Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-423/2022 13.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2004, (orta bazar dəyəri 3000 manat), Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009, (orta bazar dəyəri 26000 manat) avtomobillərin üzərində onun ½ hissədə pay hüququnun tanınması, həmin avtomobillərin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin yarısının ona ödənilməsi, Samsung markalı Led televizor, Saloğlu firmasına məxsus künc divanı, Yataq mebeli (dəst) və içində 2 ortopedik döşək, Pianino, Mulinex markalı şirəçəkən maşın, 3 ədəd tül pərdə, 1 ədəd Zinger tikiş maşını, 2 nəfərlik 1 ədəd yun döşək, Regular markalı paltaryuyan, Toshiba markalı Soyuducu, Samsung markalı kondisionerin ona qaytarılması və 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 13 dekabr 1997-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir, onlar hal-hazırda yetkinlik yaşına çatmışlar. Cavabdehlə birgə nikahı dövründə Cavabdeh aşağıdakı iki avtomobili əldə etmişdir və hal hazırda mülkiyyətindədir: VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2004. (orta bazar dəyəri 3000 manat), Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009 (orta bazar dəyəri 26000 manat), cavabdehlə birgə nikah dövründə onun tərəfindən aşağıdakı əşyalar alınaraq birgə yaşadıqları evə aparılmışdır: Samsung markalı Led televizor, Saloğlu firmasına məxsus künc divanı, Yataq mebeli (dəst) və içində 2 ortopedik döşək, Mulinex markalı şirəçəkən maşın; 3 ədəd tül pərdə, Regular markalı paltaryuyan, Toshiba markalı Soyuducu, Samsung markalı kondisioner, cavabdehlə birgə nikah dövründən əvvəl və ya sonra ona hədiyyə edilmiş əşyalar: Pianino; 1 ədəd Zinger tikiş maşını; Taxt üçün yun döşək. Hal hazırda nikahın pozulması niyyətindədir. Birgə nikah dövründə əldə edilmiş avtomobillər üzərində 1/2 hissədə mülkiyyət hüququnun tanınmasını və birgə nikah dövründə və ondan əvvəl alınmış əşyaların ona geri qaytarılmasını xahiş edir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2004, (orta bazar dəyəri 3000 manat) avtomobilin üzərində onun ½ hissədə pay hüququnun tanınması, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009, (orta bazar dəyəri 26000 manat) avtomobilə dair bağlamış 06.12.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək orta bazar dəyərinin yarısının ona ödənilməsi, Samsung markalı Led televizor, Saloğlu firmasına məxsus künc divanı, Yataq mebeli (dəst) və içində 2 ortopedik döşək, Pianino, Mulinex markalı şirəçəkən maşın, 3 ədəd tül pərdə, 1 ədəd Zinger tikiş maşını, 2 nəfərlik 1 ədəd yun döşək, Regular markalı paltaryuyan, Toshiba markalı Soyuducu, Samsung markalı kondisionerin ona qaytarılması və 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 yanvar 2022-ci il tarixində keçirilmiş hazırlıq iclasında Cavabdeh ailənin qorunub saxlanması məqsədilə iddia tələbində qeyd olunan əşyaları iddiaçıya verməyə razı olduğunu bildirdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək Volkswagen multivan T5 markalı avtomobilə qoyulmuş qiymətlə razı olduqlarını, həmin məbləğin yarısının onlara verilməsini, eləcə də, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatın da nəzərə alınaraq iddianın digər avtomobilə və əmlaklara münasibətdə də təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi ilə razı olmadığını bildirərək, Volkswagen multivan T5 markalı avtomobilə qoyulmuş qiymətin reallığı əks etdirmədiyini, əslində həmin avtomobilin dəyərinin göstərilən qədər olmadığını, VAZ 21074 minik markalı avtomobilin vəziyyəti barədə məlumatının olmadığını, əmlakların isə birgə nikah dövründə alındığığını qeyd etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 13 dekabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Baş Dövlət Yol Polisi idarəsinin 06.01.2022-ci il tarixli, 016- 953/222 saylı, vəkil sorğusuna cavab məktubundan görünür ki, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilə 01.09.2016-cı il tarixdə Cavabdeh adına şəhadətnamə verilmişdir. Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil 06.12.2021-ci il tarixli tarixdə Cavabdeh tərəfindən X1. -18.05.2004-cü il tarixli şəhadətnamədən görünür ki, VAZ 21074 MİNİK B/ili 2004, rəngi ağ olan ** MM *** dqn avtomobil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 06.12.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Qafarov X3 multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili 10.000 (on min) manata X2. İş materiallarında olan "xxxx" MMC-nin 11.04.2022-ci il tarixli, 22 nömrəli ekspert rəyindən görünür ki, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 25.500 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər 13.12.1997-ci il tarixdə nikaha daxil olmuşlar və hazırda aralarında olan nikah pozulmamışdır. İddiaçı nikahın pozulması niyyətində olduğu üçün cavabdehlə birgə nikah dövründə əldə olunmuş avtomobillərdən birininin dəyərinin yarısının, digər avtomobilə isə yarı hissədə pay hüquqununun, eləcə də əmlaklara mütənasib şəkildə payların müəyyən edilməsini və birgə nikahdan əvvəl cehiz qismində gətirdiyi əşyaların, həmçinin nikah dövründə alınmış əşyaların ona qaytarılmasını xahiş edir. İddiaçı tələbini ailə qanunvericiliyinin normaları ilə əsaslandırır. Cavabdeh tərəfin tələbə etirazı belədir ki, qiymətləndirilən avtomobilin dəyəri həddən artıq şişirdilib, digər avtomobiin hansı vəziyyətdə olması məlum deyil, əşyalar isə cehiz yox, birgə nikah dövründə alınıb. Məhkəmə hesab edir ki, iddia tələbi birgə nikah dövründə əldə olunmuş VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının ½ hissədə pay hüququnun tanınması hissəsində əsaslıdır. Belə ki, işin halları və tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahı dövründə əldə etdiyi əmlakdır. Belə olan halda həmin avtomobilə ½ hissədə iddiaçının və ½ hissədə cavabdehin pay hüququ müəyyən edilməlidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə bildirir ki, iddiaçı öz tələbində Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009, (orta bazar dəyəri 26000 manat) avtomobilə dair bağlamış 06.12.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək orta bazar dəyərinin yarısının ona ödənilməsini tələb etsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 öz izahatlarında Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfin izahatlarından müəyyən edilir ki, onun son məqsədi həmin avtomobilin dəyərinin yarı hissəsinin ona verilməsidir. İddiaçı tərəf qeyd edilən avtomobillə bağlı tələbini də məhz bazar dəyərinin yarısının ona verilməsi xahişi ilə yekunlaşdırır. Ona görə də, məhkəmə iddiaçının tələbinin bu hissəsini avtomobilin bazar qiymətinin yarısının iddiaçıya verilməsi hissəsində əsaslı hesab edir. Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən X4 10.000 manata satılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, işdə olan sübutlardan görünür ki, bu məbləğ avtomobilin real dəyərini əks etdirmir. Belə ki, cavabdeh iddiaçının da payını satmaqla, avtomobili daha aşağı qiymətə təqdim etmişdir. Bu hal isə iddiaçıya münasibətdə ədalətli hesab edilə bilməz. Çünki, faktiki olaraq iddiaçının avtomobilə olan payı onun mənafeyi nəzərə alınmadan satılmışdır. "xxxx" MMC-nin 11.04.2022-ci il tarixli, 22 nömrəli ekspert rəyində Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 25.500 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunan avtomobilin birgə nikah dövründə əldə olunmasını nəzərə alaraq, hazırki qiymətləndirmə rəyini mötəbər sübut kimi qəbul edərək və ona tənqidi yanaşılmasına heç bir əsas görməyərək hesab edir ki, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək onun dəyərinin yarısı, yəni 12.750 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbini Samsung markalı Led televizor, Saloğlu firmasına məxsus künc divanı, Yataq mebeli (dəst) və içində 2 ortopedik döşək, Pianino, Mulinex markalı şirəçəkən maşın, 3 ədəd tül pərdə, 1 ədəd Zinger tikiş maşını, 2 nəfərlik 1 ədəd yun döşək, Regular markalı paltaryuyan, Toshiba markalı Soyuducu, Samsung markalı kondisionerin iddiaçıya qaytarılması hissəsində qismən əsaslı hesab edir. Belə ki, işin halları və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, 1 ədəd pianino, 1 ədəd Zinger tikiş maşını və 2 nəfərlik 1 ədəd yun döşək nikaha daxil olan zaman İddiaçı tərəfindən cehiz qismində gətirilmiş əşyalar olmuşdur. Həmin əşyaların cavabdehdə olması faktı onun özünün izahatları ilə təsdiqini tapmışdır. Ona görə də, məhkəmə tələbi bu hissədə əsaslı sayır. İddia tələbində qeyd olunan Samsung markalı Led televizor, Saloğlu firmasına məxsus künc divanı, Yataq mebeli (dəst) və içində 2 ortopedik döşək, Mulinex markalı şirəçəkən maşın, 3 ədəd tül pərdə, Regular markalı paltaryuyan, Toshiba markalı Soyuducu və Samsung markalı kondisionerlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəf həmin əşyaların da ona verilməsini xahiş etsə də, həm iddiaçının, həm də cavabdeh tərəfin izahatlarından aydın olur ki, həmin əşyalar tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklardır. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, birgə nikah dövründə əldə edilmiş əmlak birgə mülkiyyətdə olan əmlak sayılır və həmin əmlakın bütünlükdə bir tərəfə verilməsi yalnız digər tərəfə onun dəyərinin ödənilməsindən sonra əsaslı sayıla bilər. Başqa sözlə, birgə nikahda qazanılmış əmlak bölünərkən birgə mülkiyyət prinsipləri rəhbər tutulur. Cavabdeh tərəfin iddianı bu hissədə etiraf edərək əmlakların iddiaçıya verilməsinə razı olması barədə iddiaçının dəlilinə gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdehin izahatı iddianın bu hissədə etirafı kimi başa düşülməməlidir. Çünki, iddiaçı həmin əşyalarla bağlı əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o nikahın pozulmasına razı deyildir və ailənin qorunub saxlanılması üçün iddiada göstərilən bütün əşyaların iddiaçıya verilməsinə razıdır. Lakin, münasibətlərin düzəlməyəcəyi təqdirdə buna razı olmayacağını bildirmişdir. Ona görə də, iddiaçının bu dəlilini məhkəmə əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan və cavabdehin nikahdan əvvəl cehiz qismində gətirdiyi əşyalar - 1 ədəd pianino, 1 ədəd Zinger tikiş maşını və 2 nəfərlik 1 ədəd yun döşək cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, digər əşyalar isə birgə nikah dövrundə əldə olunduğundan və həmin əmlaklara iddiaçı ilə yanaşı cavabdehin də müvafiq mülkiyyət hüquqları olduğu üçün həmin əşyaların iddiaçıya verilməsi qanunvericiliyinin tələbləri baxımından qanuni və əsaslı hesab edilə bilməz. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri VAZ 21074 minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1/2 hisədə İddiaçı və 1/2 hissədə Cavabdeh pay hüququ müəyyən edilsin. Tərəflərin birgə nikah dövründə əldə etdikləri və Cavabdeh tərəfindən satılmış Volkswagen Multivan T5 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı, yəni 12.750 (on iki min yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı məxsus cehiz əşyaları olan 1 ədəd pianino, 1 ədəd Zinger markalı tikiş maşını və 1 ədəd iki nəfərlik yun döşək Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 150 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat məbləği iddiaçıya, digər 50 manat məbləği isə cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-423/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-423/2022
13.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver