Məhkəmə qərarları › İş №e-2(010)-4332/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4332/2022

10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4332/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat pul vəsaitinin əvəzi tutularaq İddiaçı verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 09 iyun 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. İddiaçı hazırda azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərində, valideyinlərinə məxsus olan evdə yaşayırlar. Cavabdeh isə Ağdam rayonunun Evoğlu kəndində yaşayır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən “N” saylı həbi hissəsində müddətdən artıq hərbçi kimi xidmət edir, aylıq qazancı var. Artıq 5 aya yaxındır ki, cavabdeh azyaşlı uşaqların maddi ehtiyaclarını ödəmir. İddiaçı cavabdehdən maddi yardım göstərməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə alimentlə bağlı iddiaçı tərəfindən cavabdehə təklif göndərilsə də heç bir münasibət bildirməmişdir. Cavabdeh Bakı 4 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən xx.xx.2022-ci il tarixə təyin olunmuş ilkin mediasiyası sessiyasında iştirakdan da imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AR Dövlət Təhlükəsizlik Xidmətinin Bakı şəhəri 6 saylı Vəkil Bürosunun icraçı vəkili Vəkil ünvanlanmış məktubdan görünür ki, Cavabdeh aylıq pul təminatı müvafiq tutulmalar çıxıldıqdan sonra cəmi 1746 manat təşkil edir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmuş və bu nikahdan iki övladları anadan olmuşdur. Hazırda iddiaçı övladları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdehin müntəzəm aylıq gəliri var. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Belə olan halda məhkəmə hazırkı iş üzrə cavabdehin daimi gəlirinin və ya qazancının olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli və xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi aliment məbləğinin xx.xx.2022-ci il tarixdən etibarən hesablanması hissəsində əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Göründüyü kimi, məhkəmə qeyd edir ki, iddiaçı tərəf aliment məbləğinin xx.xx.2022ci il tarixdən etibarən hesablanmasını xahiş etsə də, lakin iş materiallarından göründüyü kimi iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, aliment məbləği məhz iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən-xx.xx.2022-ci il tarixdən etibarən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Əlı̇ zadə Xətayı̇ Natı̇ q oğlunun aylıq qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı Qadı̇ r qızına ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən etibarən hesablansın. Mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar