Məhkəmə qərarları › İş №e-2(010)-6275/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-6275/2021

23.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6275/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan övladları 26.06.2013-cü il təvəllüdlü X8 və 05.03.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Suraxanı rayon Məhkəməsinin 2(010)-2219/2021 saylı, 05.08.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş aylıq hər uşağa 500 manat olmaqla cəmi 1000 manat məbləğində alimentin və uşaqlar üçün 100 manat məbləğində əlavə xərcin azaldılaraq iddiaçıdan hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat məbləğində alimentin və 50 manat məbləğində əlavə xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 27.12.2011-ci il tarixdə 1993 nömrə ilə rəsmiləşdirilmiş nikah Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 2219/2021 saylı, 05.08.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahdan doğulmuş 26.06.2013-cü il təvəllüdlü X10 və 05.03.2016-cı il təvəllüdlü X3 analarının yanında qalması müəyyən edilmişdir. Birgə nikahdan doğulmuş övladlarımızın saxlanılması üçün hər ay hər uşağa 500 manat olmaqla cəmi 1000 manat sabit pul məbləğində alimentin 29.03.2021-ci il tarixdən hesablanmaqla və uşaqlar üçün 100 manat əlavə xərcin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Alimentin göstərilən məbləğdə tutulmasına həmin vaxt iddiaçı razılıq vermiş, bu səbəbdən də məhkəmə iddia tələbini təmin etmişdir. Həmin vaxtlar iddiaçı aldığı əmək haqqında başqa maddi vəziyyəti buna yol verdiyindən alimentin göstərilən məbləğdə tutulmasına razılıq vermişdi. Qeyd edir ki, iddiaçı 22 iyul 2020-ci il tarixdən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mühasib vəzifəsində çalışır və orta aylıq əmək haqqı 375.00 manat təşkil edir. Hazırda iddiaçının əmək haqqından başqa gəliri olmadığından alimenti məhkəmənin müəyyən etdiyi məbləğdə ödəmək iqtidarında deyildir. Belə olduğu təqdirdə gələcəkdə iddiaçının aliment borcu yığılaraq öhdəliyi yaranacağı ehtimalı və bunun da onun məsuliyyətinə səbəb olacağını nəzərə alaraq alimentin məbləğinin azaldılmasına zərurət yaranmışdır. Baxmayaraq ki, iddiaçının aldığı əmək haqqı aşağıdır o, hər iki övladının saxlanılması üçün hər uşağa ayda 175 manat olmaqla cəmi 350 manat, əlavə xərcin isə 50 manat tutulmasına etiraz etmir. Mediasiya sessiyasında iştirak etmək üçün mediasiya şurasına müraciət edilmiş və mediator Elxan Şükürov tərəfləri ilkin mediasiya sessiyasında iştirak etmək üçün məlumatlandırmışdır. Lakin cavabdeh gəlmədiyindən ilkin mediasiya sessiyasının keçirilməsi barədə 26.10.2021 -ci il tarixli arayış verilmişdir. Odur ki, Cavabdeh ƏH qızı ilə birgə nikahdan olan övladları 26.06.2013-cü il təvəllüdlü X8 və 05.03.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları öcün Suraxanı rayon Məhkəməsinin 2(010)-2219/2021 saylı, 05.08.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş aylıq hər uşağa 500 manat olmaqla cəmi 1000 manat məbləğində alimentin və uşaqlar üçün 100 manat məbləğində əlavə xərcin azaldılaraq iddiaçıdan hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 (üç yüz əlli) manat məbləğində alimentin və 50 manat məbləğində əlavə xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 27.12.2011-cü il tarixində 1993 nömrə ilə rəsmiləşdirilmiş nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2219/2021 saylı 05.08.2021-ci il tarixli qətnaməsi ilə pozulub. Həmin qətnaməyə əsasən tərəflərin birgə nikahından doğulmuş 26.06.2013-cü il təvəllüdlü X10 və 05.03.2016-cı il təvəllüdlü X9 anaları - Cavabdeh yanında qalmaları, habelə 26.06.2013-cü il təvəllüdlü X10 və 05.03.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (min) manat sabit pul məbləğində aliment 29.03.2021-ci il tarixindən hesablanmaqla və qətnamə qanuni qüvvəsini aldıqdan sonra əlavə olaraq uşaqlar üçün cəmi 100 (yüz) manat əlavə xərcin İddiaçı tutularaq Cavabdeh ödənilməsi müəyyən edilib. Lakin hazırkı iş üzrə iddiaçı bu günə kimi bir dəfə belə olsun bu alimenti ödəməyib. Amma bununla yanaşı, hazırkı iş üzrə iddiaçı - İddiaçı cavabdeh - Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə tələbinə dair iddia irəli sürüb. Halbuki, öncəliklə məhkəmənin diqqətinə çatdırır ki, Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-2219/2021 saylı 05.08.2021-ci il tarixli qətnaməsi qəbul olunduğu zaman iddiaçı məhkəmə prosesində könüllü və yazılı şəkildə etiraf edib ki, o, hər ay qeyri- rəsmi kifayət qədər, təxminən 5000 (beş min) manata yaxın gəlir əldə edir. Buna görə də uşaqları üçün hər ay 1.000 manat aliment ödəməyə razıdır. İddiaçı tərəf hazırkı dövrdə də eyni məbləğdə gəlir əldə etməyə davam edir. Qeyd olunan qətnamə qəbul olunduğu dövr üçün də onun rəsmi gəliri (rəsmi maaşı!!!) 375 (üç yüz yetmiş beş) manat məbləğində idi və hazırda da eyni məbləğdir. Göründüyü kimi, tərəfin maddi statusunda faktiki olaraq heç bir dəyişiklik yoxdur. Yəni iddiaçı tərəfin rəsmi və qeyri rəsmi gəlirləri birinci qətnamənin qəbul edildiyi dövrdəki ilə eynidir. Belə olan halda sual yaranır ki, iddiaçının alimentin azaldılması barədə tələbinin faktiki əsasını təşkil edən hansı yeni faktdır, yəni dəyişən nədir? Əslində bu sualın cavabı belədir: heç nə, sadəcə iddiaçının cavabdehi mənəvi cəhətdən incitmək arzusu və aliment öhdəliyindən yayınmaq niyyəti. Əgər iddiaçı tərəf bunun əksini iddia edirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə uyğun olaraq bunu sübuta yetirdin. Belə ki, qeyd olunan maddənin tələbinə uyğun olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hal-hazırda uşaqlar maddi və mənəvi olaraq yalnız ananın himayəsindədir. Onların təhsil, tibb və sair zəruri ehtiyaclarını ana - cavabdeh təkbaşına qarşılayır. Yuxarıda da qeyd edildiyi kimi Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2219/2021 saylı 05.08.2021-ci il tarixli qətnaməsinə uyğun olaraq İddiaçı tərəfindən alimentin ödənilməsi qət edilib, lakin o, bir dəfə belə olsun alimenti ödəməyib. Halbuki, 2020-ci ilin dekabr ayından iddiaçı cavabdehi uşaqları ilə birlikdə yaşadığı evdən məcburi çıxarıb. Öz doğma evlərindən məcburi çıxarıldıqları üçün cavabdeh qızı X5 məktəbini dəyişmək məcburiyyətində qalıb, oğlu isə məktəbəqədər hazırlığa gedir. İddiaçı övladlarının yaranmış xərcləri, ehtiyacları ilə bağlı nə bir dəfə belə olsun maraqlanıb, nə də xərcləri qarşılayıb. İddiaçı e-2(010)- 2219/2021 saylı mülki iş üzrə qətnamə qəbul edilərkən iddiaçı könüllü olaraq alimentin qeyd edilən məbləğinə razılıq verib. Belə görünür ki, o vaxtlar iddiaçıda vicdani və valideynlik duyğuları daha yüksəkdə olub, hazırda isə şəxsi və ailə həyatı ilə bağlı yeni planları var və bu da onun alimentin azaldılması tələbini doğurub. Bütün bunları nəzərə alaraq, iddiaçı - İddiaçı tərəfindən Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddia tələbini rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir edir ki, iddia təmin edilməməlidir. İş materiallarından olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2021ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsində 27.12.2011-ci il tarixdə 1993 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 26.06.2013-cü il təvəllüdlü X11 və 05.03.2016-cı il təvəllüdlü X3 anası - Cavabdeh yanında qalmaları müəyyən edilməsi və 26.06.2013-cü il təvəllüdlü X11 və 05.03.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (min) manat sabit pul məbləğində aliment 29.03.2021-ci il tarixdən hesablanmaqla və qətnamə qanuni qüvvəsini aldıqdan sonra əlavə olaraq uşaqlar üçün cəmi 100 manat əlavə xərc İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 14.09.2021-ci il tarixli 102 saylı arayışa əsasən İddiaçı 22 iyul 2020-ci il tarixindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mühasib vəzifəsində çalışır və onun əmək haqqı 375 manat təşkil edir. İş materiallarında olan Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş iddia ərizəsinə etiraza əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 27.12.2011-cü il tarixində 1993 nömrə ilə rəsmiləşdirilmiş nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2219/2021 saylı 05.08.2021-ci il tarixli qətnaməsi ilə pozulub. Həmin qətnaməyə əsasən tərəflərin birgə nikahından doğulmuş 26.06.2013-cü il təvəllüdlü X10 və 05.03.2016-cı il təvəllüdlü X9 anaları - Cavabdeh yanında qalmaları, habelə 26.06.2013-cü il təvəllüdlü X10 və 05.03.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (min) manat sabit pul məbləğində aliment 29.03.2021-ci il tarixindən hesablanmaqla və qətnamə qanuni qüvvəsini aldıqdan sonra əlavə olaraq uşaqlar üçün cəmi 100 (yüz) manat əlavə xərcin İddiaçı tutularaq Cavabdeh ödənilməsi müəyyən edilib. Lakin hazırkı iş üzrə iddiaçı bu günə kimi bir dəfə belə olsun bu alimenti ödəməyib. Amma bununla yanaşı, hazırkı iş üzrə iddiaçı - İddiaçı cavabdeh - Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə tələbinə dair iddia irəli sürüb. Halbuki, öncəliklə məhkəmənin diqqətinə çatdırır ki, Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-2219/2021 saylı 05.08.2021-ci il tarixli qətnaməsi qəbul olunduğu zaman iddiaçı məhkəmə prosesində könüllü və yazılı şəkildə etiraf edib ki, o, hər ay qeyri- rəsmi kifayət qədər, təxminən 5000 (beş min) manata yaxın gəlir əldə edir. Buna görə də uşaqları üçün hər ay 1.000 manat aliment ödəməyə razıdır. İddiaçı tərəf hazırkı dövrdə də eyni məbləğdə gəlir əldə etməyə davam edir. Qeyd olunan qətnamə qəbul olunduğu dövr üçün də onun rəsmi gəliri (rəsmi maaşı!!!) 375 (üç yüz yetmiş beş) manat məbləğində idi və hazırda da eyni məbləğdir. Göründüyü kimi, tərəfin maddi statusunda faktiki olaraq heç bir dəyişiklik yoxdur. Yəni iddiaçı tərəfin rəsmi və qeyri rəsmi gəlirləri birinci qətnamənin qəbul edildiyi dövrdəki ilə eynidir. Belə olan halda sual yaranır ki, iddiaçının alimentin azaldılması barədə tələbinin faktiki əsasını təşkil edən hansı yeni faktdır, yəni dəyişən nədir? Əslində bu sualın cavabı belədir: heç nə, sadəcə iddiaçının cavabdehi mənəvi cəhətdən incitmək arzusu və aliment öhdəliyindən yayınmaq niyyəti. Əgər iddiaçı tərəf bunun əksini iddia edirsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə uyğun olaraq bunu sübuta yetirdin. Belə ki, qeyd olunan maddənin tələbinə uyğun olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hal-hazırda uşaqlar maddi və mənəvi olaraq yalnız ananın himayəsindədir. Onların təhsil, tibb və sair zəruri ehtiyaclarını ana - cavabdeh təkbaşına qarşılayır. Yuxarıda da qeyd edildiyi kimi Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 2219/2021 saylı 05.08.2021-ci il tarixli qətnaməsinə uyğun olaraq İddiaçı tərəfindən alimentin ödənilməsi qət edilib, lakin o, bir dəfə belə olsun alimenti ödəməyib. Halbuki, 2020-ci ilin dekabr ayından iddiaçı cavabdehi uşaqları ilə birlikdə yaşadığı evdən məcburi çıxarıb. Öz doğma evlərindən məcburi çıxarıldıqları üçün cavabdeh qızı X5 məktəbini dəyişmək məcburiyyətində qalıb, oğlu isə məktəbəqədər hazırlığa gedir. İddiaçı övladlarının yaranmış xərcləri, ehtiyacları ilə bağlı nə bir dəfə belə olsun maraqlanıb, nə də xərcləri qarşılayıb. İddiaçı e-2(010)- 2219/2021 saylı mülki iş üzrə qətnamə qəbul edilərkən iddiaçı könüllü olaraq alimentin qeyd edilən məbləğinə razılıq verib. Belə görünür ki, o vaxtlar iddiaçıda vicdani və valideynlik duyğuları daha yüksəkdə olub, hazırda isə şəxsi və ailə həyatı ilə bağlı yeni planları var və bu da onun alimentin azaldılması tələbini doğurub. Bütün bunları nəzərə alaraq, iddiaçı - İddiaçı tərəfindən Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddia tələbini rədd edilməsini xahiş etmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ərarvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur. Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsində 27.12.2011-ci il tarixdə 1993 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 26.06.2013-cü il təvəllüdlü X11 və 05.03.2016-cı il təvəllüdlü X3 anası - Cavabdeh yanında qalmaları müəyyən edilməsi və 26.06.2013-cü il təvəllüdlü X11 və 05.03.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (min) manat sabit pul məbləğində aliment 29.03.2021-ci il tarixdən hesablanmaqla və qətnamə qanuni qüvvəsini aldıqdan sonra əlavə olaraq uşaqlar üçün cəmi 100 manat əlavə xərc İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Suraxanı rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qətnaməsi ilə 26.06.2013-cü il təvəllüdlü X11 və 05.03.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (min) manat sabit pul məbləğində aliment 29.03.2021-ci il tarixdən hesablanmaqla və qətnamə qanuni qüvvəsini aldıqdan sonra əlavə olaraq uşaqlar üçün cəmi 100 manat əlavə xərc İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, iddiaçı Haşımov X6 Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsini mübahisələndirməmişdir, artıq qanuni qüvvəsini almışdır. İddiaçı İddiaçı nikahın pozulması tələbinə dair mülki işə baxılarkən iddiaçı tərəfindən hər ay hər iki uşağa 1000 manat və qətnamə qüvvəsini alıqdan sonra 100 manat əlavə xərclər üçün alimentin tutulmasına etiraz etməmişdir. Hal-hazırda iddiaçının oz iddia tələbinin əsası kimi istinad etdiyi hallar həmin məhkəmə araşdırmaları zamanı da bildirməmişdir. Sonuncu qətnamədən də İddiaçı apellyasiya şikayəti verməmiş, bununla da İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair qeyd olunan mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli 2(010)-2219/2021 saylı məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmənin iclasında müəyyən olundu ki, iddiaçı ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşdiyini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları da sübut edə bilməmişdir. Bundan əlavə “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11.02.2020-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yönəltdiyi tələbdə - haqlı hesab oluna bilməz; belə ki, Suraxanı Rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıdan 26.06.2013-cü il təvəllüdlü X11 və 05.03.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (min) manat sabit pul məbləğində aliment 29.03.2021-ci il tarixdən hesablanmaqla və qətnamə qanuni qüvvəsini aldıqdan sonra əlavə olaraq uşaqlar üçün cəmi 100 manat əlavə xərc miqdarında aliment tutulmasını müəyyənləşdirərkən yuxarıda qeyd edilən hallar mövcud olmuş, lakin iddiaçı həmin qətnamələri mübahisələndirməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda qeyd olunanlala əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının alimentin azaldılmasına dair tələbinin təmin ediləcəyi halda, uşaqların saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ əhəmiyyətli dərəcədə pozulacaqdır, məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına dair mənafeyini qorunması əvəzinə iddiaçının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədinə səbəb olacaqdır. Yuxarıda qeyd edilən qanun normalarını, iş materiallarını nəzərə almaqla, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar