Məhkəmə qərarları › İş №e-2(010)-6640/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-6640/2025

19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6640/2025 19.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh xx.xx.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,62 mislində alimentin və 60 (altmış) manat mediasiya xərclərinin tutulub iddiaçıya verilməsi. İddia tələbinin dəlliləri İddiaçı Bakı şəhəri Suraxanlı rayonu İcra Hakimiyyətinin 198 saylı xx.xx.2025-ci il tarixli Sərəncamı ilə nəvəsi xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 üzərində himayəçi təyin olunmuşdur. İddiaçının oğlu X5 ilə Cavabdeh ilə birgə nikahlarından X7 anadan olmuşdur. Oğlu xx.xx.2025-ci ildə vəfat etmişdir. Cavabdeh uşağı iddiaçının himayəsində qoyub evdən çıxıb getmiş, hazırda uşaq ata nənəsi və ata babası ilə birlikdə yaşayır, burada təhsi alır və məktəbə gedir. Cavabdeh övladı ilə maraqlanmır və heç bir nə maddi, nədə ki, mənəvi koməklik göstərmir. Tərəfindən hazırkı tələblə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, İMS-in keçirilməsi xx.xx.2025-c il tarixə saat 12:00-dan 12:30-dək təyin edilmişdir. Qarşı tərəf İMS-də iştirak etməmiş və nəticədə X4 (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixdə arayış verilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh uşağı ilə heç vaxt uşağı ilə maraqlanmamış və maddi yardım etməmişdir. Mərhum oğlu ilə cavabdeh arasında nikah ləğv edildikdən sonra belə cavabdeh uşağı ilə ünsiyyətdə olmamış, uşaqa heç bir yardım etməmişdir. Cavabdehin bibisi onların evinə gəlib-gedəndir. Uşağı ilə bağlı cavabdehə xəbər göndərsələrdə, cavabdeh bundan imtina etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2010-cu ildə doğulmuş və X5 ilə Cavabdehdır. Bakı 8 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/8/2025-02691 saylı arayışından görünür ki, İddiaçı təsvir etdiyi ailə mübahisəsi üzrə xx.xx.2025-ci il tarixə saat 12:30 keçiriləcək ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2025-ci ildə ölmüşdür. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 ixx.xx.1978-ci ildə doğulmuş və valideynləri X1 ilə İddiaçıdır. Səlyan rayon Qeydiyyat öbəsi tərəfindən xx.xx.2017-c il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X8 arasında nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 198 saylı xx.xx.2025-ci il tarixli sərəncamdan görünür ki, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü nəvəsi X7 üzərində himayəçi təyin edilmişdir.(X3 mülkiyyət hüququ saxlanılmaq şərti ilə) Salyan rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(057)-35/2015 saylı qətnaməsindən görünür ki, X5 ilə X8 arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş 733 saylı nikah pozulmuş, xx.xx.2010-cu il tarixdə doğulmuş X7 atası X2 yanında saxlanılmışdır. İşin faktiki halları İddiaçı oğlu X5 ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin bu nikahından xx.xx.2010-cu il təvəllüdlü X7 adlı övladı anadan olmuşdur. Cavabdeh ilə X5 arasında nikah Salyan rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(057)-35/2015 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş Nuray atası X2 himayəsində saxlanılmışdır. X5 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 198 saylı xx.xx.2025-ci il tarixli sərəncamı ilə İddiaçı xx.xx.2010-cu il təvəllüdlü nəvəsi X7 üzərində himayəçi təyin edilmişdir. Nuray hal-hazırda iddiaçının yanındadır. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən iddiaçının irəli sürdüyü iddiaya münasibəti öyrənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 141. Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri 141.1. Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.

8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi İddiaçı oğlu X5 ilə Cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin bu nikahından xx.xx.2010-cu il təvəllüdlü X7 adlı övladı anadan olmuşdur. Cavabdeh ilə X5 arasında nikah Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(057)-35/2015 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş Nuray atası Məmmədov Raminin himayəsində saxlanılmışdır. İddiaçının oğlu Məmmədov Ramin xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 198 saylı xx.xx.2025-ci il tarixli sərəncamı ilə İddiaçı xx.xx.2010-cu il təvəllüdlü nəvəsi Məmmədli Nurayın üzərində himayəçi təyin edilmişdir. Nuray hal-hazırda iddiaçının yanındadır. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən iddiaçının irəli sürdüyü iddiaya münasibəti öyrənilməmişdir. Məhkəmə xx.xx.20210-cu il təvəllüdlü Məmmədli Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq daimi olaraq iddiaçı, yəni himayəçisi olan nənəsinin yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşağa qulluq etməsi, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Bütün bu qeyd edilənləri, lakin hər bir halda ən əsası uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 0,62 misli həddində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yenə yuxarıda istinad edilmiş əlaqəli qərarında da qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Odur ki, məhkəmə saxlanılması üçün cavabdehdən 248 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0,62 misli miqdarında aliment tutulmalıdır. Uşağın saxlanılması üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qətnamə ilə alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən hesablanmaqla başlanmalıdır.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, 60 manat məbləğində mediasiya xərci tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı xeyrinə, ödənilməmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar