Məhkəmə qərarları › İş №e-2(010)-4003/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4003/2024

25.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4003/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı Əzı̇ z qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Əzı̇ z qızının cavabdeh Vətənı̇ Rafael Seyı̇ d Həsən oğluna qarşı müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi olmaqla atalıq faktının müəyyən edilməsinə dair şəhadətnamənin və doğum haqqında şəhadətnamənin ləğv edilməsi və uşağın ata qrafasında ananın istəyinə görə ata adının yazılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Əzı̇ z qızı cavabdeh Vətənı̇ Rafael Seyı̇ d Həsən oğluna qarşı müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi olmaqla atalıq faktının müəyyən edilməsinə dair şəhadətnamənin və doğum haqqında şəhadətnamənin ləğv edilməsi və uşağın ata qrafasında ananın istəyinə görə ata adının yazılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən “X6”nın adına verilmiş AZ-İ№ 391999 saylı xx.xx.2020-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən “X6”nın adına verilmiş AZ-İV№ 516321 saylı “Doğum haqqında şəhadətnamə”nin ləğv edilməsi, X1 və ata adının dəyişdirilərək ona yeni doğum haqqında şəhadətnamənin verilməsinə və həmin doğum haqqında şəhadətnamədə uşağın adının “X2”, şəhadətnamədə ata qrafasında “X4” kimi yazılması və icrası isə hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Əzı̇ z qızının nümayəndəsi və vəkili Vəkil ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə iddiaçı tərəfin ərizənin geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edir ki, ərizə və ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Əzı̇ z qızının cavabdeh Vətənı̇ Rafael Seyı̇ d Həsən oğluna qarşı müstəqil tələb irəli sürməyən üçün şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi olmaqla atalıq faktının müəyyən edilməsinə dair şəhadətnamənin və doğum haqqında şəhadətnamənin ləğv edilməsi və uşağın ata qrafasında ananın istəyinə görə ata adının yazılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar