Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4706/2021 06.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, kreditor “Optimal Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditor “Optimal Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyəti 354.85 manat əsas borc və 368.55 manat cərimə borcu olmaqla, cəmi 723.40 manat borcun və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu tutulması barədə məhkəmə əmri çıxarılması üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki ərizədə borcun tutulması barədə məhkəmə əmrinin verilməsi barədə ərizədə kreditor “Optimal Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcludan 354.85 manat əsas borc və 368.55 manat cərimə borcu olmaqla, cəmi 723.40 manat borcun” tutulması xahiş edilmişdir. Lakin, kreditor tərəfindən hesablanmış 368.55 manat məbləğində cərimə borcunun borcludan tutulması” barədə tələbi mübahisəlidir və həmin məbləğdə cərimə borcunun tələb olunması - məhkəməyə təqdim olunmuş sənədlərlə mübahisəsiz təsdiq edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 278.2.4-cü maddəsinə görə kreditorun tələbi və onun əsaslandığı hallar, 278.2.5-ci maddəsinə görə isə tələbin əsaslığını təsdiq edən sənədlər ərizədə göstərilməlidir. Lakin əsaslar və sənədlər mübahisə doğurmayan və kifayət qədər mötəbər olmalıdır. Həmin Məcəllənin 279.2.2 və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadıqda və yaxud ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduqda - məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 276-278 və 279-cu maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ M : Kreditor “Optimal Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu borcun tutulması borcun tutulması barədə məhkəmə əmri çıxarılması haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması, kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №e-2(010)-4706/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4706/2021
06.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver