Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4511/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 196.98 (yüz doxsan altı manat, doxsan səkkiz qəpik) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) xidmət haqqının, cəmi 227.38 (iki yüz iyirmi yeddi manat, otuz səkkiz qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 idarə etdiyi, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış “Toyota Prius (Hibrid)” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil və X2 idarə etdiyi “Hyundai Tucson” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius (Hibrid)” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək, AR İXM-in 327.7 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş, onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilərək, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, PBA ********** saylı icbari sığorta müqaviləsindən müəyyən olunur ki, “X4” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius (Hibrid)” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək AR İXM-in 327.7 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4)dan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi zamanı “Toyota Prius (Hibrid)” markalı, ** BE *** lət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş Avtomobillərin Texniki Xidmət Mərkəzi MMC-nin qüsur aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prius (Hibrid)” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 190 (yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin ödəniş aktından müəyyən edilir ki, yolnəqliyyat hadisəsi nəticəsində “X4)” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 190 (yüz doxsan) manat məbləğində pul zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 196.98 manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/2054 saylı geriyə tələb məktubundan görünür ki, sığorta hadisəsi nəticəsində “Toyota Prius (Hibrid)” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC-yə ödənilməli olan 196.98 manat məbləğində pulun Bakı Sığorta ASC-yə ödənilməsi cavabdehlərdən tələb edilmişdir. İş materialları
3. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ”dan görünür ki, “X4” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dır və həmin avtomobil “yol vərəqi” əsasında idarə olunmaq üçün Cavabdeh1 təqdim edilmişdir.
4. AD 859246 nömrəli “X1 Şəhadətnaməsi”ndən görünür ki, “Hyundai Tucson” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir.
5. xx.xx.2022-ci il tarixli, PBA ********** saylı icbari sığorta müqaviləsindən müəyyən olunur ki, “X4” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada xx.xx.2023-cü il tarixədək sığortalanmışdır.
6. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati protokol və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius (Hibrid)” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinərək AR İXM-in 327.7 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
7. Avtomobillərin Texniki Xidmət Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius (Hibrid)” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 190 (yüz doxsan) manat məbləğində müəyyən edilmişdir.
8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, ZBT/2332 nömrəli ödəniş aktından müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X4” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 190 (yüz doxsan) manat məbləğində pul zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmişdir.
9. xx.xx.2023-cü il tarixli geriyə tələb məktubundan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X4” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş vəsaitə görə "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 196.98 manat ödəniş edilmiş və Cavabdeh1 və Cavabdeh2 mövcud sığorta ödənişinin 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
10. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 idarə etdiyi “X4” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobillə X2 idarə etdiyi “Hyundai Tucson” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması və hadisə nəticəsində “Hyundai Tucson” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilə 190 manat məbləğində zərər dəyməsi, həmin dəymiş zərər məbləğinin zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ona ödənilməsi, daha sonra zərərvuran avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən zərərçəkənin sığortaçısı "xxxx" ASC-yə 196.98 manat ödəniş edilməsi işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 936. Subroqasiya hüququ 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
13. Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” Qanun
Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
14. AR X5 Heyətinin “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə 29 iyun 2022-ci il tarixi Qərarı.
5. Zərərvuranın sığortaçısına subroqasiya tələbinin irəli sürülməsi 5.1. Zərərçəkənin sığortaçısı Qanuna uyğun olaraq sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın sığortaçısına qarşı subroqasiya hüququndan istifadə edir. 5.2. Zərərvuranın sığortaçısı subroqasiya tələbi irəli sürmüş zərərçəkənin sığortaçısı qarşısında sığorta ödənişinin Qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirilməsi üçün öhdəlik daşıyır. 5.3. Sığorta ödənişi verildikdən sonra zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsini təsdiq edən, qiymətləndirmənin nəticələrini əks etdirən və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən məlumatları və sənədlərin surətlərini iddia faylına daxil edir.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
16. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 idarə etdiyi “X4” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobillə X2 idarə etdiyi “Hyundai Tucson” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və hadisə nəticəsində “Hyundai Tucson” markalı, ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilə 190 manat məbləğində zərər dəymişdir. Eyni zamanda, o da müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati protokol və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Toyota Prius (Hibrid)” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisə yerindən yayınmış və AR İXMin 327.7 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi hüquq normalarının mətnindən aydın olur ki, geriyə tələb hüququnun yaranması əsalarından biri qəzanı törətmiş şəxsin hadisə yerindən yayınması halıdır. Deməli, hazırkı iş üzrə iddiaçının Cavabdeh1 qarşı subroqasiya tələbi əsaslıdır. Ziyanın məbləğinə gəldikdə isə, işə əlavə edilən sənədlərdən aydın olur ki, vurulmuş ziyanın məbləği 190 manat təşkil etmişdir. Bu halın əksini sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu sübuta tənqidi yanaşılması üçün hər hansı əsas görmür.
17. Məhkəmə hesab edir ki, iddia tələbi digər Cavabdeh2 münasibətdə əsaslı deyildir. Belə ki, iş materiallarından görünür ki, “X4” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 məxsusdur və o, avtomobili yol vərəqi əsasında idarə etmək üçün Cavabdeh1 vermişdir. Məhkəmə qeyd edir ki, subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi normaların tələblərindən göründüyü kimi, subroqaqsiya hüququnun yaranmasının əsas şərti zərərvuranın təqsirli hərəkətlərinin olmasıdır. Yəni, geriyə tələb hüququ məhz şəxsin təqsirli hərəkətinə görə yaranır. Bu qəbildən çıxış edərək məhkəmə qeyd edir ki, hazırkı işdə digər Cavabdeh2 qəzada təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Çünki, Cavabdeh2 qəza törədilən avtomobili qanuni əsasla digər Cavabdeh1 vermişdir və ona görə də, avtomobilə görə məsuliyyəti Cavabdeh2 daşıya bilməzdi.
Məhkəmə xərcləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 196.98 (yüz doxsan altı manat, doxsan səkkiz qəpik) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) xidmət haqqı olmaqla cəmi 227.38 (iki yüz iyirmi yeddi manat, otuz səkkiz qəpik) manat pul tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh1 196.98 (yüz doxsan altı manat, doxsan səkkiz qəpik) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx qəpik) xidmət haqqı olmaqla cəmi 227.38 (iki yüz iyirmi yeddi manat, otuz səkkiz qəpik) manat pul tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.