ki, xx.xx.2005-ci ildə anadan olmuş X5 nənəsi İddiaçı qəyyumluğa verilmişdir.
8. Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həmin tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
İşin faktiki halları.
9. İddiaçı qızı X4 və Cavabdeh birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X5 doğulmuşdur. Uşağın anası Sevinc İsmayılova xx.xx.2006-cı il tarixdə anadangəlmə ürək qüsuru səbəbindən ölmüşdür. Anasının ölümündən sonra uşaq nənəsi-İddiaçı qəyyumluğa verilmiş, həmin vaxtdan hal-hazıradək uşağa iddiaçı baxmış, uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmamışdır. Hazırda isə iddiaçı uşağın saxlanılması üçün cavabdehdən xx.xx.2019-cu il tarixdən hər ay 250 manat sabit pul məbləğində aliment tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 33. Qəyyumluq və himayəçilik. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən suiistifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Maddə 38. Qəyyumların və himayəçilərin öz vəzifələrinin icrasından azad və kənar edilməsi. Qəyyumluğa və himayəçiliyə xitam verilməsi. 38.6. Qəyyumluqda olan azyaşlı on dörd yaşına çatdıqda onun üzərində qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə bu barədə əlavə qərar çıxarılmadan yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 79. Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə tutulan aliment və ondan istifadə. 79.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Maddə 136. Üzərində qəyyumluq və himayə təyin edilən uşaqlar. 136.1. Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.2. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Maddə 139. Qəyyumluqda (himayədə) olan uşaqların hüquqları. 139.0. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, aşağıdakı hüquqlara malikdirlər: 139.0.3. onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq. Maddə 141. Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri. 141.1. Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. 141.5. Qəyyumun (himayəçinin) mülki hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.
13. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 72. Qanuni nümayəndələr. 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından göründüyü kimi xx.xx.2005-ci il təvəllüdlü X5 İddiaçı nəvəsi, Cavabdeh isə qızıdır. Uşağın anası (iddiaçının qızı, cavabdehin arvadı) X4 xx.xx.2006-cı il tarixdə ölmüş, bundan sonra müvafiq icra hakimimiyyəti orqanının sərəncamı ilə uşaq nənəsi İddiaçı qəyyumluğuna verilmiş, həmin vaxtdan indiyədək uşaq iddiaçı - nənəsi ilə birlikdə yaşamış, uşağa iddiaçı baxmışdır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.
20. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (193 manat) iddiaçının qızı və cavadehin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.
21. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Bu hissədə məhkəmə nəzərə alır ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən daha artıq məbləğdə aliment tutulmasının zəruriliyini əsaslandıra bilməmişdir.
22. Bundan başqa iddiaçı cavabdehdən xx.xx.2019-cu il tarixdən hesablanmaqla aliment tutulmasını tələb etmişdir. İddiaçı bununla bağlı tələbini belə əsaslandırmışdır ki, cavabdeh bu vaxta kimi uşağın xərclərinin qarşılanması üçün heç bir ödəniş etmədiyindən son üç il üçün aliment tələb edir.
23. Məhkəmə isə iddia tələbini bu hissədə qismən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən cavabdehdən 3 illik müddət həddində əvvəlki dövr üçün aliment tutulması müəyyən edilsə də həmin alimentin tutula bilməsi üçün konkret şərt müəyyən edilmişdir. Belə ki, bunun üçün məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində aliment ala bilmədiyini müəyyən etməlidir. Lakin hazırkı iş üzrə belə bir hal müəyyən edilməmişdir. İddiaçı əvvəlki dövr üçün aliment tələbini yalnız cavabdehin uşağa bu vaxta kimi baxmaması ilə əsaslandırmış, cavabdehdən aliment almaq üçün tədbirlər gördüyünü, lakin cavabdehin onu verməkdən boyun qaçırması nəticəsində aliment ala bilmədiyini sübut edə bilməmişdir.
24. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən aliment almaq üçün məhkəməyə müraciət edənədək mediasiyaya müraciət etməsi onun məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbirlər görməsinin göstəricisidir. Eyni zamanda, məhkəmə iclasında izahat verən cavabdeh də bu vaxta qədər uşağın saxlanılması üçün iddiaçıya hansısa məbləğdə aliment ödədiyini iddia etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün aliment tutulmasına iddiaçının aliment almaq üçün tədbirlər görməyə başladığı xx.xx.2022-ci il tarixdən (ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın verildiyi tarix) etibarən başlanmalıdır.
25. Uşağın saxlanılması üçün aliment ödəməyi qəbul etməyən Cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, uşaq valideynini itirdiyinə görə həm uşağın özünə, həm də uşağı saxladığına görə qəyyumu olan iddiaçıya dövlət tərəfindən aylıq müavinət verilir. Cavabdehə görə bu səbəbdən iddiaçı ondan aliment tələb etməkdə haqlı olmamışdır. Məhkəmə isə cavabdehin bu mövqeyi ilə aşağıda qeyd edilən səbəblərdən razılaşmır.
26. Məhkəmə ümumən qəbul edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 141.6-cı maddəsində hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verildiyi müəyyən edilmişdir. Həmçinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1.9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinət bu qanunla müəyyən edilmiş aylıq müqavinət növlərindən biridir. Lakin həmin qanunun 7.0.9-cu maddəsində qeyd edilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda təyin edilir. Bunun davamı olaraq, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
27. Bu baxımdan iddiaçının uşaq üzərində qəyyum təyin edilməsi birmənalı olaraq qəyyumun uşağa görə dövlətdən aylıq sosial müavinət aldığı mənasına gəlmir. Bunun üçün yuxarıda qeyd edilmiş konkret tələblər ödənilməlidir. Hazırkı işdə isə iddiaçının uşağı saxlayan qəyyum kimi aylıq sosial müavinət aldığı müəyyən edilməmişdir. Halbuki əgər cavabdeh bu hala istinad edib ondan aliment tutulmasını əsassız hesab edirdisə, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməli idi.
28. Digər tərəfdən, uşağı saxlamaq üçün uşağın qəyyumu olan iddiaçıya dövlət tərəfindən aylıq sosial müavinət ödənildiyi müəyyən edilsə idi belə, bu hal cavabdehi bu uşağa görə aliment ödəmək vəzifəsindən azad edə bilməzdi. Ona görə ki, cavabdeh bu uşağın həyatda olan tək valideynidir və bütün digər valideynlər kimi o da uşağını saxlamağa borcludur. Uşağı yanında saxlayan qəyyuma dövlət tərəfindən ödənilən (hazırkı halda ödənildiyi iddia edilən) müavinət valideyn tərəfindən uşağın saxlanılması üçün ödənilməli olan vəsaitin (alimentin) əvəzedicisi deyil, dövlət tərəfindən yuxarıda qeyd edilən tələbləri ödəyən qəyyuma sosial yardım göstərilməsi məqsədilə aylıq ödənilən pul vəsaitidir. Bu səbəbdən məhkəmə cavabdehin məhz bu əsasla aliment ödəməkdən imtina etməsini əsassız hesab edir.
29. Cavabdehin alimentlə bağlı etirazının digər dəlili isə onun yenidən ailə qurması və bu nikahdan üç uşağının doğulmasıdır. Cavabdeh bildirmişdir ki, ailəsinə təkbaşına baxır və aylıq gəliri çox azdır.
30. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, uşaqları saxlamaq valideynlərin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.
31. Bundan başqa, yuxarıda (§14) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da qeyd edildiyi kimi alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
32. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin izahatında bildirdikləri onu valideyni olduğu uşağın saxlanılması üçün aliment ödəmək vəzifəsindən azad edə, yaxud uşağın saxlanılması üçün ondan cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş miqdardan daha miqdarda az aliment tutulmasına əsas ola bilməz.
33. Məhkəmə bu cür nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb edilən uşaq xx.xx.2005-ci il təvəllüdlüdür və hazırda 17 yaşındadır. Məhkəmə iclasında iştirak edən cavabdeh də mübahisələndirmədən qəbul etmişdir ki, uşağın anasının öldüyü 2006-cı ildən etibarən uşaq daim nənəsi (iddiaçı) ilə yaşamış, bu yaşına qədər uşağa iddiaçı baxmışdır. Cavabdeh bu müddət ərzində uşağının saxlanılması üçün iddiaçıya hansısa məbləğdə maddi yardım göstərdiyini iddia etməmişdir. Əksinə, uşaq bu yaşına çatana qədər onunla heç bir əlaqəsi olmadığını bildirmiş, bu vəziyyətə görə iddiaçını günahlandırmış, iddiaçının ona uşağı görməyə icazə vermədiyini qeyd etmişdir. Hətta cavabdehə görə iddiaçı məqsədli şəkildə məhz indi - uşağın 18 yaşına çatmağına bir il qalmış məhkəməyə müraciət etmişdir, çünki iddiaçı bilir ki, uşaq 18 yaşına çatdıqdan sonra ondan aliment tələb edə bilməyəcək.
34. Məhkəmə isə işin yuxarıda qeyd edilmiş mübahisəsiz hallarının fonunda cavabdehin bu mövqeyini olduqca ədalətsiz, birtərəfli, eləcə də məntiqə uyğun olmayan mövqe kimi qiymətləndirir. İlk növbədə ona görə ki, uşağı 1 yaşından 17 yaşına kimi saxlayan və aradan keçən 16 il ərzində uşağın saxlanılması üçün atasından heç bir maddi vəsait tələb etməyən (tələb edib ala bilmədiyi halda məhkəməyə müraciət etməyən) iddiaçının uşağın yetkinlik yaşına çatmasına bir il qalmış atadan aliment tələb etməsi onun ataya qarşı hansısa maddi iddiası olmasının deyil, əksinə bu vaxta qədər uşağı saxlamağa yetərli vəsaitinin olmasının, hazırda isə uşağı saxlamaqda maddi olaraq çətinlik çəkməsinin göstəricisi ola bilər. Hansı ki, iddia tələbi də əsasən bu halla əsaslandırılmışdır. Bunun müqabilində cavabdehin doğma uşağını 17 yaşına qədər ondan heç bir vəsait almadan saxlayan iddiaçıya heç olmasa uşağın 18 yaşı tamam olanadək saxlanılması üçün aliment ödəməkdən imtina etməsi isə açıq şəkildə alimentin maddi yükündən yayınmaq cəhdidir və uşağın üstün maraqlarına uyğun olmayan, olduqca ədalətsiz mövqedir.
35. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Mediasiya xərci.
36. İddia tələbindən görünür ki, iddiaçı cavabdehdən həm də 60 manat məbləğində mediasiya xərcinin tutulmasını tələb etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl müvafiq mediasiya təşkilatına müraciət edilmiş, bu zaman 60 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır.
37. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
38. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva