Məhkəmə qərarları › İş №e-2(010)-4941/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4941/2021

20.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4941/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Kreditor borclular Borclu2 və Borclu1 qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə əmr icraatı qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor borclular Borclu2 və Borclu1 qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən borcludan müqavilə üzrə 1199 manat qalıq borcu və 161.14 manat cərimə olmaqla, cəmi 1360.14 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, borclu ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizəyə əlavə edilmədiyindən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 10.2-ci maddəsində qeyd edilir ki: “Qarşılıqlı razılaşma yolu ilə həll olunmayan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır”. Göründüyü kimi, tərəflər arasında olan müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış istənilən mübahisənin ilk növbədə məhkəmədənkənar (danışıqlar yolu ilə), daha sonra məhkəmə qaydasında həll edilməsi müqavilədə müəyyən edilmişdir. Belə olan halda əgər müqavilənin icrasında hər hansı bir problem yaranıbsa, bu barədə Kreditor ilk növbədə, Borclulara məlumat verməli, onlara pretenziya məktubu ilə rəsmi müraciət etməli, bu müraciətə cavab verilməsi üçün müəyyən müddət gözləməli və ən əsası bütün bunlar barədə məhkəməyə sübut təqdim etməli idi. Hazırkı ərizəyə isə borclulara ünvanlanmış hər hansı xəbərdarlıq, bildiriş, pretenziya məktubu əlavə edilməmişdir. Ərizəyə yalnız borcluların ünvanına göndərilmiş poçt reyestri əlavə edilmişdir. Lakin məhkəmə müvafiq bildiriş təqdim olunmadan, yalnız reyestr əsasında həqiqətən borclulara borcun məbləği və ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verildiyi nəticəyə gələ bilməz. Bunun üçün müvafiq bildirişin mətni məhkəməyə təqdim edilməlidir. Belə olan halda məhkəmə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) düzgün riayət edilmədiyi nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın ərizəyə əlavə edilməməsinin əmr icraatı qaydasında verilmiş ərizənin forma və məzmununa dair tələblərdə xüsusi olaraq qeyd edilməməsi Kreditorun bu qaydaya riayət etmədən birbaşa məhkəməyə müraciət edə biləcəyi mənasına gəlmir. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə də qeyd edildiyi kimi mübahisə varsa, tərəflər əvvəlcə bunu öz aralarında danışıqlar yolu ilə həll etməyə cəhd etməli, daha sonra məhkəməyə müraciət etməlidir. Bu zaman müraciətin iddia icraatı, yaxud əmr icraatı qaydasında edilməsinin iş üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, hər iki halda tərəflərdən biri digər tərəfin müqavilə öhdəliklərini pozduğunu hesab edir və pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlir. Lakin, artıq yuxarıda qeyd edildiyi kimi tərəf bu cür ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin danışıqlar yolu ilə həllinə cəhd etdiyini göstərən müvafiq sənədləri məhkəməyə təqdim etməli idi. Bu baxımdan, məhkəmə ərizənin tələbi təsdiq edən sənədlər əlavə edilmədən məhkəməyə təqdim edildiyini hesab edir və belə nəticəyə gəlir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 278.2.5-ci maddəsinə əsasən, tələbin əsaslığını təsdiq edən sənədlər ərizədə göstərilməlidir; 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir; 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 275-284-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kreditor borclular Borclu2 və Borclu1 qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizəsinin qəbulundan imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar