Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6635/2025 04.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “uşaqların öhdədə qalması və aliment” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, uşaqları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 onun öhdəsində qalmaları və Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa respublika üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 2 misli məbləğində (800 manat) alimentin və mediasiya ilə bağlı ödədiyi rüsumun, dövlət rüsumunun onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə verərək Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa 1850 manat alimentin onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında boşanmış, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adında 2 azyaşlı övladları vardır. Cavabdehlə boşanan zaman məhkəmə qətnaməsi ilə uşaqların himayədə qalması və alimentin tutulması məsələsi həll olunmamışdır, buna görə də hazırda bununla bağlı məhkəməyə müraciət edir. Artıq xeyli müddətdir ki, cavabdehlə ayrılmış və o uşağın saxlanılmasında, maddi təminatında iştirak etmir, könüllü olaraq aliment ödəmir, o uşağının maddi təminatında və saxlanılmasında əziyyət çəkir, buna görə də cavabdehdən aliment tutulmalıdır. Cavabdeh işləyir, yüksək gəlirə malikdir (aylıq təxminən 3000-5000 manat arası) və buna görə də ondan hər ay hər uşağa alimentin sonrakı artımlar da nəzərə alınmaqla respublika üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinin 2 misli miqdarında (800 manat) müəyyən olunmasını məqsədəuyğun bilir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o Cavabdeh ilə xx.xx.2019-cu ildə tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Həmin birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı iki övladları olmuşdur. Cavabdehlə 2023-cü ildə nikahları pozulmuşdur. O, məhkəmə iclasında ərizə təqdim edərək, bildirmişdir ki, iddia tələbini artıraraq, hər ay hər uşağa 1850 manat, cəmi 3700 manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək və məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, o, uşaqların saxlanması üçün hər ay hər uşağa 1850 manat ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materialları.
6. xx.xx.2025-ci il tarixli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, (iddiaçı) xx.xx.2025-ci il tarixində saat 11:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı 4 saylı Bakı DOST Mərkəzinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-7/2-N-26137/2025 nömrəli işsizlik haqqında arayışa əsasən 50 manat İMS, 10 manat poçt və kargüzarlıq xərcinin dövlət hesabına ödənilməsi nəzərdə tutulmuşdur.
7. 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə doğulmuş, anası İddiaçı və atası Cavabdehdur.
8. Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə doğulmuş, anası İddiaçı və atası Cavabdehdur.
9. Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı nikahı Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 788№ ilə qeyd edilmişdir.
10. 5 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2019-cu il tarixdə 709 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Nəzərli, ərə Nəzərli soyadı verilmişdir.
İşin faktiki halları.
11. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Hazırda tərəflər birlikdə yaşamır və iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh tərəf isə alimentin tutulmasına razı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
14.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il № 15 Qərarı.
"8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmənin mövqeyi.
17. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuş və bu uşaqlar hazırda iddiaçının himayəsindədir. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.
18. İddia tələbindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 1850 manat alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçının tələb etdiyi məbləği qəbul etdiyini və iddianın təmin olunmasını bildirmişdir.
19. Bundan başqa məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından iki övladları vardır və “Elektron Məhkəmə” X1 cavabdehin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əlil olduğuna görə 3706.63 manat məbləğində pensiya aldığı müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və onların xərclərinin qarşılanması məqsədilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 1850 manat, cəmi 3700 manat sabit pul məbləğində aliment tutulmalı olması qənaətinə gəlir.
20. Bundan əlavə məhkəmə qeyd edir ki, 2026-ci il üçün ölkə üzrə 400 manat minimum əmək haqqı müəyyən edilmiş və həmin ilə münasibətdə bir uşağa görə 1850 manat sabit pul məbləğində alimentin həddi (1850:400)=4.625 misli miqdarında müəyyən edilməli və minimum əmək haqqının dəyişməsi ilə bağlı olaraq sonrakı artımlar da nəzərə alınmalıdır.
21. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan aliment miqdarının hər ay hər bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 4.625 misli həddində müəyyən edilməsi işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.
22. Məhkəmə alimentin hansı tarixdən tutulmağa başlanması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına ərizə ilə müraciət edildiyi tarixdən –xx.xx.2025-ci il tarixdən başlanmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 anası İddiaçı yanında qalmalıdır. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 4.625 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli və Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 4.625 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, iş üzrə ödənilmiş – 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməli və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. 24.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 anası İddiaçı yanında qalsın. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 4.625 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 4.625 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə ödənilmiş – 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova