Məhkəmə qərarları › İş №e-2(010)-4596/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4596/2024

04.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4596/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixində açılan **********0944-323771 saylı kart hesabı üzrə olan borcu aşağıdakı səbəbdən yaranmışdır. Müştəri xx.xx.2021-cü il tarixində kart hesab balansını Terminal vasitəsilə 1000 AZN məbləğində artırdığı zaman texniki nasazlıq səbəbindən mədaxil vəsaiti hesaba 2 dəfə yüklənmişdir. Müştəri texniki nasazlığın düzəldilərək hesabına artıq oturmuş pul vəsaitinin geri çəkilməsini gözləmədən kart hesabından pul nağdlaşdırmışdır. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 998,98 AZN overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 5,40 AZN) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 993,58 AZN overdraft borcu və Bankın əmlakım qanunsuz saxlamağa görə hesablanmış 56,22 AZN faiz borcu olmaqla cəmi 1049,80 AZN borcu vardır.

2. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına “ikiqat ödənişlər” kateqoriyası kimi xx.xx.2021-cü il tarixində 1000 manat və 998,98 manat pul daxil olmuşdur.

3. xx.xx.2024-cü il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh banka olan borcun 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

4. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

5. Cavabdeh hesabına ikiqat ödəniş daxil olması, həmin pulun nağdlaşdırılması və nəticədə banka ziyan vurulması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 1049,80 AZN məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 AZN dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

7. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Baş ofis (bundan sonra bank) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kartmane xidməti üzrə müqaviləyə əsasən **********0944-323771 saylı kart hesabıaçılmış və ona kart verilmişdir. Müştəri xx.xx.2021-cü il tarixində kart hesab balansını Terminal vasitəsilə 1000 AZN məbləğində artırdığı zaman texniki nasazlıq səbəbindən mədaxil vəsaiti hesaba 2 dəfə yüklənmişdir. Müştəri texniki nasazlığın düzəldilərək hesabına artıq oturmuş pul vəsaitinin geriçəkilməsini gözləmədən kart hesabından pul nağdlaşdırmışdır. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 998,98 AZN overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 5,40 AZN) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 993,58 AZN overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 56,22 AZN faiz borcu olmaqla cəmi 1049,80 AZN borcu vardır. Bank tərəfindən Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və xx.xx.2024-cü il tarixli, RB-02/PK-3673 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla bankımıza maddizərər vurur. Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439. Pul öhdəliklərinin icrası 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

11. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021cü il tarixində kart hesab balansını Terminal vasitəsilə 1000 AZN məbləğində artırdığı zaman texniki nasazlıq səbəbindən mədaxil vəsaiti hesaba 2 dəfə yüklənmişdir. Müştəri texniki nasazlığın düzəldilərək hesabına artıq oturmuş pul vəsaitinin geri çəkilməsini gözləmədən kart hesabından pul nağdlaşdırmışdır. Nəticədə həmin pul geri çəkildiyi zaman hesabda 998,98 AZN overdraft borcu yaranmışdır. Daha sonra müxtəlif tarixlərdə müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 5,40 AZN) onun overdraft borcundan silinmişdir. Halhazırda Cavabdeh xx.xx.2024-cü il tarixinə 993,58 AZN overdraft borcu və Bankın əmlakım qanunsuz saxlamağa görə hesablanmış 56,22 AZN faiz borcu olmaqla cəmi 1049,80 AZN borcu vardır. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında əsassız varlanma nəticəsində əmələ gələn öhdəlik münasibətləri yaranmış və cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına pul əldə etmişdir. Yəni, cavavdehin bu cür varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən borcuna görə 1049,80 manat məbləğində borcun tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh borcuna görə 1049,80 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 1049,80 (bir min qırx doqquz manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar