Məhkəmə qərarları › İş №e-2(010)-5024/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5024/2021

27.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5024/2021 27.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Kreditor Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə əmr icraatı qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kreditor Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən borcludan müqavilə üzrə 567.35 manat qalıq borcu və 188.42 manat cərimə olmaqla, cəmi 755.77 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Ərizə məhkəməyə Kreditor MMC-nin nümayəndəsi Nümayəndə adından məhkəməyə təqdim edilsə də həmin şəxsin nümayəndə kimi səlahiyyətini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.3-cü maddəsinə əsasən ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278-ci maddəsi ilə müəyyən edilən forma və məzmunla bağlı tələblərə riayət edilmədən məhkəməyə təqdim edilmişdir. Odur ki, ərizənin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllədə əmr icraatı qaydasında verilmiş ərizənin geri qaytarılmasını birbaşa tənzimləyən hüquq norması olmasa da məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılmasını təmzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi analoji münasibəti tənzimləyən norma kimi əmr icraatı qaydasında verilmiş ərizənin geri qaytarılması üçün də tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ...150.0.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd... 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda... Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 275-284-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Kreditor Borclu qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi üzrə məhkəmə əmri çıxarılmasına dair ərizə geri qaytarılsın. Kreditora izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar