Məhkəmə qərarları › İş №e-2(010)-4935/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4935/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4935/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 aprel 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq əmək haqqı və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 iyul 2012-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahdan 04 aprel 2013-cü il təvəllüdlü X3 və 08 aprel 2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 07 iyul 2012-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində 846 nömrə ilə qeydə alınmış nikah pozulub, birgə nikahdan doğulmuş 04 aprel 2013-cü il təvəllüdlü X3 boşanmadan sonra onun, 08 aprel 2015-ci il təvəllüdlü X2 cavabdehin yanında qalması, 08 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi müəyyən edilib. Qeyd edir ki, övladı xəstədir. Onda bir sıra xəstəliklər mövcuddur. Onun aylıq müalicə və müayinəsi üçün kifayət qədər böyük vəsait sərf olunur. Bu xərcləri təkbaşına qarşılmağa maddi vəziyyəti imkan vermir. Cavabdeh hazırda rəsmi olaraq işlədiyindən aliment onun əmək haqqından tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda o heç bir yerdə işləmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-730/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı Müqais oğlu ilə Cavabdeh arasında 07 iyul 2012-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində 846 nömrə ilə qeydə alınmış nikahın pozulması, İddiaçı Müqais oğlu ilə Cavabdeh birgə nikahlarından doğulmuş 04 aprel 2013-cü il təvəllüdlü X1 boşanmadan sonra atası İddiaçı Müqais oğlunun, 08 aprel 2015-ci il təvəllüdlü X2 isə anası Cavabdeh yanında qalması, İddiaçı Müqais oğlundan 08 aprel 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli, 01920 nömrəli Mediasiya Arayışından görünür ki, tərəflər arasında hazırki mübahisə ilə bağlı mediasiya prosesi baş tutmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından iki övladları doğulmuşdur. Hazırda tərəflərin arasındakı nikah pozulmuş, birgə nikahdan doğulan 04 aprel 2013-cü il təvəllüdlü X1 boşanmadan sonra atası İddiaçı Müqais oğlunun, 08 aprel 2015-ci il təvəllüdlü X2 isə anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. İddiaçı hesab edir ki, onun himayəsində saxlanılan azyaşlıya görə cavabdehdən hər ay onun aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Çünki, digər övladının saxlanılmasına görə o cavabdehə hər ay qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında ödəyir və nə qədər ki, uşaqların biri onun himayəsindədir, cavabdeh də öz növbəsində ona aliment ödəməlidir. Cavabdehin tələbə etirazı ondan ibarətdir ki, birincisi o heç bir yerdə işləmir, ikincisi, iddiaçının aylıq qazancı onun maddi təminatından qat-qat üstündür. Məhkəmə, hazırkı mübahisəni həll edərkən, ilk növbədə azyaşlıların mənafelərini əsas götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə görə, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan qətnamədən göründüyü kimi birgə nikahdan doğulmuş 04 aprel 2013-cü il təvəllüdlü X1 boşanmadan sonra atası İddiaçı Müqais oğlunun, 08 aprel 2015-ci il təvəllüdlü X2 isə anası Cavabdeh yanında qalması müəyyən edilmiş, həmin qətnamə ilə, eyni zamanda Cavabdeh xeyrinə İddiaçı Müqais oğlundan hər ay onun aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Deməli, məhkəmə qətnaməsi ilə Cavabdeh aztəminatlı hesab edilərək onun xeyrinə aliment tutulmuşdur. Bundan başqa, iddiaçı cavabdehin daimi aylıq gəlirinin və ya başqa qazancının olmasını sübut edəcək dəlilləri də məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi Cavabdeh öz övladının maddi tələbatlarını ödəməkdə çətinlik çəkməsinə, habelə azyaşlının həyat şəraitinin pisləşməsinə gətirib çıxaracaq. Qeyd edilənlərin davamı olaraq, məhkəmə bildirir ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının aylıq gəliri yüksəkdir və cavabdehin aylıq gəlirlərini nəzərə çarpan şəkildə üstələyir. Tərəflərin izahatlarına və işin hallarına qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, əslində iddiaçının cavabdehdən tələb etdiyi aliment miqdarına ehtiyacı yoxdur. Başqa sözlə, hazırkı iddianın qaldırılmasının səbəbi iddiaçının himayəsində olan azyaşlıya baxmaqda maddi çətinlik çəkməsi deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı Verdı̇ yev Anar Muqaı̇ s oğlunun cavabdeh Verdı̇ yeva Fı̇ dan Şahı̇ n qızına qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar