Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5284/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü qızı X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 maddi təminatını qismən ödəmək üçün hər uşağa görə ayda 300 manat, körpə uşağının 3 yaşına çatanadək öz təminatının qismən ödənilməsi üçün hər ay 300 manat, ümumilikdə 900 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci ilin 17 aprel tarixində nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü qızı X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 anadan olmuşlar. İlk vaxtlarda mehriban yaşamışlar, lakin sonradan cavabdehin xasiyyətindəki qəribəliklər ailədə s ö z - s öhbətin yaranmasına səbəb olmuşdur. İllər ötdükcə bu münasibət get-gedə daha da korlanmış və cavabdehlə xasiyyətləri arasında uyğunsuzluqların mövcudluğu özünü kəskin göstərmişdir. Artıq iki aydır ki cavabdeh onları yaşayış sahəsindən çıxarıb, evin və həyətin giriş qapısının qıfılını dəyişərək onları evə buraxmır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia ərizəsində qeyd olunanlar tamamilə yalandır. Həmin evdən yoldaşını və uşaqlarını çıxarmamışdır. Onların tələbatlarını ödəyir. Eyni zamanda, bildirdi ki, hazırda o, işləyir və əmək haqqısı 300 manatdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh, həqiqətən də, "xxxx" MMC-də usta peşəsində çalışır və aylıq əmək haqqısı 300 manatdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş və birgə nikahdan 2 övladları anadan olmuşdur. Hazırda tərəflər arasında olan nikah pozulmamışdır. İddiaçı öz iddia tələbində uşaqların lazımi maddi tələbatlarını qarşılamaq üçün qeyd olunan miqdarda aliment təyin edilməsini xahiş edir. Cavabdeh isə öz növbəsində qeyd edir ki, hazırda o işləyir və aylıq əmək haqqısı cəmi 300 manatdır, tələb edilən məbləğdə alimenti ödəmək üçün maddi imkanı yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat aliment təyin edilməsi hissəsində qismən əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan aliment məbləğinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehin həmin alimenti ödəməyə zəruri vəsaitinin kifayət qədər olması sübuta yetirilməmişdir. Eyni zamanda, cavabdehin təqdim etdiyi arayışdan da görünür ki, onun aylıq əmək haqqısı 300 manatdır və qeyd olunan miqdarda alimentin ödənilməsi mümkün deyildir. Lakin bununla belə məhkəmə birgə nikahdan doğulmuş uşaqların mənafeyini və onların layiqli həyat səviyyəsinin təmin olunmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 170 manat olmaqla cəmi 340 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. Məhkəmə qeyd edir ki, iddia tələbi xx.xx.2021-ci il təvəllüdlü X1 3 yaşına çatanadək iddiaçının öz təminatının qismən ödənilməsi üçün hər ay 300 manat pul məbləğinin cavabdehdən tutulması hissəsində əsaslı deyildir. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Maddənin məzmunundan aydın olur ki, qeyd edilən aliment tələbi o halda əsaslı hesab edilir ki, digər tərəfin bu alimenti ödəməyə zəruri vəsaitinin olması halı sübut edilsin. İddiaçı qeyd olunan formada tələblə məhkəməyə müraciət etsə də, lakin tələbini kifayət qədər əsaslandırmamış və formal mülahizəyə əsaslanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Tutulacaq aliment məbləğinə gəldikdə isə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Əlı̇ yev Elçı̇ n Səyavuş oğlundan xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Mediasiya prosesilə əlaqədar ödənilmiş 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №e-2(010)-5284/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5284/2022
28.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver