Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-720/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Adı̇ l qızının Cavabdeh Habı̇ l oğluna qarşı əlavə xərclərdə iştirak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Adı̇ l qızı Cavabdeh Habı̇ l oğluna qarşı əlavə xərclərdə iştirak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə faktiki nikahdan olan azyaşlı oğlu X5 məcburi müalicə xərclərinin təmin edilməsi üçün hal-hazıra qədər çəkdiyi və gələcəkdə çəkəcəyi əlavə xərclərin ödənilməsinə cəlb edilməsi və hər ay cavabdehdən 1000 (bir min) manat məbləğində pulun, eyni zamanda vəkilə hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun, ümumilikdə 1100 (bir min yüz) məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. O, cavabdehlə xx.xx.2015-ci il tarixdən qeydiyyat orqanlarında nikahı qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla ailə həyatı sürmüşdür. Cavabdehlə faktiki nikahdan 10 iyun 2016-cı il təvəllüdlü X6, 18 mart 2018-ci il təvəllüdlü X10, 27 mart 2019cu il təvəllüdlü X12 anadan olmuşdurlar. 10 mart 2023-cü il də o-İddiaçı tərəfindən atalığın müəyyən olunması, alimentin tutulmasına dair və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi tələbi ilə Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 13 sentyabr 2023-cü il tarixli, e-2(010)-1806/2023 nömrəli qətnamə qəbul etmişdir. Həmin qətnaməyə əsasən, iddia qismən təmin edilərək 10 iyun 2016-cı il təvəllüdlü X2 atasının xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh olması faktı müəyyən edilmişdir. Cavabdeh 10 iyun 2016-cı il təvəllüdlü X3, 18 mart 2018-ci il təvəllüdlü X5 və 27 mart 2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat pul məbləğində aliment İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Lakin həmin qətnamə üzrə cavabdeh heç bir məbləğ ödəniş etmir və hazırda Rusiya Federasiyasında yaşayır. xx.xx.2018-ci il təvəllüdlü oğlu X10 “Uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkir. Həmin xəstəliyin müalicəsi isə çox çətin və uzun müddətli olmaqla, həm də çox maliyyə xərcləri tələb edən xəstəlikdir. Buna görə də, artıq iki ildir ki, övladının yaşaması üçün onun bütün xərclərini, eyni zamanda uşağın müalicə xərclərini özü ödəyir. Məhkəmənin qərarına əsasən isə xəstə oğlu X8 digər övladları ilə eyni miqdarda, yəni aylıq 220 manat aliment məbləği müəyyənləşdirilmişdir. Lakin həmin məbləğ oğlunun ehtiyaclarının yarısını belə ödəmir. Qeyd edir ki, oğlunun xəstəliyi ağır olduğu üçün onun anadan olandan daimi müalicə ehtiyacı vardır. Oğlunun müalicəsi üçün iynə-dərmanlarına və sair tibbi prosedurlarına hər ay 1000 manat məbləğində pul xərcləyir. Bütün bu xərcləri ödəməyə isə onun maddi imkanı çatmır. Belə ki, heç bir yerdə işləmədiyindən və gəlir yeri olmadığından, bu hal onu çox çətin bir vəziyyətə salmış, maddi sıxıntılar içində qalmağına səbəb olaraq oğlunun müalicəsini davam etdirə bilmir. Bütün bu müddət ərzində isə cavabdeh bir dəfə də olsun oğlunun xəstəliyi ilə maraqlanmamış, müalicəsində və saxlanmasında bir ata kimi öz atalıq borcunu yerinə yetirməmişdir.
Tərəflərin izahatları
3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdən 12 aprel 2024-cü il tarixədək ölkə xaricində olacağı üçün hazırki tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddia tələbi ilə razı deyildir. Əlavə olaraq qeyd etdi ki, cavabdeh Rusiyada yaşayır və orada işləyir. Cavabdehin iddiaçı ilə aralarında mübahisə var, lakin buna baxmayaraq cavabdeh övladlarına lazımi qayğını göstərir. Belə ki, onlara doğum günlərində qiymətli hədiyyələr almışdır. Hətta cavabdeh iddiaçıya onun hesabına övladlarının özəl liseydə təhsil almasını da təklif etmişdir. Tərəflərin xəstəlikdən əziyyət çəkən uşağının ilk əməliyyat xərci də elə ata babası tərəfindən qarşılanmışdır. Eyni zamanda qeyd edir ki, dövlət tərəfindən də bu tip xəstələrə diqqət göstərilir, onların ödənişsiz müalicəsi təmin olunur və eyni zamanda həmin uşağa xəstəliyi ilə əlaqədar təqaüd də təyin edilmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsini tələb etsə də, lakin uşağa hər hansı bir özəl klinikada müalicə olunması ilə əlaqədar vəsait sərf olunduğunu göstərən sübutları məhkəməyə təqdim etməmişdirlər. Hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
İş materialları
5. İİ-BO seriyalı, 546233 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, e-2(010)- 1806/2023 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 10 iyun 2016-cı il təvəllüdlü X2 atasının xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh olması, 10 iyun 2016-cı il təvəllüdlü X4 aid doğum haqqında şəhadətnamədə ata qrafasında Cavabdeh yazılması, 10 iyun 2016-cı il təvəllüdlü X4 aid doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi, Cavabdeh 13 mart 2023-cü il tarixdən hesablanmaqla 10 iyun 2016-cı il təvəllüdlü X2, 18 mart 2018-ci il təvəllüdlü X5 və 27 mart 2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.
7. İş materiallarında olan Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, 18 mart 2018-ci il təvəllüdlü X10 “uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkir.
8. AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 18 mart 2018-ci il təvəllüdlü X10 “Uşaq serebral iflici. Aşağı ətrafların paraparezi (diplegik forma). Nitq inkişafın geriliyi. Axil vətərini uzadılması əməliyyatından sonrakı vəziyyət. (2021)” xəstəliyindən əziyyət çəkir. Təyinat tarixi xx.xx.2022-ci il tarixdən başlanılmış və əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir.
9. AR ƏƏSMN 4 saylı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, İddiaçı AR ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən, AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondundan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə övladı - X8 görə 200 manat məbləğində aylıq sosial müavinət və ona qulluğa görə 100 manat AR Prezidentinin təqaüdünü alır. (Təyinatın bitmə tarixi xx.xx.2025)
10. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilə hüquqi yardım göstərilməsi ilə əlaqədar 100 manat məbləğində ödəniş edilmişdir.
İşin faktiki halları
11. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər faktiki nikah münasibətlərində olmuş və bu münasibətdən 10 iyun 2016-cı il təvəllüdlü X6, 18 mart 2018-ci il təvəllüdlü X10 və 27 mart 2019-cu il təvəllüdlü X12 anadan olmuşdur. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. X1 iflic xəstəliyindən əziyyət çəkir. Hazırki iddia tələbində iddiaçı cavabdehlə faktiki nikahdan anadan olmuş 18 mart 2018-ci il təvəllüdlü X5 “Uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkdiyini və cavabdehin də bir valideyn kimi onun müalicə xərclərinin qarşılanmasına cəlb edilməsini tələb edir. Tələb onunla əsaslandırılır ki, uşağın qrafik üzrə və ya növbədənkənar yaranan müəlicə xərclərinin qarşılanmasında cavabdeh iştirak etmir, bütün maddi yük iddiaçının üzərinə düşmüşdür. Cavabdeh tərəf isə iddia tələbi ilə razı deyildir və öz mövqeyini onunla əsaslandırır ki, iddiaçı tərəfindən uşağın müalicəsinə pul vəsaitinin sərf olunması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh xarici dövlətdə yaşasa da, övladının müalicə xərclərinin qarşılanmasında iştirak edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1 Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərarı.
Həmin qərarda göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin qərarda həmçinin göstərilmişdir ki,məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir
15. Uşaq Hüquqları haqqında Qanun
Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Maddə9. Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür.
16. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;
Məhkəmənin mövqeyi
18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, cavabdeh tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
19. Məhkəmə qeyd edir ki, tərəflərin faktiki nikah münasibətlərindən 18 mart 2018-ci il təvəllüdlü X10 anadan olmuş və hazırda o, “uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkir. Ailə qanunvericiliyi normalarından göründüyü kimi, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsində uşaqlar üçün əlavə xərclərə cəlb olunması üçün vacib olan dispozisiya şərtləri kimi üç hal: 1. uşağın ağır xəstə olması; 2. şikəst olması; 3 başqa hallar müəyyən olunmuşdur. Hazırkı iddia tələbini Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələbləri baxımından yoxlayaraq, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehə qarşı əlavə xərclərin ödənilməsinə cəlb olunma barədə tələbi irəli sürməkdə haqlıdır. Belə ki, uşaq, ağır xəstədir, uşağın müalicəsi ilə ana məşğul olur, yəni onu müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə aparır, müayinə və müalicənin gedişinə nəzarət edir, lazım olan dərman perepartlarını alır, onların xərcini ödəyir və s. Ata isə uşağın müalicəsi ilə məşğul olmur və bu xərclərin ödənilməsində rəsmi olaraq iştirak etmir. Cavabdeh tərəf uşağın xərclərinin ata tərəfindən də qarşılandığını, özəl təhsil müəssisəsində təhsil alma xərclərinin də qarşılanmasının təklif edildiyini, eləcə də uşağa bahalı hədiyyə də alıb göndərdiyini qeyd etsə də, bu hallar atanın ağır xəstəlikdən əziyyət çəkən Əskərov Əskəralının müalicəsinin təmin edilməsi üçün əlavə xərclərdə iştirakın təsdiq edə bilməz. Ona görə ki, birincisi cavabdehin müalicə xərclərinin qarşılanmasında iştirakını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, ikincisi, cavabdehin xəstəlikdən əziyyət çəkən övladına bahalı hədiyyə alıb göndərməsi halı da onun bu xərclərdə iştirakının sübutu deyil. Məhkəmə bir valideyn kimi cavabdehin də uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilməsini uyğun sayır və hesab edir ki, bununla bağlı bütün yükün bir valideyn kimi təkcə iddiaçının üzərinə düşməsi məqsədəmüvafiq deyildir. Çünki, qeyd olunan xəstəlik ildə iki dəfədən artıq müayinə və müalicə prosedurları, eləcə də yol xərcləri və digər operativ xərclər də tələb edə bilər ki, bu da öz növbəsində əlavə xərclərin çəkilməsinə gətirib çıxarır. Beləliklə, müəyyən edilir ki, cavabdeh övladına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmir. Tutulacaq əlavə xərcin məbləğinə gəldikdə isə, qeyd edilməlidir ki, məhkəmə iddiaçının cavabdehdən iddia tələbində qeyd olunduğu kimi hər ay 1000 manat pul vəsaitinin tutulmasını ağlabatan hesab etmir. Ona görə ki, tərəflərin izahatından aydın olmuşdur ki, bu tip xəstəliklərdən əziyyət çəkən şəxslərə ildə iki dəfə dövlət tərəfindən ödənişsiz müayinə və müalicə imkanı yaradılır. Eyni zamanda, işin hallarından göründüyü kimi uşağın xəstəliyi ilə əlaqədar olaraq anası ümumilikdə 300 manat məbləğində müavinət alır. Digər tərəfdən, o da müəyyən edilir ki, cavabdeh ölkə xaricində yaşayır. Onun gəliri və maddi imkanları ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını işin halları və onların öz izahatlarına münasibətdə araşdıraraq belə qənaətə gəlir ki, X7 müalicə xərclərini təmin edilməsi üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləği tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tutulacaq pulun məbləği ilə bağlı bir daha cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatına qayıdaraq, bildirir ki, cavabdehin maddi imkanı ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməsə də, lakin cavabdeh tərəfin izahatından o qənaət formalaşır ki, cavabdehin əlavə xərclərdə iştirakı üçün ödəniş qabiliyyəti vardır. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Məhkəmə hesab edir ki, qət edilən sabit pul məbləği qanuni və ədalətlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin X5 məcburi müalicə xərclərinin təmin edilməsi üçün gələcəkdə çəkəcəyi əlavə xərclərin ödənilməsinə cəlb edilməsi hissəsi Ailə Məcəlləsinin 81.3-cü maddəsinin tələbi baxımından əsaslı deyildir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Qərarında həmin maddənin şərhi ilə bağlı qeyd edlmişdir ki, bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Göründüyü kimi, qanunverici bu tip tələblə bağlı sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Hazırkı işdə iddiaçı cavabdehin X5 məcburi müalicə xərclərinin təmin edilməsi üçün gələcəkdə çəkəcəyi əlavə xərclərin ödənilməsinə cəlb edilməsini xahiş etsə də, lakin övladının xəstəliyi ilə əlaqədar müalicəsi üçün gələcəkdə zəruri olan müalicə işləri üçün çəkməli olacağı xərclərlə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki qeyd olunan hissədə iddia tələbinin sübut edilməsi yükü iddaçının üzərinə düşür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassızdır.
20. İddiaçı eyni zamanda vəkilə hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz ) manat məbləğində pulun cavabdedən tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən - hər ay 200 manat sabit pul məbləğində pul vəsaitinin Cavabdeh Habı̇ l oğlundan tutularaq İddiaçı Adı̇ l qızına ödənilməsi qət edildiyindən, iddia tələbi eyni zamanda hazırki hissədə də qismən təmin edilməklə vəkilə hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz ) manat məbləğində pul vəsaitinin tələbin təmin edilmiş hissəsinə nisbətdə, yəni 20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 42 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin faktiki nikah münasibətlərindən anadan olmuş yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X5 müalicə xərclərinin təmin edilməsi üçün hər ay 200 manat sabit pul məbləğində vəsait Cavabdeh Habı̇ l oğlundan tutularaq İddiaçı Adı̇ l qızına ödənilsin. İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçıya vəkil tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar olaraq ödənilmiş 100 manat pul vəsaitinin 20 manat hissəsi Cavabdeh Habı̇ l oğlundan tutularaq İddiaçı Adı̇ l qızına ödənilsin. İş üzrə ödənilmiş 42 manat dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh Habı̇ l oğlundan tutularaq İddiaçı Adı̇ l qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.