Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(010)-899/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı, ünvan 1 ünvanında qeydiyyatda olan Kreditor Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M : Kreditor etibarnamə üzrə nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Borclu 13000 manat məbləğində əsas borcun, 100 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kreditor məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Borclu ilə borc verən arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor 13000 manat məbləğində borc pul vəsaiti vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2022-ci il tarixə kimi borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş sənədlərlə Kreditor tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanır və aşkardır. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası MPM-nin 276.1 və 276.2.2-ci maddələrinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, habelə tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M : xx.xx.1978-ci il tarixdə Sisian rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 13000 (on üç min) manat məbləğində əsas borc və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tutularaq Kreditor xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun bir hissəsinə qarşı əmri vermiş məhkəməni xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №e-2(010)-899/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(010)-899/2023
18.01.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver