Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-494/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlə iddiaçı arasında Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2010-ci il tarixdə 874 nömrə ilə qeyd edilmiş nikahın pozulması və cavabdehdən uşaqları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-ci il təvəllüdlü X1 uçun hər ay hər bir uşaq uçun 175 (yüz yetmiş beş) manat olmaqla, hər ay cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh el adəti ilə ailə quraraq, 10 avqust 2010-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahından xx.xx.2011ci il tarixdə X7 oglu və xx.xx.2014-ci il tarixdə X5 doğulmuşdur. Nikahının ilk dovrlərində miinasibətləri yaxşı olsa da, müəyyən vaxt keçdikdən sonra miinasibətləri pisləşməyə başlamışdır. Cavabdeh ailə münasibətlərinin və birgə yaşamaları üçün heç bir tədbir gorməmişdir. Faktiki olaraq cavabdehlə birlikdə yaşamırlar. Cavabdehlə faktiki ayrıldıqdan sonra övladının saxlanılması üçün demək olar ki, bir valideyin kimi iştirak etməmişdir. Uşağının saxlanılması üçün cavabdehlə aralarında razılaşma yoxdur. Övladının saxlanılmasını bu günədək iddiaçının valideyninin koməkliyi ilə yerinə yetirmişdir. Mediasiyada iştirak etməsi ilə baglı müraciət etsə də, cavabdeh xx.xx.2021-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Hesab edir ki, cavabdeh fərdi əməklə məşguldur və kifayət qədər pul qazanır. Önun qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən oldugu üçün habelə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadıgı, çətinlik torətdiyi və uşağın marağını əhəmiyyətli dərəcədə pozulduguna gorə aliment sabit pul məbləgində tutulmalıdır. Cavabdeh hər uşağı üçün ayda 175 (yüz yetmiş beş) manat olmaqla 350 (üç yüz əlli) manat aliment ödəyə bilər. Tərəflərin izahatları İddiaçı AZEMİS vasitəsi məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasına onun iştirakı olmadan baxılaraq iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçı ilə aralarındakı nikahın pozulmasına razı deyil, belə ki, ailəsini dağıtmaq istəmir. Məhkəmə qətnaməsi ilə uşaqlarının saxlanılması üçün aliment təyin olunmasa da, o, hər ay maddi gücü çatan məbləğdə pul vəsaiti göndərib qəbzini saxlayır. Özü usta köməkçisi işləyir və 450 manat məbləğində maaş alır. Uşaqlarının saxlanılması üçün hər ay 200-250 manat məbləğində pul vəsaiti göndərə bilir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh ilə X3 arasında nikah xx.xx.2010cu il tarixdə 874 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada "Bərxudarova" soyadı verilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2011-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. 2 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2014-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. Mediator B.Yusifovun xx.xx.2021-ci il tarixdə verilmiş «ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışından müəyyən olunur ki, Bərxudarov Cavabdeh Günel Ayaz qızı tərəfindən təsvir edildiyi kimi ailə mübahisə üzrə xx.xx.2021-ci il tarixdə 11:00- 12:20 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: 19.1 Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1 Ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 22.1 Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2 Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə yaşayış dövründə xx.xx.2011-ci il tarixdə X7 oglu və xx.xx.2014-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Tərəflərin birgə nikahdan anadan olmuş övladları iddiaçı ilə birgə yaşayır. Cavabdehin nikahın pozulmasına razılığının olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərə barışmaq üçün 3 ay vaxt verilsə də, bu müddət ərzində iddiaçı və cavabdeh nikah münasibətlərini bərpa etmək üçün heç bir cəhd göstərməmiş, yəni, mülki işə baxılmasının üç ay müddətinə təxirə salınmasına baxmayaraq iddiaçı ilə cavabdeh barışmamışlar. Məhkəmə hesab edir ki, tərəflər arasında nikah formal xarakter daşıdığından, münasibətlərin bərpası qeyri-mümkün olduğundan, iddiaçı iddiasında israrlı olduğundan onların aralarındakı nikah ləğv edilməlidir. Tərəflərin birgə nikahından anadan olmuş övladları Rəvan və Ramalın anasının yanında olduğunu və həmin uşaqların mənafeyini rəhbər tutaraq məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra uşaqlar anasının himayəsində qalmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini istəyir. Cavabdeh isə ümumilikdə 200-250 manat ödəyə biləcəyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Həmin Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasına, fiziki cəhətdən inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsini, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun olmasını, uşaqların azyaşlı olmaqla gündəlik tələbatını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq cavabdehdən övladlarının saxlanılması üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 874 sayla qeydə alınmış xx.xx.2010-cu il tarixli nikah pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X7 oglu və xx.xx.2014-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra İddiaçı yanında qalmalı, cavabdehdən uşaqları X7 oglu və X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı “nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsini xx.xx.2021-ci ildə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunvericiliyin müvafiq normasının tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə aliment tələbi hissəsində dərhal icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 874 sayla qeydə alınmış xx.xx.2010-cu il tarixli nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X7 oglu və xx.xx.2014-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra İddiaçı yanında qalsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 oglu və xx.xx.2014-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-494/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-494/2022
01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver