Məhkəmə qərarları › İş №e-2(010)-4052/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4052/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4052/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 1340.39 manat sığorta ödənişi, 33.40 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqının, cəmi 1374.19 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin e-2(010)-4052/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məxsus olan, "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X3 məxsus olan “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmişdir və onun barəsində AR İXM-in 332.1 və 327.2-ci maddələri ilə inzibati tənbeh tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 avtomobili etibarnaməsiz idarə etdiyi müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində X2 təqsirli bilinmiş və AR İXM-in 332.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş “İcbari Sığorta Bürosu” nun informasiya sistemindən çıxarışdan göründüyü kimi, hadisə törədilən vaxt zərər dəymiş “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin zərər aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilə 1405 manat məbləğində ziyan dəymişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC -nin sığorta aktından və ödəniş tapşırığından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərlə bağlı 1405 manat məbləğində sığorta ödənişi hadisə anında həmin avtomobilin mülkiyyətçisi olmuş zərərçəkmiş şəxsə ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, iştirakçılar arasında keçirilmiş xx.xx.2024-cü il tarixli nettinqin nəticələrinə əsasən “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün ASC-nin hesabından həmin avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari qaydada” sığortalamış "xxxx" ASC-nin xeyrinə 1340.39 manat məbləğində ödəniş tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/1264 saylı pretenziya məktubundan və həmin məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən xəbərnamələrdən müəyyən olunur ki, cavabdehlə mübahisənin nizama salınması üçün ASC tərəfindən ona geriyə tələb məktubu göndərilmişdir. Tərəflərin izahatları. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İş materialları. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış PBA********** saylı icbari sığorta müqaviləsinə dair məlumatlara əsasən, və Cavabdeh1 məxsus “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətinə 5000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilə 1405 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası DİN BDYPİ Tovuz RQİTBŞ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ƏN-Vİ № 971622 nömrəli etibarnamənin surətindən görünür ki, “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 etibar edilmişdir. AB № 962009 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin sürətindən görünür ki, “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sürücüsü Cavabdeh2 olan ** GX *** dövlət nömrə nişanlı avtomobil və sürücüsü X7 olan ** BJ *** dövlət nömrə nişanlı avtomobillə bağlı Ağstafa DYPRİ tərəfindən protokol tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində X2 təqsirli bilinmiş və AR İXM-in 332.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan 83197 saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən X3 1405 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Ağstafa rayonu, Vurğun qəsəbəsi yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi törədilən vaxt “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1, sürücüsü isə Cavabdeh2 olmuşdur. İş materiallarında olan yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı 30811/2023 saylı ödəniş aktından görünür ki, xx.xx.2023 tarixində Ağstafa rayonunda baş vermiş toqquşma nəticəsində “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan X2 tərəfindən dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən X3 1405 manat məbləğində ödəniş edilmişdir. Avtonəqliyyat vasitələrinin sığortası hadisəsi barədə aktdan görünür ki, sürücüsü Cavabdeh2 olan “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobillə sürücüsü X7 olan “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrindən görünür ki, xx.xx.2024-cü il tarixli nettinqin nəticələrinə əsasən “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi üçün "xxxx" ASC-nin hesabından "xxxx" ASC-nin xeyrinə 1340.39 manat məbləğində ödəniş tutulmuşdur. BS-S-24/1264 nömrəli xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5 gün müddətində 1340.39 manat məbləğində sığorta ödənişinin "xxxx" ASC-ə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq məktubu cavabdehlərin ünvanına çatdırılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur... Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.... Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 23. Sığortaçının hüquq və vəzifələri 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır:... 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək;... Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:... 25.1.3 . icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.... 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.... Maddə 52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Mərkəzi X8 25/22 nömrəli 9 İyun 2022-ci il tarixli “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Qərar

3. Zərərçəkənin sığortaçısından zərərin ödənilməsinin tələb edilməsi əsasları 3.0. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: 3.0.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 3.0.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə mülkiyyətçisi Cavabdeh1 olan “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı və mülkiyyətçisi X6 olan “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobillərin toqquşması ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilə 1405 manat məbləğində maddi ziyan vurulmuşdur. Hadisə baş verən zaman “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 olmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, avtomobilin mülkiyyətçisi tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı ona xx.xx.2024-cü il tarixində etibarnamə verilmiş, lakin sözügedən yol hadisəsi xx.xx.2023-cü il tarixində baş vermişdir. Yəni, Cavabdeh2 həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla bağlı qeyd edilir ki, “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən “icbari sığorta” qaydasında sığortalanmışdır. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra "xxxx" ASC tərəfindən “Mercedes Benz 312D Mikroavtobus” markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X3 həmin avtomobilə dəymiş zərərlə bağlı 1405 manat məbləğində ödəniş edilmişdir. Həmin avtomobilə “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində zərər dəydiyindən və bu avtomobilin sürücüsünün mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından "xxxx" ASC dəymiş zərərlə bağlı ödənişi "xxxx" ASC-dən tələb etmişdir. Nəticə etibarı ilə, "xxxx" ASC onun tərəfindən "xxxx" ASC-ə ödənilmiş məbləği cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbini avtomobilə dəymiş zərərlə bağlı ödənişin Cavabdeh2 tutulmasına münasibətdə əsaslı hesab edir. Belə ki, o, qeyd edilən yol nəqliyyat hadisəsində “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı atomobilin sürücüsü olmuş və hadisədə təqsirli bilinərək, inzibati tənbeh vermə haqqında qərarla onun barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbini avtomobilə dəymiş zərərlə bağlı ödənişin Cavabdeh1 tutulmasına münasibətdə də əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, sığorta hadisəsi baş verdiyi zaman, “Geely MK minik” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində idi və bununla o, yüksək təhlükə mənbəyinin mülkiyyətçisi hesab edilir. Həmçinin o, avtomobili etibarnamə əsasında digər şəxsin sahibliyinə verməmiş, digər Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Cavabdeh1 avtomobilin onun sahibliyindən bu əsasla çıxdığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Tələb edilən məbləğlə bağlı iddiaçı tərəfindən sübutların təqdim edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və öz etirazlarını və onları əsaslandıran hallarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə olan halda, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 1340.39 manat sığorta ödənişi və 0.4 manat xidmət haqqı, tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 33.40 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1340.39 manat sığorta ödənişi, 33.40 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı, cəmi 1374.19 manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar