Məhkəmə qərarları › İş №e-2(010)-4027/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4027/2022

31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4027/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların atanın himayəsində qalması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, onunla Cavabdeh arasında xx.xx.2011-ci ildə Suraxanı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 765 nömrəli nikahın pozulması, həmin nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü - X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 iddiaçının himayəsinə verilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-cı ildə Suraxanı rayon Qeydiyyat şöbəsində 765 N-li qeyd ilə rəsmiləşən nikahla cavabdeh - Cavabdeh ilə ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü - X6, xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlib. İlk vaxtlarda mehriban yaşamışlar, lakin sonradan fikir ayrılıqları yaranmağa başlamış və münasibətlərinə son qoymağa qərar vermişlər. Aralarındakı münasibətin pozulmasına səbəb olan əsas hallardan biri ona etdiyi xəyanət olmuşdur. Artıq bir neçə gün idi ki, cavabdehin xəyanəti ilə bağlı onda şübhələr yaranmışdı. Belə ki, şübhələri araşdırmaq üçün cavabdehi işdən qayıdan zaman izləməyə başlamış və onunla birlikdə sərnişin avtobusuna minmişdir. Bu hallardan o, xəbərsiz idi. Sərnişin avtobusunda bir müddət onun telefon yazışmalarını müşahidə etmiş və ona xəyanət etməyindən tam əmin olmuşdur. Ondan bu şəxsin kim olduğunu soruşanda ona "sənə heç bir aidiyyatı yoxdur" deyərək sərnişin avtobusunu tərk etmişdir. Yaşanan bu problemdən sonra faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Hesab edir ki, bundan sonra ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə, nikahın pozulması üçün ciddi əsaslar mövcuddur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək nikahın pozulmasını və birgə nikahdan anadan olan övladlarının onun yanında saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçı iə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh boşanmağa razı olduğunu bildirdi və yazılı ərizə təqdim edərək birgə nikahdan doğulmuş övladlarının onun yanında saxlanılması və hər uşağa görə 200 manat aliment təyin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İşdə olan AZ-İ 675406 saylı “Nikah haqqında” şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 xx.xx.2011-ci il tarixində nikaha daxil olmuşlar. Arvada Hacıyeva soyadı verilmişdir. İşə daxil edilmiş AZ-İİ 906866 saylı “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-cı il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İşə daxil edilmiş AZ-İİİ 465472 saylı “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İşə daxil edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 11 dekabr 2014cü il tarixdən "xxxx" MMC-də mühafizəçi vəzifəsində çalışır və aylıq əmək haqqısı 543.02 manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər nikaha daxil olmuş və onların birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Hazırda iddiaçı tərəf iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh tərəf isə nikahın pozulmasına razı olsa da, lakin birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmasını və hər uşağa görə hər ay 200 manat aliment təyin edilməsini xahiş edir. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması və alimentin təyin edilməsi məsələsi üzrə aşağıdakıları qeyd edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən nikah məhkəmə qaydasında pozularkən ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakının bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin qərarın 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rerimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü - X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları Cavabdeh himayəsində saxlanılmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, cavabeh Cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək hər ay hər uşağa görə 200 manat aliment təyin edilməsini xahiş etsə də, lakin iddiaçının qeyd olunan aliment məbləğini ödəmək üçün kifayət qədər maddi imkana malik olduğunu göstərən sübutları məhkəməyə təqdim etməmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə alimentin miqdarını müəyyən edərkən, xx.xx.2012-ci il təvəllüdlü - X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat məbləğində aliment təyin edilməsini ədalətli və qanuna uyğun hesab edir. Təyin olunacaq aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, aliment cavabdeh tərəfindən müraciət edildi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və AR MPM-nin yuxarıda qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Hacıyev Emı̇ l Oruc oğlu ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Suraxanı Rayon Qeydiyyat şöbəsində 765 nömrəli akt qeydi ilə rəsmiləşdirilən nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 anaları - Cavabdeh yanında saxlanılsınlar. İddiaçı Hacıyev Emı̇ l Oruc oğlundan xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya prosesi ilə əlaqədar ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar