Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4611/2022 22.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil və İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair ilk, iddiаçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” qarşılıqlı iddia tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən birgə nikah dövründə əldə edilmiş “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı payının tanınması və mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İlk iddia tələbinin əsaslandırıldığı hallar.
2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki olaraq xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı nikahın pozulması tələbi üzrə mediasiya təklif məktubu gəlmişdir. Onlar birgə nikah dövründə, xx.xx.2021-ci il tarixdə “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Hazırda İddiaçı əlində kifayət qədər əsas var ki, Cavabdeh avtomobili sataraq vəziyyəti öz xeyrinə dəyişmək istəyir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin münasibətləri kəskinləşmiş formadadır, ayrı yaşayırlar və barışmaq, ailə münasibətlərinin davam etməsi ehtimalı yoxdur. Cavabdeh ilə birgə nikah dövründə “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili 25000 manat məbləğində pul ödəməklə əldə etmişlər. Belə olduqda birgə mülkiyyətlərində olan “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi zamanı iddiaçının payı 1/2 hissədə müəyyən edilməlidir.
Qarşılıqlı iddia tələbi.
3. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0.0512 ha torpaq sahəsi üzərində 1/2 hissədə onun, 1/2 hissədə isə cavabdeh İddiaçı payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar.
4. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən 0.0512 ha torpaq sahəsi almış, həmin torpaq sahəsi tam payda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin sonradan cavabdehlə birgə nikahda olduğu müddətdə sənədləşmə işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh İddiaçı bağışlamışdır. Lakin bağışlama olan zaman cavabdehlə münasibətləri normal olmuş, cavabdeh bağışlama müqaviləsi bağlandıqdan sonra əmlak əldə etdiyini zənn edərək, nikahın pozulması qərarına gəlmiş və aralarındakı nikah pozulmuşdur. xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Bağışlama müqaviləsinin bağlanmasından bir il müddət ötmədiyindən onun bağışlama müqaviləsinin etibarsız hesab olunaraq ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olsa da, bağışlama müqaviləsi ləğv olunduğu halda belə torpaq sahəsi cavabdehlə onun birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan cavabdehin 1/2 hissədə pay hüququ vardır. Bu səbəbdən bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı deyil, birgə nikah dövründə əldə edilmiş əmlakda paylarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Qarşılıqlı iddiaya etiraz.
5. İlk iddiaçı qarşılıqlı iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı və Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları olmamışdır. Mübahisəli olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 0.0512 ha torpaq sahəsi İddiaçı və qardaşının şəxsi pul vəsaiti hesabına alınaraq 2019-cu ildə cavabdehin adına rəsmiləşdirilmişdir. Sadəcə olaraq, həmin vaxt “ASAN xidmət” mərkəzinə gedərkən cavabdeh iddiaçıya demişdir ki, “Sən qadınsan, iş adamısan, bir neçə dəfə gəlməli olacaqsan. Torpağı satan adamın da həyat yoldaşı gəlməlidir. Qardaşın da iş adamıdır. Özümün isə boş vaxtım var. Qoy torpaq mənim adıma rəsmiləşdirilsin, sonra hər kəsə payını qaytaracam”. Bununla yanaşı, cavabdeh 2-3 adamına adına rəsmiləşdirmə olarsa, rüsumun baha başa gələcəyini də əsas gətirmiş, sonda torpaq onun adına rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh iddiaçının qardaşına aid paydan torpaq sahəsini bağışlama müqaviləsinə əsasən onun adına rəsmiləşdirmişdir. Bu faktı İddiaçı qardaşı da təsdiqləyə bilər. Bu qeyd edilənlər bir daha təsdiq edir ki, mübahisə predmeti olan torpaq sahəsi əvəzsiz olaraq İddiaçı məxsus olmaqla hədiyyə şəklində verilmişdir. Əgər belə olmasa idi, cavabdeh hissə-hissə İddiaçı və qardaşının paylarını ayırıb verməzdi. Qeyd edilənlərə əsasən formal mülahizələrə əsaslanan qarşılıqlı iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
Tərəflərin izahatları.
6. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, hazırda cavabdehin adına olan “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakdır. Lakin qarşılıqlı iddia tələbinin predmetini təşkil edən torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Ona görə ki, həmin torpaq sahəsi ilk iddiaçı və onun qardaşının gəlirləri hesabına əldə edilmiş, formal olaraq cavabdehin adına qeydiyyata alınmış, sonradan cavabdeh həmin əmlakı bağışlamaq yolu ilə ilk iddiaçının adına qeydiyyata aldırmışdır. Həmin əmlak ilk iddiaçıya bağışlanmış olduğundan hesab edir ki, bu əmlak üzərində birgə nikah dövründə əldə edilmiş əmlak kimi paylar müəyyən edilə bilməz. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə ərizə verərək ilk iddianı qəbul edib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, ilk iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş “Kia Sorento” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ilk iddiaçının payının müəyyən edilməsinə etiraz etmir. Lakin ilk iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri və sonradan ilk iddiaçıya bağışladığı torpaq sahəsi üzərində öz payının müəyyən edilməsini tələb edir. Hansı ki, həmin torpaq sahəsi 8 sot olmuş, 3 sotunu ilk iddiaçının qardaşına bağışlamış (əslində satmış), 5 sotunu isə sənəd işləri ilə bağlı öz həyat yoldaşına – ilk iddiaçıya bağışlamışdır. Hesab edir ki, həmin torpaq sahəsi də birgə nikah dövründə əldə edilmiş əmlakdır və bu səbəbdən torpaq sahəsi üzərində onun da payı müəyyən edilməlidir. Odur ki, məhkəmədən həm ilk, həm də qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.
İş materialları.
8. xx.xx.2021-ci il tarixdə verilmiş, AE 136713 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, 0.0512 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
10. Hədiyyə verən Cavabdeh və hədiyyə alan İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Hədiyyə verən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0512 ha torpaq sahəsini tam mülkiyyət hüququ üzrə hədiyyə alana bağışlamışdır.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, 0.0512 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
İşin faktiki halları.
12. İddiaçı və Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşdur. Tərəflərin nikahda olduqları dövrdə - xx.xx.2021-ci il tarixdə Cavabdeh adına “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Hazırda ilk İddiaçı bu avtomobil üzərində birgə nikahdan əldə edilmiş əmlak kimi 1/2 hissədə payının tanınmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddiaçı Cavabdeh isə ilk iddiaçı ilə birgə nikahı dövründə - xx.xx.2019cu il tarixdə xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, lakin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən arvadı İddiaçı bağışladığı və hazırda onun mülkiyyətində olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0512 ha olan torpaq sahəsi üzərində birgə nikahdan əldə edilmiş əmlak kimi 1/2 hissədə payının tanınmasını xahiş etmişdir.
14. İlk iddia üzrə Cavabdeh ilk iddianı qəbul edərək, ilk iddiaçı ilə birgə nikahı dövründə əldə etdiyi avtomoil üzərində ilk iddiaçının 1/2 hissədə payının müəyyən edilməsinə etiraz etmədiyini bildirmiş, bununla bağlı məhkəməyə ərizə vermişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə qarşılıqlı iddia tələbini qəbul etməmiş, məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) mübahisəli torpaq sahəsinin ilk iddiaçı və qardaşının vəsaiti hesabına alındığını, sadəcə formal olaraq qarşılıqlı iddiaçının adına qeydiyyata alındığını, elə bu səbəbdən qarşılıqlı iddiaçının sonradan torpaq sahəsini ilk iddiaçıya bağışladığını, həmin torpaq sahəsinin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olmadığını bildirərək, məhkəmədən qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666. Bağışlama müqaviləsi. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər..
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından göründüyü kimi həm ilk, həm də qarşılıqlı iddia tələbi tərəflərin birgə nikahı dövründə əldə edildiyi iddia edilən əmlakların bölgüsü ilə bağlıdır. Həmin əmlaklar bunlardır: 1) “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil; 2) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0512 ha olan torpaq sahəsi.
20. Belə olan halda məhkəmə bu tələblərin hər birinə ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir:
1) “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ilk iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi.
21. İş materiallarından görünür ki, ilk iddia üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianı qəbul etdiyini, ilk iddiaçının avtomobil üzərində 1/2 hissədə payının tanınmasına etirazı olmadığını bildirmişdir. Bu isə o deməkdir ki, cavabdeh ilk iddianı etiraf etmişdir.
22. Bu avtomobil tərəflərin birgə nikahı dövründə (xx.xx.2021-ci il tarixdə) cavabdehin adına dövlət qeydiyyatına alınmış olduğundan məhkəmə hesab edir ki, cavabdehin etirafının təsdiq edilməsi nə qanuna ziddir, nə də hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ilk iddianın etiraf edilməsinin təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Bu isə ilk iddianın etiraf olunan hissədə, yəni tam təmin edilməsi, “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ilk İddiaçı 1/2 hissədə payının tanınması üçün əsasdır.
1) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0512 ha olan torpaq sahəsi üzərində qarşılıqlı iddiaçının 1/2 hissədə payının müəyyən edilməsi.
23. İş materiallarından görünür ki, bu torpaq sahəsi tərəflərin birgə nikahı dövründə (xx.xx.2019-cu il tarixdə) qarşılıqlı iddiaçı Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış, lakin bu əmlak xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya bağışlanmış, bundan sonra əmlak tərəflərin birgə nikahı dövründə (xx.xx.2022-ci il tarixdə) ilk İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Hazırda qarşılıqlı iddiaçı Cavabdeh iddia edir ki, arvadına bağışladığı bu torpaq sahəsi onların birgə nikahı dövründə əldə edilmiş əmlak olduğundan torpaq sahəsi üzərində onun da payı müəyyən edilməlidir.
24. Məhkəmə isə qarşılıqlı iddiaçı ilə razılaşmır. Ona görə ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsi hazırda qüvvədədir. Bu o deməkdir ki, müqavilə üzrə hədiyyə verən olan qarşılıqlı iddiaçının bu müqavilənin predmeti olan torpaq sahəsindən sonradan pay tələb etməsi istisna edilir. Bunun əksi yanaşma bağışlama müqaviləsinin təbiətinə uyğun olmazdı.
25. Nəzərə alınmalıdır ki, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: 25.1. bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; 25.2. hədiyyə alanın əmlakı artır; 25.3. hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; 25.5. hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; 25.6. hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarı).
26. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahı dövründə əldə edilibedilməməsindən asılı olmayaraq, əgər qarşılıqlı iddiaçı Cavabdeh öz əmlakını ilk İddiaçı bağışlamışsa və bununla bağlı müqavilə hələ də qüvvədədirsə, bu əmlak onu əvəzsiz əqd üzrə əldə edən ilk iddiaçının ayrıca mülkiyyətindədir və birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi istisna edilir. Odur ki, qarşılıqlı iddia təmin edilə bilməz.
27. Bununla belə məhkəmə xatırladır ki, bağışlama müqaviləsi üzrə hədiyyə verən olan qarşılıqlı iddiaçı əgər buna əsas olduğunu hesab edirsə, sözügedən bağışlama müqaviləsini ayrıca mübahisələndirmək hüququnu özündə saxlayır.
Məhkəmə xərcləri.
28. İş materiallarından görünür ki, ilk iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edən qarşılıqlı iddiaçı isə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
29. Məhkəmə xərclərinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflərdən tutulduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ilk İddiaçı 1/2 hissədə payı müəyyən edilməli, ilk iddia üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq ilk İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir.
31. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İlk iddia təmin edilsin. “Kia Sorento minik” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ilk İddiaçı 1/2 hissədə payı müəyyən edilsin. İlk iddia üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq ilk İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva