Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5599/2022 30.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2012-ci il təvəllüdlü X6 18 yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Cavabdehla 2011-ci ilin noyabr ayında faktiki nikaha daxil olmuşuq. Rəsmi nikahımız isə xx.xx.2012-ci ildə Gürcüstan Respublikasının Mülki X3-Samqori Xidmətində MN№417489 saylı nikah haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Birgə nikahımızdan xx.xx.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Oğlum Suraxanı rayonu 3 saylı doğum evində anadan olmuş, yaşadığımız ərazi üzrə 8 saylı X1 Poliklinika şöbəsində qeydiyyat alınmışdır. Hazırda oğlum 74 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir. Bir neçə ay bundan öncəyədək oğlumla bərabər yuxarıda qeyd olunan ünvanda yaşamışıq. Son vaxtlar ailədaxili narazılıqlar yaranmış və tez-tez mübahisələr baş vermişdir. Sonuncu dəfə cavabdeh məni oğlumla bərabər yaşadığımız evimizdən çıxararaq bir daha bizi evə buraxmamışdır. Hazırda övladım mənimlə bərabər yaşayır. Bir ana kimi onun bütün qayğıları, tələbatları mənim tərəfimdən ödənilir. Cavabdeh övladımın maddi vəziyyəti ilə maraqlanmır və bizə heç bir yardım göstərmir. Uşağımla bərabər valideynlərimin evinə köçmüşəm. Uşaq böyüyür, təbii ki, tələbatları da artır. Bir ana kimi mən də övladımın ali təhsilli, savadlı olması üçün əlimdən gələni edirəm. Məktəb hazırlıqları, geyimləri və digər xərcləri üçün müəyyən qədər vəsait tələb olunur. Bütün bunları çatdırmaq isə tək ana olaraq mənə həddindən artıq çətindir. Mən qohumlarımın dəstəyi və köməyi ilə dolanıram. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmişəm”.
İddiaya etiraz.
3. Cavabdeh iddiaya etiraz verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki: “İddiaçı və mən Gürcüstan Respublikasının vətəndaşıyıq və daimi yaşayış yerimiz Gürcüstan Respublikasıdır. İddiaçı ilə xx.xx.2012-ci il tarixdə Gürcüstan Respublikasında nikaha daxil olmuşuq və el adəti ilə toyumuz Gürcüstan Respublikasının Marnueli rayonunun Araflı kəndində olmuşdur. Birgə nikahımızdan xx.xx.2012-ci il təvəllüdlü X7 adlı bir övladımız var. Hal-hazırda Gürcüstan Respublikası Rustavi Şəhər Məhkəməsinin Mülki İşlər Kollegiyasında iddiaçının mənə qarşı nikahın pozulması, yetkinlik yaşına çatmamış övladın yaşayış yerinin müəyyən edilməsi, valideyn hüququndan və öhdəliyindən məhrum etmə tələbinə dair məhkəmə işi davam edir. Nikahımızın pozulmasına səbəb mənə xəyanət etməsidir. Mediasiya prosesinin tətbiqi ilə bağlı təklif almamışam və mənə bu barədə xəbərdarlıq gəlməyib. Həmçinin, məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasında qeydiyyatsız yaşayaraq, Azərbaycan Respublikasının müvafiq qanunlarını pozur. Gürcüstan Respublikası Rustavi Şəhər Məhkəməsinin Mülki İşlər Kollegiyasında iddiaçının mənə qarşı nikahın pozulması, yetkinlik yaşına çatmamış övladın yaşayış yerinin müəyyən edilməsi, valideyn hüququndan və öhdəliyindən məhrum etmə tələbinə dair məhkəmə işi olduğuna görə İddiaçı mənə qarşı aliment tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirəm”.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, artıq neçə aydır ki, tərəflər faktiki olaraq ayrı yaşayır və bütün bu müddət ərzində uşağın saxlanma xərclərini tək iddiaçı qarşılayır. Halbuki cavabdeh uşağın atasıdır və o da uşağın saxlanmasında iştirak etməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Eyni zamanda iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində tərəflərin birgə nikahından doğulmuş X6 doğum tarixinin səhvən xx.xx.2012-ci il kimi qeyd olunduğunu bildirmiş, uşağın doğum tarixinin xx.xx.2012-ci il kimi qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, həm o, həm də iddiaçı Gürcüstan Respublikasının vətəndaşıdır. O, iddiaçı ilə vətəndaşı olduqları Gürcüstan Respublikasında rəsmi nikaha daxil olmuşdur. Lakin iddiaçı ona xəyanət etdiyindən aralarında olan nikahın pozulması ilə bağlı Gürcüstan Respublikasında məhkəməyə müraciət etmişdir. Hazırda iş məhkəmənin icraatındadır. İddiaçı ona xəyanət etdiyindən o, uşağın onun yanında qalmasını istəmir və uşağı iddiaçıdan almaq niyyətindədir. Əgər uşağa görə aliment ödəyəcəksə də, bunu vətəndaşı olduğu ölkənin qanunları çərçivəsində ödəmək istəyir. Ona görə ki, o, xarici ölkə vətəndaşı kimi burada işləyə bilmir. Bundan başqa, iddiaçı hazırda onun uşağı görməyinə də icazə vermir. Belə ki, hər dəfə uşağı görməyə gedəndə polis çağıraraq görüşə mane olur. Bu səbəblərdən uşağın saxlanması üçün iddiaçıya hazırda aliment ödəmək istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/1821 nömrəli məktubla verilmiş məlumatdan görünür ki, Gürcüstan vətəndaşı, xx.xx.1990-cı il təvəllüdlü Gasanov Zaur sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyata alınmışdır.
8. GEO 17AB08987 kodlu Gürcüstan Respublikası vətəndaşı pasportunun tərcümə edilmiş surətindən görünür ki, Həsənli Nicat xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur.
9. Gürcüstan Respublikası Mülki X3-Samqori xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş, MN 417489 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış və həmin tarixdə nikah **********6 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır.
10. 8 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 260 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan xx.xx.2012-ci il təvəllüdlü X7 xx.xx.2012-ci il tarixindən 8 nömrəli X2 tibbi qeydiyyatdadır və hal-hazırda bu ünvanda yaşayır.
İşin faktiki halları.
11. Həm İddiaçı, həm də Cavabdeh Gürcüstan Respublikasının vətəndaşıdırlar. Onlar arasındakı nikah da xx.xx.2012-ci il tarixdə Gürcüstan Respublikasında qeydiyyata alınmışdır. Bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nicat doğulmuşdur və həmin uşaq da Gürcüstan Respublikasının vətəndaşıdır. Lakin İddiaçı Cavabdehla aralarında olan nikahın pozulması və uşağın yaşayış yerinin müəyyən edilməsi barədə tələblərlə Gürcüstan Respublikası Rustavi Şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdehin bildirdiyinə görə iş hazırda həmin məhkəmənin icraatındadır.
12. İş materiallarından görünür ki, İddiaçı hazırda faktiki olaraq öz yanında qalan xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nicat ilə birlikdə Bakı şəhərində yaşayır. Eyni zamanda, Cavabdeh xarici vətəndaş kimi sonuncu dəfə Bakı şəhəri, Suraxanı rayonu ərazisində qeydiyyata alınmışdır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edən İddiaçı Cavabdehla birgə nikahından doğulmuş xx.xx.2012ci il təvəllüdlü Həsənli Nicatın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Öz növbəsində Cavabdeh isə iddianı qəbul etməmiş, iddiaçı ilə olan nikahının pozulması və uşağın hansı valideynin yanında qalması ilə bağlı vətəndaşı olduqları Gürcüstan Respublikasının məhkəməsində mülki iş olduğunu, uşağın iddiaçı ilə qalmasını istəmədiyindən uşağı ondan alacağını, uşağın iddiaçının yanında qalacağı halda isə vətəndaşı olduğu dövlətin qanunlarına əsasən aliment ödəmək istədiyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. Maddə 439. Xarici şəxslərin prosessual hüquqları. 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 439.2. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Maddə 440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat. 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Maddə 443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından bir uşaq doğulmuşdur və bu uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.
23. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.
24. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən 200 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də, cavabdehdən cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan daha artıq məbləğdə aliment tutulmasını zəruri edən halları əsaslandırmamışdır. İddia tələbi yalnız ümumi şəkildə uşağın xərclərinin qarşılanması, onun maddi tələbatlarının təmin edilməsinin çətinliyi ilə əsaslandırılmışdır ki, məhkəmə də məhz bu halları nəzərə alaraq, alimentin 193 manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir.
25. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, alimentin tutulmasına iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixdən başlanmalıdır.
26. Sonda, məhkəmə uşağın saxlanması üçün aliment ödəmək istəməyən cavabdehin diqqətinə çatdırır ki, valideynlərin hansı dövlətin vətəndaşı olmasından, onlar arasında nikah olub-olmamasından, bu nikahın pozulub-pozulmamasından asılı olmayaraq, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət onların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, hər bir halda uşağın ən yaxşı mənafeyinin təmin edilməsi həm valideynlərin, həm də dövlətin əsas qayğı obyektidir. Bu, həm milli, həm də beynəlxalq qanunvericilikdə bu cür müəyyən edilmişdir.
27. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443.0.4-cü maddəsinə əsasən, iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aliment alınması və atalığın müəyyən edilməsi işlərə baxmağa haqlıdır. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhərində yaşayır və yanında qalan yetkinlik yaşına çatmayan uşaq da Bakı şəhərində orta məktəbdə oxuyur. Belə olan halda iddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərci.
28. Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən hesablanmaqla, Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva