Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4133/2025 20.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh MMC-dən İddiaçı2 xeyrinə 33000 (otuz üç min) manat mənəvi ziyan və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (bir yüz iyirmi beş ) manat, İddiaçı1 xeyrinə 33000 (otuz üç min) manat mənəvi ziyan və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 ( bir yüz iyirmi beş ) manat, İddiaçı3 xeyrinə 33000 (otuz üç min) manat mənəvi ziyan və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 ( bir yüz iyirmi beş ) manat pulun, ümumilikdə 99375 (doxsan doqquz min üç yüz yetmiş beş) manat pulun və ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun tutulması. İddia tələbinə dair dəlillər İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, X4 25 yanvar 2024-cü il tarixdə saat 22:05-də "xxxx" MMC-yə məxsus olmaqla 32 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “BMC” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsi ilə Babək prospektinə doğru saatda 28 km sürətlə düzünə istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda yol-hərəkəti qaydalarına riayət etməyərək ünvan 1 ünvanda yerləşən “Ulduz” marketin qarşısında həmin vaxt yolun hərəkət hissəsini soldan sağa doğru adi yerişlə keçməkdə olan piyada X6 idarə etdiyi avtobusun qabaq tərəfi ilə vuraraq ehtiyatsızlıqdan ona baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma və baş beynin dislokasiyası, ənsə sümüyünün sağ gicgah sümüyünə, oradan kəllə çuxuruna əsas sümüyə keçən sınığı, sağ körpücük sümüyünün sınığı, hər iki ağciyərlərin kontuziyası, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və hematoması, sağ süd vəzi, sağ bazu və sağ baldır nahiyələrinin qançırları kimi həyat üçün təhlükəli və ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə İrina Rzayevanın aldığı kəllə qapağı və əsasısümüklərinin sınıqları, baş beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin beyin ödemindən 29 yanvar 2024-cü il tarixdə X10 X9 ölümünə səbəb olması ilə nəticələnən yolnəqliyat hadisəsi törətmişdir. Vəfat etmiş şəxsin iddiaçıya münasibəti: Hadisə nəticəsində həyatını itirmiş X7 İddiaçı2 anası, digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nənələri olmuşdur. Hadisə barəsində qəbul edilən qərar: Bakı şəhəri Xətai rayon Məhkəməsinin1(011)- 291/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hadisə nəticəsində dəymiş ziyan: Mənəvi ziyan: İddiaçılar hesab edir ki, hadisə nəticəsində onların hər birinə 33000 ( otuz üç min ) manat olmaqla ümumilikdə 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. X7 İddiaçı2 anası, digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nənələri olmuşdur. Qeyd edim ki, iddiaçılardan İddiaçı2 mərhum anasının faciəvi şəkildə ölümündən sonra hələ də özünə gələ bilmir və bu ölüm ona mənəvi iztirablar verir. Digər iddiaçılar İddiaçı1 və İddiaçı3 bildirir ki uşaqlıqdan onları mərhum nənələri böyüdüb, onlar nənələrinə hədsiz bağlı olublar. Nənələrinin ölümü onlara çox ağır günlər yaşadır. Mərhumun faciəvi şəkildə ölümü həyatlarının sonuna qədər iddiaçıların qəlbində sağalmayacaq dərin izlər buraxmışdır. X7 ölüm səbəbi Cavabdeh MMC şirkətinin işçisi X2 və eləcə də şirkətin digər əməkdaşlarının məsuliyyətsizliyi və ehtiyatsızlığıdır. Əgər Cavabdeh MMC-in rəhbərliyi nəqliyyat vasitəsi idarə etməsinin cəmiyyət üçün təhlükəli olan şəxsi şirkətə sürücü olaraq işə götürməsəydi bu bədbəxt hadisə baş verməyəcəkdi. Ona görə də, bu ziyan Cavabdeh MMC tərəfindən ödənməlidir. Bu ziyan nə qədər ödənsə də, mərhuməni heç vaxt geri qaytara bilməyəcək. Lakin hesab edir ki, aidiyyəti şəxslər işinə məsuliyyətlə yanaşsa idi mərhum İrina xanım hal-hazırda həyatda olardı və iddiaçılar bu ölümə görə mənəvi istirab çəkməyəcəkdi. İddiaçılar hər biri ayrı-ayrılıqda iddianın verilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə müqavilə bağlanması üçün 125 (bir yüz iyirmi beş ) manat pul ödəmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, hadisə ilə əlaqədar olaraq Cavabdeh MMC heç bir məsuliyyət daşıya bilməz, məsuliyyəti sürücü daşımalıdır. Hökmdə dəymiş ziyanın ödənilməsi qeyd olunsa da, maddi, yoxsa mənəvi ziyanın, yaxud hər ikisinin bir yerdə ödənilməsi bilinmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı münasibəti və ya etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə mülki işə iclasa gəlməyən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-291/2024 saylı hökmündən görünür ki, X4 25 yanvar 2024-cü il tarixdə saat 22:05-də "xxxx" MMC şirkətinə məxsus olmaqla 32 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «BMC» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsi ilə Babək prospektinə doğru saatda 28 km sürətlə düzünə istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda yolhərəkəti qaydalarına riayət etməyərək ünvan 2 ünvanda yerləşən «Ulduz» marketin qarşısında həmin vaxt yolun hərəkət hissəsini soldan sağa doğru adi yerişlə keçməkdə olan piyada X6 idarə etdiyi avtobusun qabaq tərəfi ilə vuraraq ehtiyatsızlıqdan ona baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma və baş beynin dislokasiyası, ənsə sümüyünün sağ gicgah sümüyünə, oradan kəllə çuxuruna - əsas sümüyə keçən sınığı, sağ körpücük sümüyünün sınığı, hər iki ağciyərlərin kontuziyası, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası və hematoması, sağ süd vəzi, sağ bazu və sağ baldır nahiyələrinin qançırları kimi həyat üçün təhlükəli və ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə İrina Rzayevanın aldığı kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin beyin ödemindən 29 yanvar 2024-cü il tarixdə X10 X9 ölümünə səbəb olması ilə nəticələnən yol-nəqliyat hadisəsi törətmişdir Həmin hökmlə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi. X4 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmas, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat X1 alınaraq dövlət büdcəsinin xeyrinə tutulmas, cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMCyə verilmiş “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtobus hökm qanuni qüvvəsini aldıqdan sonra hüquqi şəxs ”Baku Bus” MMC-nin istifadəsinə verilmiş hesab edilməsi, maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılması hökm edilmişdir. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2024-cü ildə ölmüşdür. Əli Bayramlı şəhər ZAQS idarəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1975-ci ildə doğulmuşdur. xx.xx.2025-ci il tarixli eManat qəbzindən görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Xırdalan rayon Vəkil Bürosunun xeyrinə ayrı-ayrılıqda 125.00 manat məbləğində pul ödənilmişdir. İşin faktiki halları X4 25 yanvar 2024-cü il tarixdə saat 22:05-də "xxxx" MMC şirkətinə məxsus olmaqla 32 nömrəli marşrut xətti üzrə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “BMC” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsi ilə Babək prospektinə doğru saatda 28 km sürətlə düzünə istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda yol-hərəkəti qaydalarına riayət etməyərək ünvan 2 ünvanda yerləşən “Ulduz” marketin qarşısında həmin vaxt yolun hərəkət hissəsini soldan sağa doğru adi yerişlə keçməkdə olan piyada X6 idarə etdiyi avtobusun qabaq tərəfi ilə vuraraq ehtiyatsızlıqdan ona baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma və baş beynin dislokasiyası, ənsə sümüyünün sağ gicgah sümüyünə, oradan kəllə çuxuruna - əsas sümüyə keçən sınığı, sağ körpücük sümüyünün sınığı, hər iki ağciyərlərin kontuziyası, ənsə nahiyəsinin əzilmişcırılmış yarası və hematoması, sağ süd vəzi, sağ bazu və sağ baldır nahiyələrinin qançırları kimi həyat üçün təhlükəli və ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə İrina Rzayevanın aldığı kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyinə qansızma nəticəsində inkişaf etmiş kəskin beyin ödemindən 29 yanvar 2024-cü il tarixdə X10 X9 ölümünə səbəb olması ilə nəticələnən yol-nəqliyat hadisəsi törətmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)-291/2024 saylı hökmünə əsasən, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Məhkəmənin mövqeyi İş materiallarında olan məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş və iddiaçılardan İddiaçı2 anası, digər iddiaçılar İddiaçı1 və İddiaçı3 nənələrinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində iş üzrə cavabdeh "xxxx" MMC-nin sürücüsü qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təqsirli bilinmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıların birinin anası, eyni zamanda digərlərinin nənəsi olan şəxsin ölməsi ilə əlaqədar iddiaçıların mənəvi sarsıntı keçirməsi qəbulediləndir və bu hal qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, bir övladın ananın qəfil ölümündən mənəvi iztirablar çəkməsi, bu hadisənin övladın ürəyində sağalmayacaq izlər buraxması çox inandırıcı və ağlabatandır. Digər iddiaçılar İddiaçı1 və İddiaçı3 isə iddia tələbini onunla əsaslandırırlar ki, onlar uşaqlıqdan nənələri ilə bir evdə yaşamış, körpəlikdən mərhum nənələri onların tərbiyəsi ilə məşğul olmuş, bu səbəbdən onlar nənələrinə hədsiz bağlı olmuşlar. Məhkəmə vurğulayır ki, iddiaçılara mənəvi ziyan dəyməsinə səbəb olan yol-nəqliyyat hadisəsində hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-nin sürücüsü təqsirli bilindiyindən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 məhz cavabdeh "xxxx" MMC-dən ona dəymiş mənəvi ziyana görə pul tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh "xxxx" MMC-dən özlərinə dəymiş mənəvi ziyana görə pul tələb etməkdə haqlı olduğunu hesab etsə də, tələb edilən məbləği (hər birinə münasibətdə 33000 manat) işin hallarına uyğun hesab etmir. Belə ki, mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. Məsələn, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. Belə ki, hər bir halda mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-ni "xxxx" QSC-dən fərqləndirən başlıca xüsusiyyətlərdən biri MMC-nin əmlak vəziyyətidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Cavabdeh yaradılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 92 saylı qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus BakuBus Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış, cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətin təşkili və cəmiyyət tərəfindən sərnişindaşıması üzrə avtobusların alınması məqsədi ilə həmin cəmiyyətə Azərbaycan Respublikasının 2014- cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondunun 30 (otuz) milyon manat məbləğində vəsait ayrılmışdır. “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Cavabdeh Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi qərara alınmışdır. Belə bir vəziyyətdə mənəvi ziyanın məbləği müəyyən edilərkən "xxxx" MMC-nin cari əmlak vəziyyəti də mütləq nəzərə alınmalıdır. Çünki təqsirli tərəfin maddi vəziyyəti mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan hesab olunur. Təsadüfi deyil ki, Avropa Məhkəməsinin təcrübəsində mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır (Məhkəmənin cavabdeh dövlətdə qurbanları iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq ayırd etdiyi mübahisə olunur (Basarba OOD Bolqariyaya qarşı 20 yanvar 2011-ci il tarixli qərar). Məsələn, məhkəmə “əsas mükafatın” əlaqədar ölkədəki yaşayış səviyyəsinə görə azaldıla biləcəyinə qərar verib (Apicella İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli qərar. “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməyi mənasızdır. Çünki pulun dəyəri fərqli və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”). Məhkəmə hesab edir ki, bütün bu hallar iddiaçıya məhz "xxxx" MMC tərəfindən dəyən mənəvi zərərin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır. Çünki məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrının dərəcəsini nəzərə alır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən bütün halları nəzərə alaraq hesab edir ki, iddiaçılara dəymiş mənəvi ziyanın əvəzi olaraq "xxxx" MMC tərəfindən İddiaçı1 5000 (beş min) manat, İddiaçı2 3000 (üç min) manat və İddiaçı3 3000 (üç min) manat məbləğində kompensasiya ödənilməsi məqsədəuyğun hesab oluna bilər. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçılar tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi olan 123 (bir yüz iyirmi üç) manat və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 375 (üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Cavabdehndən vurulmuş mənəvi ziyana görə 11000 (on bir min) manat məbləğində pul vəsaiti tutularaq, həmin vəsaitdən 5000 (beş min) manat İddiaçı1, 3000 (üç min) manat İddiaçı2, 3000 (üç min) manat isə İddiaçı3 xeyrinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi olan 123 (bir yüz iyirmi üç) manat və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 375 (üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq hər birinə 1/3 hissəsi aid olmaqla iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən vurulmuş mənəvi ziyana görə 11000 (on bir min) manat məbləğində pul vəsaiti tutularaq, həmin vəsaitdən 5000 (beş min) manat İddiaçı1, 3000 (üç min) manat İddiaçı2, 3000 (üç min) manat isə İddiaçı3 xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi olan 123 (bir yüz iyirmi üç) manat və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 375 (üç yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq hər birinə 1/3 hissəsi aid olmaqla iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-4133/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4133/2025
20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver