Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-737/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 fevral 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 258196 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 24 fevral 2018-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 fevral 2018-ci ildə 509 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Miriyeva soyadı verilmişdir.
2. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 14 avqust 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 285415 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 18 iyul 2019-cu ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 avqust 2019-cu il tarixdə 130 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.
3. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 26 iyul 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 618064 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 15 iyul 2021-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 26 iyul 2021-ci il tarixdə 4532 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur.
4. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh “X6” MMC-də informasiya xidmətləti üzrə rəhbər vəzifəsində işləyir və əmək haqqı 5000 manatdır.
5. “X4” Təhsil Kompleksi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 2022- 2023 tədris ilində təhsil haqqını xx.xx.2022-ci il tarixində 4275 manat (tam şəkildə) ödəmişdir.
İşin faktiki halları
6. İddiaçı ilə Cavabdeh arasında 24 fevral 2018-ci ildə tarixdə nikahın bağlanması və tərəflərin birgə nikahlarından 18 iyul 2019-cu il təvəllüdlü X8 və 15 iyul 2021-ci il təvəllüdlü X3 doğulması işin mübahisəsiz halıdır.
İddia tələbi
7. İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün alimentin 1333 manat məbləğində tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil2 tərəflərin birgə nikahlarından anadan olmuş 18 iyul 2019-cu il təvəllüdlü X8 və 15 iyul 2021-ci il təvəllüdlü X2 üçün cavabdehin qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, İddiaçı Cavabdeh qarşı birgə nikahdan olan övladları 18 iyul 2019-cu il təvəllüdlü X5 və 15 iyul 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına qədər saxlanması üçün Cavabdeh tutulacaq aliment məbləğinin 50 faiz məbləğinin 18 iyul 2019cu il təvəllüdlü X5 və 15 iyul 2021-ci il təvəllüdlü X3 adına açılmış bank hesabına köçürmək barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
10. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında mülki işin məhkəmə baxışına təyin edilməsi barədə məhkəmə bildirişi təqdim edilsə də, məhkəməyə gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh tərəf mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi üçün məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi mümkün hesab edilərək, işə mahiyyəti üzrə baxılmışdır.
11. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, onlar Ailə Məcəlləsi ilə müəyyən edilmiş hüquqları əsasında uşaqlar yetkinlik yaşına çatanadək cavabdehin əmək haqqısının 1/3 hissəsi məbləğində aliment tələb edirlər. Düzdür, hər gün uşağı bağçaya ya atası, ya da kimsə gəlib aparır. İddiaçı uşaqlara baxır və heç bir yerdə işləmədiyi üçün uşaqların nəsə istəyi olduqda onları ala bilmir. Uşaqlar balaca olduğu üçün iddiaçının evdən kənarlaşıb işləməsi mümkün deyil. Tərəflər hələ rəsmi nikahdadırlar, iddia tələbində də nikahın pozulması yoxdur. Bu məntiqlə iddiaçı öz istəklərini həyat yoldaşından istəməkdə haqlıdır. Vəkilin izahından belə başa düşülür ki, birlikdə ailə kimi yaşadıqları dövrdə uşaqlar yüksək gəlirlərlə yaşayıblar, hazırda da Ailə Məcəlləsinə əsasən cavabdehin əmək haqqısı əsas götürülərək uşaqların həyat səviyyələrinin zəifləməməsi üçün maaşın 1/3 hissəsində aliment tutulmalıdır.
12. Cavabdeh iddia tələbinə münasibət bildirərək qeyd etdi ki, alimentin bütün məbləği uşaqlara sərf olunacaqsa, maaşının 80 faizini də verməyə razıdır. Lakin göründüyü kimi paltar, oyuncaq, qida məhsulları və s. bu kimi uşaqlar və ev üçün lazım olan bütün xərcləri o, özü çəkir. Hətta uşağın bağça pulu aylıq 1000 manat idi, lakin iş yerindən endirim aldığı üçün həmin məbləği yarıya saldıraraq, aylıq 500 manat pulu da o verir. Hazırki dövrün uşaqlar üçün yaşam tələbatları nəzərə alınarsa, onun maaşından tutulacaq aliment məbləği standartlardan çox yüksəkdir. Buna görə də uşaqlar üçün tutulacaq aliment məbləğinin 50 faiz hissəsinin uşaqların adına açılacaq bank hesabına köçürülməsini məhkəmədən xahiş etdi.
13. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı özü Whatsapp danışıqlarında aliment məbləğinin 1000 manatının onun özünə qaldığını etiraf edib. Həmçinin, uşaqların bütün xərcləri, bağçaya aparılıb-gətirilməsi, evin bütün ərzaq və digər ehtiyacları, kommunal ödənişlərin hamısı cavabdeh tərəfindən qarşılanılır. Uşaqlardan biri bağçaya gedir və cavabdeh onu aparıb-gətirir, bağça ödənişini də cavabdeh edir. İddiaçı yalnız uşaqlara baxır, maddi cəhətdən heçnə etmir. Cavabdeh bilir ki, iddiaçı aliment məbləğini alıb özü üçün istifadə edəcək, uşağın xərclərini də cavabdeh qarşılayacaq. Aliment məbləği tutulduqdan sonra da digər xərclərin hər birini cavabdeh ödəyəcək, çünki cavabdeh bilir ki, uşaqlar istədiklərini anaları onlara almayacaq. Onlar arasında olan danışıqlardan, yazışmalardan görünür ki, iddiaçı öz istəklərini cavabdehdən tələb edir. Məsələn, hər gün kofe alınmasını tələb edir, uşaq kofe içmir. Açıq şəkildə görünür ki, uşaqların adı ilə öz istəklərini tələb edir. Cavabdeh də uşaqlarına bağlı biridir, onların hər ehtiyacını, istəyini qarşılamaq istəyəcək. Həmçinin, iddiaçı məhkəmə iclasında maddi imkanı olmadığı üçün aliment tələb etdiyini və aliment məbləği ilə vəkil ilə təmin olunaraq nikahın pozulması barədə iddia qaldıracağını qeyd etmişdi. İddiaçının həmin izahatı, Whatsapp yazışmaları tələb edilən aliment məbləğini özü üçün istədiyini sübut edir. Buna görə də bütün xərclərin cavabdeh tərəfindən qarşılandığını nəzərə alaraq, iddianın rədd edilməsini, iddia təmin olunacağı halda isə, uşaqlar üçün tutulacaq aliment məbləğinin 50 faiz hissəsinin açılacaq bank hesabına köçürülməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 55. Uşağın əmlak hüquqları 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
16. Uşaq Hüquqları haqqında Qanun
Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
17. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
Maddə 6 Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı
Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı
8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.9. Alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.
20. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
23. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər hal-hazırda nikahdadırlar və tərəflərin birgə nikahlarından 18 iyul 2019-cu il təvəllüdlü X8 və 15 iyul 2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşadıqlarına görə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
24. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Belə ki, iş materiallarından və cavabdehin özünün verdiyi izahatdan görünür ki, o, həqiqətən də “X6” MMC-də informasiya xidmətləti üzrə rəhbər vəzifəsində işləyir və 5000 manat əmək haqqı alır. Qeyd olunan əmək haqqı məbləği isə kifayət qədər yüksək olduğu üçün alimentin cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında tutulması məqsədəmüvafiqdir.
25. Məhkəmə cavabdeh tərəfin “uşaqlar üçün tutulacaq aliment məbləğinin 50 faiz hissəsinin açılacaq bank hesabına köçürülməsi” barədə ərizəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ailə qanunvericiliyinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Qeyd olunan normadan görünür ki, qanunverici aliment ödəyən valideynə belə bir tələblə müraciət etmək hüququ vermişdir. Məhkəmə hesab edir ki, hazırki normada “tələb” dedikdə prosessual mənada yox, maddi mənada tələb başa düşülməlidir. Yəni aliment ödəyən valideyn münasibətin subyekti olduğu üçün şəxsin prosessual mənada tələblə, yəni iddia ərizəsi, qarşılıqlı iddia ərizəsi və s. formada öz-özünə qarşı iddia qaldırması mümkün olmadığından, maddi mənada tələblə, yəni ərizə formasında məhkəməyə müraciət etməsi kifayətdir.
26. Məhkəmə qeyd edir ki, alimentlə bağlı mübahisələrin həlli zamanı məhkəmə ilk növbədə uşağın mənəfeyini nəzərə almaqla, təyin ediləcək aliment və onun məbləğinin uşağın həm əvvəlki həyat şəraitini bərpa etmək, həm də gələcəkdə davamlı maddi təminatla təmin olunması üçün yetərli olub-olmamasını aydınlaşdırır. Alimentin bir hissəsinin bank hesabına köçürülməsi uşaqların məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin bir hissəsindən məhrum edilməsi ilə bağlı deyil, uşaqların saxlanması üçün müəyyən edilmiş aylıq ödənişin bir hissəsinin uşaqların mənafeyi naminə onların hesabına toplanması ilə bağlıdır.
27. İş materiallarından göründüyü kimi, cavabdeh yüksək gəlirli işdə əmək müqaviləsi əsasında çalışır və əmək haqqı 5000 manat təşkil edir. İddia təmin olunacağı halda, uşaqların saxlanması üçün tutulacaq üçdə bir hissə alimentin məbləği təxminən 1666 manat təşkil edəcək. Cavabdehin ərizəsi əsas götürüləcəyi halda isə tutulacaq alimentin 50 faizi, yəni 833 manat hissəsi bank hesabına ödəniləcək. İşin hallarından göründüyü kimi, X8 özəl bağçaya gedir və həmin bağçanın aylıq təhsil haqqı tərəflərin izahatına əsasən 500 manatdır. Məhkəmə qeyd edir ki, tutulacaq alimentin yarısının bank hesabına köçürüləcəyi və geriyə qalan 833 manat alimentdən bağçanın təhsil haqqı çıxılacağı halda, iddiaçının (ananın) sərəncamında 333 manat aliment qalacaqdır ki, həmin məbləğlə iki uşağın saxlanma xərclərini ödəmək kifayət etməyəcəkdir. Belə ki, qeyd olunan halda hər uşaq üçün hər ay təxminən 166 manat aliment qalacaqdır ki, bu da yaşayış minimumundan az olmaqla, uşaqların mənafeyinin pozulmasına səbəb olacaq. Bu baxımdan, məhkəmə tutulacaq aliment məbləğinin 50 faizinin bank hesabına köçürülməsini uşaqların qidalanması, təhsili, tərbiyəsi, istirahətinin təşkili baxımından onların mənafeyinə uyğun hesab etməmişdir.
28. Məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün tutulacaq alimentin 30 faizinin, təxminən 500 manat hissəsinin bank hesabına ödənilməsi daha ağlabatandır. Belə ki, cavabdehin əmək haqqından üçdə bir hissə miqdarında, təxminən 1666 manat aliment tutulacağından, həmin məbləğinin 500 manatının bank hesabına köçürülməsi halında iddiaçının sərəncamında 1166 manat aliment qalacaqdır ki, həmin məbləğdən də 500 manat bir uşağın bağçasına sərf olunacağı təqdirdə geriyə qalan ümumilikdə 666 manat məbləğində aliment (hər uşaq üçün hər ay 333 manat) uşaqların saxlanması və hərtərəfli ehtiyaclarının ödənilməsi üçün kifayətdir və həmin məbləğ ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan artıqdır. Buna görə də uşaqların saxlanması üçün yaşayış minimumunu, uşağın təhsil və digər xərclərini nəzərə alan məhkəmə, qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin 30 faizinin uşaqların adına açılmış bank hesabına toplanmasının, geri qalan 70 faizininin isə aliment kimi iddiaçıya verilməsinin uşaqların maddi təminatına əhəmiyyətli dərəcədə təsir etməyəcəyi, əksinə, bunun onların gələcəkdə əhəmiyyətli həcmdə maddi təminatının təmin ediləcəyi və onların mənafeyinə uyğun olması qənaətinə gəlir. Belə ki, uşaqlar 18 yaşına çatdıqda, öz adlarına açılmış bank hesabına toplanmış həmin vəsait üzərində müstəqil şəkildə sərəncam vermək imkanı əldə edəcək.
29. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 14 dekabr 2022-ci il tarixdən etibarən tutulmalıdır.
Məhkəmə xərcləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.
33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
34. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 1666x12=19992 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 149,98 manat təşkil edir. İş materiallarında olan “mediasiya prosesinə xitam verilməsi haqqında” protokoldan görünür ki, iddiaçı tərəfindən 50, cavabdeh tərəfindən isə 100 manat mediasiya xərci ödənilmişdir.
35. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən Azərbaycan Respublikasının Dövlət Büdcəsinə tutulmalı olan 99,8 manat məbləğdə pul isə cavabdeh tərəfindən ödənilmiş mediasiya xərci ilə əhatə olunmuşdur.
Məhkəmənin gəldiyi nəticə
37. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 18 iyul 2019-cu il təvəllüdlü X8 və 15 iyul 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 18 iyul 2019-cu il təvəllüdlü X8 və 15 iyul 2021-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin 30 faizi X5 və X3 xeyrinə, onların adına açılmış bank hesabına köçürülsün.
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddia təmin edilsin. Cavabdeh 18 iyul 2019-cu il təvəllüdlü X8 və 15 iyul 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 18 iyul 2019-cu il təvəllüdlü X8 və 15 iyul 2021-ci il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin 30 (otuz) faizi X5 və X3 xeyrinə, onların adına açılmış bank hesabına köçürülsün. Alimentin tutulması müddəti 14 dekabr 2022-ci il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.