Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(010)-4495/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı, Kreditor MMC Borclu qarşı pul məbləğinin ödənilməsi barəsində məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borclu xx.xx.1990-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş Borclu 2547,36 manat əsas borcun və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat məbləğində rüsumun, cəmi 2567,36 (iki min beş yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində borcun Kreditor MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu 05.02.2021-ci il tarixli alqı-satqı (nisyə) müqaviləsinə əsasən kreditordan aldığı əmlaka görə 3070,36 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Həmin sənədlərdən həmçinin görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi qaydada bağlanmış əqdə əsaslanır. Buna görə də, tələbkar borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə tələbi ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olan halda, hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Belə ki, həmin Məcəllənin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa və yaxud tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276 və 280-284cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: 2547,36 (iki min beş yüz qırx yeddi manat, otuz altı qəpik) manat əsas borcun və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi manat) manat məbləğində rüsumun, cəmi 2567,36 (iki min beş yüz altmış yeddi manat, otuz altı qəpik) manat məbləğində pul vəsaitinin xx.xx.1990-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu alınaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 72/49 ünvanında yerləşən Kreditor MMC-ə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-4495/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(010)-4495/2021
29.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver