Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-5466/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, Tələbkar ünvan 1 ünvanında yerləşən Tələbkar MMC-nin borclu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, YAT/NA, ev 22, mənzil 26 ünvanında qeydiyyatda olan, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Tələbkar MMC-nin Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Borclu oğlundan 645 (altı yüz qırx beş) manat borc məbləği, 100 (bir yüz) manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 765 (yeddi yüz altmış beş) manat tutularaq tələbkara ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət olunmadan verilmişdir. Belə ki, borcun tutulması barədə məhkəmə əmrinin çıxarılması üçün məhkəməyə müraciət edərkən Tələbkar iş üzrə Borclu ilə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmiş və bu qaydaya riayət etməsinə dair hər hansı bir sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 423.2-ci maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən «Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər». Qanunvericiliyin qeyd olunan müddəasına əsasən əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən əlavə sübutlar cəlb edilib tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditorun tələbinin tam əsaslılığı ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün tam aşkar olması başa düşülməlidir. Kreditor Tələbkar MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tələb tam təsdiq olunmur. Belə ki, kreditorun məhkəmə əmrinin verilməsinə dair elektron ərizəsinə əlavə edilmiş müqaviləyə əsasən borcluya məişət avadanlığının verildiyi öz əksini tapsa da həmin məişət avadanlığının təhvil-təslim aktı, cavabdeh tərəfindən edilmiş ödənişlərə dair hesabdan çıxarış barədə sənədlər ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 279.2.2.-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3, və 279.4-cü maddələrinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz», «Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: Tələbkar MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-5466/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-5466/2020
26.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver