Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4388/2022 01.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü Yusif Cavabdeh oğlu və xx.xx.2019-cu il təvəllüdlü Ulduz Cavabdeh qızı, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin Cavabdeh əmək haqqısının ½ hissəsi miqdarında alimetin onun xeyrinə ödənilməsinə və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün hər ay əlavə 100 manat məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, tərəflər rəsmi nikaha daxil olublar və birgə nikahlarından 3 övladları dünyaya gəlib. Onlar arasında olan nikah pozulmamışdır, lakin iddiaçı uşaqları ilə birlikdə anasının yanında yaşayır. Cavabdeh tərəfindən onlara hər hansı maddi yardım edilmədiyi üçün o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hərbiçidir və rəsmi gəlir yeri var. Hazırda uşaqlar azyaşlı olduğu üçün iddiaçı işləyə bilmir, bu səbəbdən onun saxlanılması üçün əlavə 100 manat tələb edirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən 26 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 944553 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 26 oktyabr 2017-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 oktyabr 2017-ci ildə 115 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Seyidov, arvada Seyidova soyadı verilmişdir. Naxçıvan MR Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən 08 fevral 2018-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 962481 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 26 iyul 2017-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 08 fevral 2018-ci ildə 08 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Naxçıvan MR Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən 05 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 163941 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 25 sentyabr 2019-cu ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 05 noyabr 2019-cu ildə 295 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Naxçıvan MR Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən 10 aprel 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 630300 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 13 fevral 2022-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 aprel 2022-ci ildə 90 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideyinlər uşaqlarını saxlamağa bocludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: (76.1.3) 3 və daha çox uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər hal-hazırda nikahdadırlar və iddiaçı ilə cavabdehin birgə nikahlarından 26 iyul 2017-ci il təvəllüdlü X7, 25 sentyabr 2019-cu il təvəllüdlü X5 və 13 fevral 2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdeh övladına baxmadığına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə məxsus SQ seriyalı ******* №-li şəxsi vəsiqədən görünür ki, Cavabdeh N nömrəli hərbi hissədə hərbiçi işləyir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbinin maddi yardımla bağlı hissəsinə gəldikdə isə məhkəmə belə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən uşağın 3 yaşına çatanadək ona baxılmasına görə 100 manat maddi yardım tələb etsə də, arvadın ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququnun yaranması üçün ər zəruri vəsaitə malik olmalıdır. İddiaçı tərəfin iş materiallarına əlavə etdiyi sənədlərdən isə cavabdehin sadəcə olaraq hərbi hissədə hərbiçi işləməsi müəyyən olunur və onun əmək haqqının məbləğini və digər gəlirlərini müəyyən etmək mümkün olmur. İddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan məlum olduğu kimi cavabdehin əmək haqqı barədə onun işlədiyi yerə sorğu göndərilsə də, hazırki günədək sorğuya cavab verilməmişdir. Göründüyü kimi cavabdehin digər gəlirlərinin olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 07 sentyabr 2022-ci il tarixdən etibarən tutulmalıdır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26 iyul 2017-ci il təvəllüdlü X3, 25 sentyabr 2019cu il təvəllüdlü X2 və 13 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 iyul 2017-ci il təvəllüdlü X3, 25 sentyabr 2019-cu il təvəllüdlü X2 və 13 fevral 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması müddəti 07 sentyabr 2022-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(010)-4388/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4388/2022
01.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver