Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-480/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçının vəkil və nümayəndəsi Vəkil1, cavabdehin vəkil və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "uşaqların ananın yanında qalması və aliment" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı "uşaqların ananın yanında qalması və aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmasını, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2021-cii il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 250 manat cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini, mediasiya prosesinin keçirilməsi üçün dövlət rüsümü kimi ödənilmiş 60 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 ərizə təqdim edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2021-cii il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2021-cii il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 250 manat cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-cii il təvəllüdlü X4 üç yaşına çatanadək Cavabdeh hər ay hər uşaq üçün 150 manat cəmi 300 manat alimentin tutularaq uşaqların anası İddiaçı ödənilməsi, alimetin tutulmasının mediasiyaya dəvət olunmasına dair təklif ərizəsin poçt vasitəsi ilə Cavabdeh rəsmi qaydada göndərildiyi gündən yəni xx.xx.2022-ci il tarixdən hesablanmasını və mediasiya prosesinin keçirilməsi üçün dövlət rüsümü kimi ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının vəkil və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, hazırda iddiaçı və cavabdeh nikahdadırlar. Cavabdeh uşaqlarına maddi cəhətdən kömək etmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı iki körpə uşağına baxdığı üçün işləyə bilmir və alimentə ehtiyacı var. Cavabdeh tərəfindən təqdim edilmiş arayışdan cavabdehin əmək haqqısının az olduğu görünsə də, əslində digər gəlirləri də olur. İddiaçının dediyinə görə cavabdeh birgə nikah dövründə 1500 manata yaxın əmək haqqı alırdı ki, həmin məbləğlə də alimenti və maddi yardımı ödəmək kifayət edir. Cavabdeh tərəfindən həmçinin onun səhhətində problem olmasına dair arayış təqdim edilsə də, həmin xəstəlik cavabdehin işləməsinə mane deyil. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
4. Cavabdehin vəkil və nümayəndəsi Vəkil2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qismən qəbul edərək bildirdi ki, tərəfindən təqdim edilmiş arayışdan cavabdehin əmək haqqısının təxminən 510 manat olduğu görünür və digər gəlirlərinin olması barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməyib. Belə ki, arayışdan da görünür ki, cavabdeh qablaşdırıcı vəzifəsində işləyir və onun əlavə bonusunun olması mümkün deyil. Həmçinin, cavabdehin 510 manat maaş aldığı təqdirdə, 800 manat aliment ödəyə bilməsi də ağlabatan deyil. Çünki, cavabdeh öz əmək haqqısından əlavə olaraq 300 manat da borc tapıb alimenti ödəməlidir. Həmçinin, maddi yardım hissəsində də iddia tələbi əsassızdır. Belə ki, maddi yardım ödənilməsi üçün cavabdeh kifayət qədər vəsaitə malik olmalıdır və həmin vəsaitin mövcud olması barədə sübut təqdim etmək iddiaçının vəzifəsidir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən, hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.
İş materialları.
5. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 18 fevral 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 246982 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 18 fevral 2017-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 fevral 2017-ci ildə 3238 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ramazanov, arvada Ramazanova soyadı verilmişdir.
6. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 yanvar 2020ci il tarixdə verilmiş AZ-İV seriyalı 394208 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 yanvar 2020-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 17 yanvar 2020-ci il tarixdə 288 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir.
7. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 19 oktyabr 2021ci il tarixdə verilmiş AZ-İV seriyalı 668046 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 oktyabr 2021-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 19 oktyabr 2021-ci il tarixdə 4851 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir.
8. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən qablaşdırıcı vəzifəsində çalışır və aylıq əmək haqqı fondu aşağıdakı kimidir: dekabr (2021) -995,68 manat, yanvar (2022) – 407 manat, fevral (2022) – 436,76 manat, mart (2022) – 467,81 manat, aprel (2022) – 471,84, may (2022) – 472,68 manat, iyun (2022) – 468,34 manat, iyul (2022) – 470,57 manat, avqust (2022) – 511,42, sentyabr (2022) – 510,42 manat, oktyabr (2022) – 517,04, noyabr (2022) – 510,27 manat.
9. Ambulator kitabçadan çıxarışdan görünür ki, Cavabdeh xroniki bronxit kəskinləşmə mərhələsindədir.
İşin faktiki halları.
6. İddiaçı ilə Cavabdeh arasında 18 fevral 2017-ci il tarixdə nikahın bağlanması, tərəflərin birgə nikahlarından 02 yanvar 2020-ci il təvəllüdlü X1 və 01 oktyabr 2021-ci il təvəllüdlü X2 doğulması işin mübahisəsiz hallarıdır. Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
12. Uşaq Hüquqları haqqında Qanun.
Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə.
Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı.
Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı.
8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
16. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. 2022-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
19. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər hal-hazırda nikahdadırlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından 02 yanvar 2020-ci il təvəllüdlü X3, 01 oktyabr 2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Cavabdeh övladlarına baxmadığına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
20. Məhkəmə hesab edir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, cavabdehin rəsmi işləməsinə dair məhkəməyə sübut təqdim edilsə də, cavabdehin əmək haqqı dəyişkən və sabit pul məbləğinə münasibtədə az olacağı üçün (təxminən əmək haqqının üçdə biri olaraq (510/3)x1=170 manat) tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Cavabdehin səhhətində olan xəstəlik isə onun əmək qabiliyyətini məhdudlaşdırmadığı və işləməyinə mane olan dərəcədə olmadığı üçün alimentin az məbləğdə təyin edilməsi üçün əsas ola bilməz.
21. İddia tələbinin maddi yardımla bağlı hissəsinə gəldikdə isə məhkəmə belə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən uşaqların 3 yaşına çatanadək ona baxılmasına görə cəmi 300 manat maddi yardım tələb etsə də, arvadın ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququnun yaranması üçün ər zəruri vəsaitə malik olmalıdır. Cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, o, ortalama olaraq 510 manat əmək haqqı alır və alimenti ödədikdən sonra zəruri vəsaitə malik olmayacaq. Cavabdehin digər gəlirlərinin olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir.
22. İddiaçı alimetin tutulmasının mediasiyaya dəvət olunmasına dair təklif ərizəsin poçt vasitəsi ilə Cavabdeh rəsmi qaydada göndərildiyi gündən yəni xx.xx.2022-ci il tarixdən hesablanmasını xahiş etsə də, məhkəmə hesab edir ki, həmin tələb əsassızdır. Belə ki, cavabdehə mediasiyaya dəvət olunmasına dair təklif ərizəsinin göndərilməsi onun həmin andan məlumatlı olması anlamına gəlmir. İddiaçı tərəfindən isə mediasiyaya dair təklifin cavabdehə nə zaman çatdırıması barədə heç bir sübut təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 22 noyabr 2022-ci il tarixdən etibarən tutulmalıdır.
Məhkəmə xərcləri.
23. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
26. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 386x12=4632 manat təşkil etdiyindən, ödənilməli olan dövlət rüsumu məbləği 66,32 manat təşkil edir.
27. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 66,32 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.
28. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 02 yanvar 2020-ci il təvəllüdlü X3 və 01 oktyabr 2021-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmalı, Cavabdeh 02 yanvar 2020-ci il təvəllüdlü X1 və 01 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
29. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 02 yanvar 2020-ci il təvəllüdlü X3 və 01 oktyabr 2021-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalsın. Cavabdeh 02 yanvar 2020-ci il təvəllüdlü X1 və 01 oktyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması müddəti 22 noyabr 2022-ci il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh 66,32 (altmış altı manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.