Məhkəmə qərarları › İş №e-2(010)-76/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-76/2025

09.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-76/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbinə və İddiaçı cavabdeh X1 qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh olmaqla “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab ödənişləri və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2006-cı il tarixdən işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək ona verməli olduğu əmək haqları, məzuniyyət pulları, son haqq-hesaba görə pulun və eyni zamanda qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri ilə birlikdə hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-76/2025 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X1 qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh olmaqla “əmək haqqı, məzuniyyət pulu, son haqqhesab ödənişləri və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş materiallarının İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbinə dair e-2(010)-1113/2024 saylı mülki işə əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili tərəfindən təqdim edilən ərizə ilə razı olduğunu bildirdi. Məkəmə iclasında Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Cavabdeh X2 hazırki məhkəmə iclasında iştirak etməmiş və ərizəyə münasibət bildirməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı əmək haqqı tələbinə və İddiaçı cavabdeh X1 qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh olmaqla “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab ödənişləri və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar