Məhkəmə qərarları › İş №e-2(010)-5033/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5033/2022

05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5033/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2rşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X1rşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X4 mənəvi zərər qismində 10.000 (on min) manat, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu qismində ödədiyi 100 (yüz) manat, ümumilikdə 10.100 (on min yüz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 mart 2019-cu il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 28 sentyabr 2020-ci ildə X9 dünyaya gəlib. O, cavabdehlə bir müddət mehriban yaşasa da, cavabdehin anası Zinaida Əhmədova və bacısı Zarina Əhmədova onların ailə işlərinə qarışmış, lüzumsuz müdaxilələr edərək evdə əsassız dava-dalaşa səbəb olmuşlar. Ailənin dağılmasına məhz onun anası və bacısı səbəb olmuşdur. Qeyd edir ki, ailə 17 yanvar 2021-ci il tarixindən formal xarakter daşımışdır. Bu tarixdən etibarən Cavabdeh onun razılığı olmadan uşağı da götürərək, öz anasının evində yaşamağa getmişdir. Həmin müddətdən etibarən rəsmi surətdə həyat yoldaşı olmasına baxmayaraq, cavabdeh ana və bacısının təzyiqi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək uşaq üçün aliment almağa başlamışdır. Məhkəmənin qərarı ilə həmin tarixdən onun əmək haqqısından 25% dəyərində aliment pulu tutularaq cavabdehə ödənilir. Rəsmi surətdə əlavə olaraq da övladının 3 yaşı olana qədər cavabdehin uşağa baxması üçün 50 AZN ödəniş təyin olunmuşdur. O, məhkəməyə müraciət edərək atalıq hüququ olaraq həftənin hər bazar günü Cavabdeh Hacıyevanın iştirakı ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X9 ilə 1-2 saat ünsiyyətdə olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda mülki işə baxılıb qurtarana qədər iddianın təmin tədbiri barəsində məhkəməyə ərizə təqdim etmişdir. Suraxanı Rayon Məhkəməsinin 16 fevral 2021- ci il tarixli, 2(010) 1624/21 saylı qəradadına əsasən ərizə təmin edilmiş, həmin işə mahiyyəti üzrə baxılıb qurtaranadək ona oğlu X9 ilə hər həftənin bazar günləri saat 10:00-dan 12:00-dək Cavabdeh iştirakı ilə ünsiyyət hüquqi verilmişdir. Qərardadın icra olunması üçün Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qərarından artıq 1 il ötmüş, lakin buna baxmayaraq, bu günə qədər o, azyaşlı övladını hələ də görə bilməmişdir. Belə ki, hər həftənin bazar günü icra məmuru Adil Yusubov və sahə müvəkkili Ayaz Meydanov ilə cavabdehin yaşadığı ünvan 1 ünvana getmiş, ancaq cavabdehin anası Zinaida və cavabdehin bacısı Zarina qapını açaraq icra məmurunun cavabdehlə görüşməsinə əsassız şəkildə mane olmuşlar. Bu hallar bu günə qədər də davam edir. Qarşı tərəf bu günə qədər heç bir telefon zənglərinə cavab verməmişdir. Onlar uşaqdan istifadə edərək onu spekulyasiya edir, onu göstərmək üçün pul tələb edirlər. Bir sözlə uşağın şəkilini belə ona göstərmirlər. O, uşağı görmək üçün həyətə daxil olan kimi üstünə hücum çəkərək provakasiya edirlər, əllərinə keçən taxta parçasını üstünə ataraq onu nalayiq söyüşlərlə təhqir edirlər, uşaqla görüşməyinə maneçilik törədirlər. Qeyd edir ki, bütün bunlarla video və foto şəkillər vasitəsilə qeydə alınmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək iddia tələbi qanunsuz və əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, həm hamiləlik dövründə, həm də uşaq doğulduqdan sonra 3 yaşına qədər İddiaçı ona və övladına müxtəlif dərəcəli zərərlər yetirmiş, onu təhqir etmiş, söymüş və eləcə də öldürməklə hədələmişdir. Bütün bunlara görə o müvafiq qaydada dövlət orqanlarına müraciət etməklə qısamüddətli və uzunmüddətli mühafizə orderi almışdır. Qeyd edir ki, əslində mənəvi zərər iddiaçıya yox, məhz iddiaçı tərəfindən ona və övladına yetirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddiasının tam şəkildə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək hazırki iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə müvafiq olaraq işə digər cavabdehin iştirak olmadan baxmağı mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1959/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 mart 2021-ci il tarixdən hesablanmaqla hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və xx.xx.2020-ci il təvəllüdlü X9 3 yaşına çatana qədər 50 manat pul vəsaitinin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3684/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Səadət sarayında (Bakı Nikah evi) 144 sayla qeydə alınmış xx.xx.2019-cu il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra Cavabdeh yanında qalması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4187/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü oğlu X9 ilə hər həftənin şənbə günü saat 16.00-dan saat 18.00-a dək Cavabdeh iştirakı ilə görüş vaxtı müəyyən edilmiş və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. - AR Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, № xx/xx-12256 saylı məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı övladı Adil ilə Cavabdeh iştirakı ilə hər həftənin bazar günü saat 10.00-dan saat 12.00-a dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İcra sənədi üzrə Suraxanı Rayon İcra şöbəsində icraata başlanılmış və icraat zamanı məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Cavabdeh Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilsə də, yuxarı instansiya məhkəməsi şikayəti təmin etməmişdir. - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli “X5”ndən görünür ki, Cavabdeh fiziki, psixi, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinin qadağan olunması barədə 30 gün müddətinə X5 verilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5475/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, ərizəçi Cavabdeh narahatlıq gətirən hərəkət – onun yaşadığı evin həyətinə daxil olması maraqlı şəxs İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanmaqla 30 gün müddətinə qadağan edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh nikah pünasibətində olmuş, onların rəsmi nikahdan yetkinlik yaşına çatmayan övladları vardır. Tərəflərin münasibətləri gərgindir. İddiaçı nikahdan anadan olan övladı ilə məhkəmə qətnaməsi əsasında görüş hüququ əldə etmişdir. Tərəflər bir birilərini qarşılqılı olaraq digər tərəfə fiziki zərər vurmaqda ittiham edirlər və bunun sübutu kimi məhkəməyə video çəkilişlər, eləcə də sənədlər təqdim edilib. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh və onun qohumları azyaşlını bilərəkdən ona göstərmirlər, üzərinə hücum edirlər. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, əksinə, iddiaçı ona qarşı həmişə aqressiv davranır, bunun nəticəsində də, o müvafiq orqanlara müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində də heç kimin şəxsi və ailə həyatına müdaxiləyə, evinin toxunulmazlığına, məktublaşmasının gizliliyinə, şərəf və nüfuzuna özbaşına qəsdə məruz qalmasının yolverilməzliyi bəyan olunur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan aydın olur ki, hazırkı iddianın əsaslı olması üçün mənəvi zərər vura biləcək hərəkətlərin cavabdehlər tərəfindən edilməsinin sübut edilməsi zərurəti vardır. Lakin hazırki işdə isə iddiaçı tərəfindən ona mənəvi zərərin vurulmasına səbəb olan hərəkətlərin cavabdehlər tərəfindən edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə hazırkı iddianın əsassız olmaqla təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Qərəhməzlı̇ Samı̇ r Namı̇ q oğlunun cavabdeh Qərəhməzlı̇ Mərzı̇ yə Hacıyevnaya qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar