Məhkəmə qərarları › İş №e-2(010)-5946/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-5946/2025

06.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-5946/2025 06.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin əmək haqqının 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 51 manat və hüquqi yardım üçün ödənilmiş 325 manat olmaqla cəmi 376 manat məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il 4 saylı Bakı ASAN Xidmet mərkəzi Qeydiyyat şöbəsində 034109 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Birgə nikahdan övladları xx.xx.2017-ci il təvəllüdlü X8 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2022 tarixli qətnaməsi ilə rəsmi nikaha xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt kitabında xx.xx.2022-ci tarixində № 300 ilə qeyd edilmişdir. Boşanma prosesindən öncə tərəflər arasında xx.xx.2021-ci ildə mediator X4 iştirakı ilə keçirilmiş mediasiya sessiyasında barışıq sazişi imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən, azyaşlı X8 anası İddiaçı Əkbər qızının himayəsinə verilmiş, atası Cavabdeh isə 2021-ci ilin noyabr ayından etibarən hər ayın 10-na qədər 150 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməmiş olsa da, cavabdeh bu razılaşmaya uyğun olaraq indiyədək aliment ödənişlərini həyata keçirmişdir. Lakin ötən müddət ərzində sosial-iqtisadi şəraitdə baş vermiş dəyişikliklər, əhalinin yaşayış minimumunun artması, qiymətlərin yüksəlməsi, gündəlik tələbat mallarının, qida məhsullarının və uşaq geyimlərinin bahalaşması fonunda 150 manat məbləğində müəyyən olunmuş aliment artıq bir uşağın normal yaşayışı, təlim-tərbiyəsi, sağlam inkişafı və sosial ehtiyaclarının ödənilməsi üçün qətiyyən yetərli deyildir. Əlavə olaraq, azyaşlı Cahid məktəb yaşına çatmış, onun təhsil xərcləri, geyim, qidalanma, dərs vəsaitləri, əlavə inkişaf kursları, eləcə də səhiyyə və sosial fəaliyyətlərə dair xərcləri artmışdır. Uşağın gündəlik qayğısı, təlim-tərbiyəsi və psixoloji rifahı tam şəkildə anası - iddiaçının üzərinə düşür. Hazırkı iqtisadi reallıqlar şəraitində bu məsuliyyətin tək bir valideyn tərəfindən təmin edilməsi həm maddi, həm də mənəvi cəhətdən ağır yükə çevrilmişdir. Cavabdeh hal-hazırda əmək müqaviləsi əsasında rəsmi qaydada işləyir və daimi gəlirə malikdir. Bu isə onun qanunla müəyyən edilmiş aliment öhdəliklərini daha ədalətli və uşağın ehtiyaclarına uyğun şəkildə yerinə yetirməsinə imkan verir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, iddiaçı hesab edir ki, X6 təminatı üçün alimentin məhkəmə qaydasında müəyyən edilməsi və cavabdehin əmək haqqının 1/4 (dörddə bir) hissəsi miqdarında təyin olunması həm uşağın mənafeyinə, həm də qanunvericiliyin tələblərinə tam uyğun olacaqdır. Tərəflərin izahatları. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, qarşı tərəflə aralarında olan barışıq sazişinə əsasən aliment ödəyir. Qarşı tərəf iddia ərizəsində uşağın bütün xərclərinin onun üzərində olduğunu bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməyib. O, uşağın əksər xərcini qarşılayır və bununla bağlı qəbzlər mövcuddur. Tələb olunan məbləğin iki qatından çoxunu uşağa xərcləyir. Qəbzlər mediasiya sazişi bağlanan vaxtdan, yəni 2021-ci ildən bu tərəfə olan müddəti əhatə edir. Başqa ailə qurmamış və başqa övladı olmamışdır. İddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdehin etiraz ərizəsi. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək, iddiaçı tərəfindən irəli sürülmüş alimentin artırılması, əməkhaqqının 1/4 hissəsi miqdarında aliment tutulması, məhkəmə xərclərinin cavabdehdən tutulması tələblərinin əsassız sayılaraq rədd edilməsi və tərəflər arasında mövcud olan 150 manat məbləğində razılıq üzrə alimentin əvvəlki qaydada qalmasının təmin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aliment məbləğinin artırılması yalnız bu hallarda əsaslı hesab olunur: əgər uşağın sağlamlıq vəziyyətində ciddi dəyişiklik varsa, valideynlərdən birinin maddi vəziyyətində əsaslı dəyişiklik yaranıbsa, uşağın xüsusi təhsil və ya tibbi müdaxiləyə ehtiyacı yaranıbsa. İddiaçı bu hallardan heç birini sübut etməmişdir. “Qiymət artıb” kimi ümumi və sübutsuz bəyanatlar alimentin artırılması üçün hüquqi əsas yaratmır. İddia ərizəsində cavabdehin maliyyə vəziyyəti “geniş imkanlı şəxs” kimi təqdim edilib, amma reallıq ondadır ki, onun, yəni cavabdehin əməkhaqqı orta səviyyədədir, əlavə gəliri yoxdur, gündəlik yaşayış xərcləri və digər ailə öhdəlikləri var, inflyasiya və iqtisadi vəziyyət ona da təsir edir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, yəni Cavabdeh hər iki tərəfin razılığına əsasən sazişdə qeyd edilən 150 manat aliment ödənişlərini vaxtı-vaxtında edir. Ondan əlavə uşağın bütün maddi ehtiyaclarını tam şəkildə təmin edir. Hər həftə şənbə -bazar günləri oğlu onun evinə gəlir. Övladını gəzintiyə mağazalara aparıb bütün xərcləri özü çəkir. Demək olar ki, sazişdə qeyd olunan aliment məbləğindən əlavə öz oğluna ümumilikdə beş minə yaxın pul xərcləmişdir. Sübut kimi hətta ödəniş qəbzlərini məhkəməyə də təqdim edəcək. Hətta uşağın səhhəti ilə bağlı hər zaman maraqlanır. Adi soyuqdəymə xəstəliyində belə hər hansı dərmanın alıb uşağını təmin edir. Göründüyü kimi İddiaçı ona qarşı aliment miqdarının artırılması tələbinə heç bir əsas yoxdur və iddiaçı iddia tələbinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Ondan əlavə İddiaçı 2022-ci il tarixində də aliment miqdarının artırılması tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir.xx.xx.2022-ci il tarixində Suraxanı rayon Məhkəməsinin 2(010)-2275 saylı qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Hesab edir ki, aralarında barışıq sazişi mövcud olduğuna görə iddiaçının aliment miqdarının artırılması tələbi əsassızdır. İş materialları. Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 461472 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 300 nömrə ilə qeyd edilmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/18/2025-00792 nömrəli “X3 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində ilkin mediasiya xərci, 10 manat məbləğində poçt xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatına 60 manat ilkin mediasiya xərci ödənilmişdir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ seriyalı 991351 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 4802 nömrə ilə qeyd edilmişdir. Tərəflər İddiaçı və Cavabdeh arasında mediator X7 vasitəsilə bağlanmış xx.xx.2021-ci il tarixli 2021-005161 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 2.3. Saziş imzalandıqdan sonra Cavabdeh İddiaçı 2021-ci ilin noyabr ayından başlayaraq hər ayın 10-a qədər uşaq 18 yaşına çatana qədər 150 manat məbləğində aliment ödəyəcəkdir. Bundan başqa uşağın təhsili, sağlamlığı ilə əlaqədar xərclər tərəflər arasında bərabər bölünəcəkdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-515/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 4 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 26 mart 2015-ci il tarixdə 799 saylı aktla qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 2022-2025-ci il tarixləri əhatə edən ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı kartına müxtəlif məbləğlərdə pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan X2 haqqında xx.xx.2025-ci il tarixli Müqavilədən görünür ki, İddiaçı ilə De Fendo Vəkil Bürosu – Vəkil arasında hüquqların müdafiəsiə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 325 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən De Fendo Vəkil Bürosu - Vəkil 325 manat ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 1743.74 manat əmək haqqı almaqla mehmanxana inzibatçısı vəzifəsində çalışır. Azərbaycan Respublikasının Konstitusiyası: 17-ci maddəsinin İİ-ci hissəsi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İİİ və İV hissələri: ....analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir..... Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.... Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər..... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. 2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin hallarından göründüyü kimi, tərəflərin nikahından bir uşaq doğulmuşdur. Tərəflər arasında nikah pozulmuş və uşaq iddiaçının himayəsində qalmışdır. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin əmək haqqının 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 51 manat və hüquqi yardım üçün ödənilmiş 325 manat olmaqla cəmi 376 manat məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. Nikah pozularkan, tərəflər arasında mediasiya vasitəsilə barışıq sazişi bağlanmış, bu barışıq sazişi ilə tərəflər alimentin ödənilməsi və atanın uşaqla görüş vaxtı ilə bağlı razılığa gəlmişlər. Bununla da, tərəflərin qarşılıqlı iradə ifadəsi ilə uşağın ananın himayəsində qalmaları müəyyənləşdirilmiş və hazırda tərəflərin birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X8 hazırda İddiaçı himayəsindədir. xx.xx.2021-ci il tarixli 2021-005161 nömrəli Barışıq Sazişi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdeh tərəfindən hər ay 150 manat ödənilməsi müəyyən edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək həmin aliment məbləğinin dəyişdirilməsini və uşağa görə qazancın və (və ya) cavabdehin başqa gəlirlərinin dörddə bir hissəsində ödənilməsini xahiş etmişdir. Aliment məsələsi ilə bağlı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh həmin sessiyada iştirak etməmişdir. Göründüyü kimi, İddiaçı himayəsində olan uşağın saxlanılması üçün məhkəmənin qətnaməsi ilə aliment tutulması iş materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən də uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğı göstərən və xərclər çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. İddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, “Azemis” elektron məhkəmə sistemindən əldə olunmuş məlumatdan cavabdehin aylıq maaşının 1743.74 manat məbləğində olduğu müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbində qeyd olunan alimentin ödənilməsinə razı olmadığını bildirmişdir. Qeyd edilənləri və valideynlərin maddi vəziyyəti, uşaqların üstün maraq və mənafelərini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq, məhkəmə qeyd edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə qeyd edir ki, alimentin məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla X5 tutulması məqsədəuyğundur. İddia tələbinin mediasiyaya dair xərcin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, Cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi üçün, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən mediasiyaya dair ödənilmiş 50 manat məbləğində ilkin mediasiya xərci və 1 manat poçt xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Tələbin hüquqi yardım üçün ödənilmiş 325 manatın cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı De Fendo vəkil bürosu - vəkili Vəkil X2 ilə bağlı 325 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, vəkilə ödənilmiş 325 manat yuxarıda qeyd edilmiş mülki prosessual qanunvericilikdə nəzərdə tutulan işə baxılması ilə əlaqədar məsrəflər siyahısına ad edildiyindən, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində ilkin mediasiya xərci və 1 manat poçt xərci, hüquqi yardım üçün ödənilmiş 325 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri. Aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (1744/4x12=5232) mütənasib olan 72.32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qazancının (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulsun. Mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində ilkin mediasiya xərci və 1 manat poçt xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Hüquqi yardım göstərilməsi ilə bağlı De Fendo Vəkil bürosu – Vəkil ödənilmiş 325 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilməmiş 72.32 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar