Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4728/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, cavabdeh İbrahımov Ramın İsa oğlunun iştirakları ilə, iddiaçı İbrahımova Fərıdə Bəxtıyar qızının cavabdeh İbrahımov Ramın İsa oğluna qarşı "aliment" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı İbrahımova Fərıdə Bəxtıyar qızı cavabdeh İbrahımov Ramın İsa oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbrahımov Ramın İsa oğlundan birgə nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X1 üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
2. İddiaçının vəkil və nümayəndəsi Qanuni nümayəndə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə baxışı iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh İbrahımov Ramın İsa oğlu məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, aliment ödəməyə razıdır. Lakin onun bildiyi qədərilə iki uşaq üçün aliment tutulursa, bu zaman onun qazancının üçddə bir, ümumilikdə isə hər uşağa görə altıda bir hissəsində miqdarında aliment tutulmalıdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını və qanunvericilikdə nəzərdə tutulmuş aliment məbləğinin tutulmasını məhkəmədən xahiş etdi.
İş materialları.
4. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 31 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 426877 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İbrahımov Ramın İsa oğlu ilə Cəfərova Fərıdə Bəxtıyar qızı arasında 13 noyabr 2019-cu ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 noyabr 2019-cu ildə 2748 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İbrahımov, arvada İbrahımova soyadı verilmişdir.
5. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 569455 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 11 mart 2021-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1524 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında İbrahımov Ramın İsa oğlu, ana qrafasında isə İbrahımova Fərıdə Bəxtıyar qızı qeyd edilmişdir.
6. Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, İbrahımov Ramın İsa oğlu “DOST X4” MMC-də şöbə müdiri vəzifəsində işləyir və 3400 manat əmək haqqı alır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-815/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İbrahımov Ramın İsa oğluna qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddiası təmin olunaraq, 27 may 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 2(001)-8055/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsi və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.
İşin faktiki halları.
8. Tərəflərin hal-hazırda nikahda olması, birgə nikahlarından bir uşaqlarının olması, həmçinin, Cavabdeh əvvəllər nikahda olması və həmin nikahdan da bir uşağının olması və qətnamə ilə ondan ¼ hissə miqdarında aliment tutulması işin mübahisəsiz halıdır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər. 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması. 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 21. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması. 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər. 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
11. Uşaq Hüquqları haqqında Qanun.
Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
12. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə.
Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı.
Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı.
8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
17. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, İbrahımov Ramın İsa oğlu “DOST X4” MMC-də şöbə müdiri vəzifəsində işləyir və 3400 manat əmək haqqı alır, lakin cavabdeh övladlarına baxmadığına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh İbrahımov Ramın İsa oğlundan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment İbrahımova Fərıdə Bəxtıyar qızının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin onun əvvəlki nikahdan olan uşağa görə aliment ödəməsi ilə bağlı qeyd edir ki, hazırda cavabdehin əmək haqqına münasibətdə götürdükdə, bir uşağa görə təqribən 850 manat (3400/4) aliment ödənilir. Cavabdehdən hazırki iş üzrə də ¼ hissə miqdarında aliment tutulduqda, cavabdehin əmək haqqından özünə (850+850=1700, 3400-1700=1700) yetərincə məbləğ qalır ki, həmin məbləğ onun şəxsi ehtiyaclarının ödənilməsinə kifayət edəcək miqdardadır.
18. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 22 sentyabr 2022-ci il tarixdən etibarən tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
19. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh İbrahımov Ramın İsa oğlundan 11 mart 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment İbrahımova Fərıdə Bəxtıyar qızının xeyrinə tutulmalıdır.
20. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İbrahımov Ramın İsa oğlundan 11 mart 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment İbrahımova Fərıdə Bəxtıyar qızının xeyrinə tutulsun. Alimentin tutulması müddəti 22 sentyabr 2022-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.