Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-900/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Aisel Mamedovanın iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi) qarşı “əmək haqqının, faiz ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi) qarşı “əmək haqqının, faiz ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsi üzrə ödənilməli olan 3000 (üç min) manat məbləğində əmək haqqının və 300 (üç yüz) manat məzuniyyət pulunun (son haqqhesabın), iddianın təmin olunacağı günə hər ay üzrə ayrılıqda olmaqla, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənclə birgə yenidən hesablanaraq, o cümlədən 50 manat mediasiya xərcinin cavabdeh – Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı faktiki olaraq 15 sentyabr 2021-ci il tarixindən Cavabdeh MMC-də menecer vəzifəsində işə başlamış, xx.xx.2022-cü il tarixindən isə əmək fəaliyyəti MMC tərəfindən rəsmiləşdirilmişdir. İddiaçıya həmin vəzifəyə görə müəyyən olunmuş rəsmi aylıq əmək haqqı 300 manat təşkil etmişdir. Lakin Cavabdeh MMC iddiaçıya işlədiyi müddət ərzində əmək müqaviləsi üzrə əmək haqqını ödəməmişdir. Cavabdeh şirkətin rəhbəri tərəfindən hər ay növbəti ay ödəmə edəcəyinə söz verilsə də, buna əməl edilməmişdir və xx.xx.2022ci il tarixində əmək münasibətlərinə düzgün olmayan bir şəkildə xitam verilmişdir. İddiaçı tərəfindən bundan sonra lazımı orqanlara müraciət olunmuş və bu barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və son haqq-hesab ödənilməmişdir. Bu səbəbdən də müəssisənin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulduğuna görə Cavabdeh MMC-nin direktoru Aysel Məmmədova barəsində AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında 22.09. 2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin, nöqsanların aradan qaldırılması məqsədi ilə idarə tərəfindən Cavabdeh MMC-nin ünvanına **********6 saylı xx.xx.2022-ci il tarixli məktub da göndərilmişdir. Bu tədbirlərdən sonra cavabdeh müəssisənin rəhbəri Aysel Məmmədova tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya müraciət olunaraq bildirilmişdir ki, o, xx.xx.2022-ci il tarixindən Cavabdeh MMCdə menecer vəzifəsinə bərpa edilmişdir. İddiaçı artıq cavabdeh şirkətin rəhbərliyi ilə birlikdə işləməyin mümkün olmayacağı səbəbindən dərhal işdən azad olunma barədə ərizə ilə müraciət etmiş və bu səbəbdən əmək müqaviləsinə xitam verilmişdir. Lakin, yenə də cavabdeh müəssisənin rəhbərliyi tərəfindən rəsmi olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə hər ay üçün aylıq 300 manat əmək haqqı və son haqq hesab iddiaçıya ödənilməmişdir. Bu barədə cavabdehə ünvanlanan xəbərdarlığa da cavab verilməmişdir. Hal-hazırda Cavabdeh MMC-nin iddiaçıya əmək haqqı üzrə 10 ay və hər ay üçün 300 (üç yüz) manat təşkil etməklə cəmi 3000 (üç min) manat məbləğində və 300 manat məbləğində məzuniyyət pulu olmaqla, cəmi 3600 (üç min altı yüz) manat məbləğində borcu vardır. İddiaçıya ödənilməli olan bu məbləğlərin vaxtında, eyni zamanda ümumiyyətlə ödənilməməsi onun cox ciddi maddi və mənəvi sıxıntılarına səbəb olmuşdur. Bu barədə iddiaçı tərəfindən Cavabdeh MMC-yə dəfələrlə şifahi və eyni zamanda yazılı şəkildə müraciət olunsa da, heç bir nəticə olmamışdır. Hazırkı iddia üzrə hər gecikdirilmiş gün üçün, ödənilməmiş əmək haqqı üzrə iddianın verildiyi tarixə kimi hesablanan məbləğ 5850 (beş min cəkkiz yüz əlli) manat təşkil edir. Lakin, iddianın təmin olunacağı günə qədər müəyyən müddət keçəcəyi üçün hesab edir ki, yuxarıda qeyd olunan ödənilməmiş 3600 (üç min altı yüz) manat məbləğində əmək haqqının (son haqq-hesabın), əmək haqqının hər gecikdirilmiş gün üçün faizi hər ay üzrə ayrıca hesablanmalı və iddianın təmin olunacağı günə qədər olan müddət ərzində hesablanacaq son məbləğ və 50 manat mediasiya xərci “Edu-Colour " MMC tərəfindən iddiaçıya ödənilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, izahatında iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi Aisel Mamedova iddianı qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin “İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılması haqqında” xx.xx.2023-cu ii tarixli 2-3-17-5/3-1-2713/2023 nömrəli qərarla barəsində Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar ləğv edilmişdir. Həmin qərarda göstərilir ki, İddiaçı əmək müqaviləsinə "X7" Şirkətindən aldığı mühasibatlıq xidməti nəticəsində yalnış maddə ilə, yəni AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilməli olduğu halda 75-ci maddənin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə xitam sistemdən ləğvi və köhnə tarixlə bərpası üçün müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə X4 Xidməti tərəfindən xitamın sistemdə ləğv edilməsi ilə bağlı rəsmi bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixi ilə xitam verilmesi ilə bağlı bildiriş sistemə daxil edilmişdir. Son haqqhesabın ödənilməməsinə görə İXM-nin 192.4-cü maddəsində məsuliyyət tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 539-cu maddəsinin "Qeyd" hissəsinə əsasən bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın. Bununla da Xidmətin Bakı şəhər idarəsi tərəfindən "xxxx" MMC-nin direktoru Aysel Məmmədova barəsində əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarların və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsi ilə pozuntuya yol verildiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edildiyini nəzərə almalıdır. İddia ərizəsində Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad edilərək pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin 1 il ərzində məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. İddia tələbi “əmək haqqının, faiz ödənişinin və dəymiş zərərin ödənilməsi barədə” olduğu halda iddiaçı dəymiş zərərin nə ilə əlaqəli olduğunu ərizədə göstərməmişdir və iddiaçı ona dəymiş zərəri nədən ibarət olduğunu əsaslandırmamışdır. Cavabdehin iddiaçı qarşısında hər hansı bir məsuliyyəti yaranmır. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixdən menecer vəzifəsində işə başladığı qeyd edilmişdir. Halbuki bu tarixdə o, müəssisəyə ilk dəfə olaraq CV ilə müraciət etmişdir. İddiaçı "xxxx" MMC ilə rəsmi şəkildə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2022-ci ildir. Əmək müqaviləsinə xitam verildiyi tarix isə xx.xx.2022-ci ildir. xx.xx.2023-cü il tarixdən X4 Xidməti bütün qanun pozuntularının aradan qaldırıldığını nəzərə alaraq İddiaçı əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi barədə sistemə məlumat daxil etmişdir. Bunun üçün o müvafiq sistemə müraciət etmiş, sistem açılmış və onun göstərişi ilə İddiaçı əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi qeydi sistemə daxil edilmişdir. İddiaçının iddiasının rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları İddiaçı Cavabdeh MMC-nin direktoru X1 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh MMC-yə baş menecer vəzifəsinə təyin edilməsini xahiş etmişdir. Əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin direktoru X3 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-nin baş meneceri vəzifəsinə işə qəbul edilir. Bu əmək müqaviləsi müddətsiz bağlanır. İşin birinci 19.01.22-26.01.22 həftəsi, ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 5 gün əvvəl xəbərdar etməklə Əmək müqaviləsini birtərəfli qaydada poza bilər. İşçi xx.xx.2022-ci il tarixindən işə başlayır. İş vaxtı 09:00-dan başlanır, saat 18:00 qurtarır. Nahar vaxtı işçinin istəyi ilə iş rejimini pozmamaq şərti ilə istənilən 1 saat təşkil edir. İstirahət günləri qrafikə əsasən təyin edilir, həftənin müəyyən edilmiş 2 gününü təşkil edir. Əmək haqqı 300 manatdan ibarətdir. Cavabdeh MMC-nin 3 saylı xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı Mikail qızı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-yə baş menecer vəzifəsinə təyin edilmişdir. Cavabdeh MMC-nin direktoru A.Məmmədovanın İddiaçı ünvanladığı məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də menecer vəzifəsinə bərpa olunmuşdur. Məktubu aldıqdan bir gün sonra işə çıxması tələb olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanlanmış məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırmaya Edu-Colour MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən İddiaçı ilə müəssisə arasında xx.xx.2022-ci ıl tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin "a" bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi və son haqq-hesabının ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən də müəssisənin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-cı maddəsinin 3-cü hissəsinin (Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.) tələbləri pozulduğuna görə “Edu-Colour" MMC-nin direktoru Aysel Məmmədova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 (Əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilmişdir) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddələrinə əsasən inzibatı xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq inzibatı tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin nöqsanların aradan qaldırılması məqsədi ilə Edu-Colour MMC-nin ünvanına **********6 saylı xx.xx.2022-ci tarixli məktub göndərilmişdir. X4 Xidmətinin 3-17-5/3-1-2713/2023 saylı xx.xx.2023-c il tarixli qərarından görünür ki, Cavabdeh MMC-nin direktoru Aysel Məmmədova barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 25 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsinə dair verilmiş şikayət təmin edilmiş, İnzibati tənbeh vermə haqqında 25 noyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilmiş və Cavabdeh MMC-nin direktoru Aysel Məmədova barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Cavabdeh MMC-nin 04 saylı xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, müəssisənin baş meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərin qarşılıqlı razılığı ilə) əsasən xx.xx.2022ci il tarixdən xitam verilmişdir. Cavabdeh MMC-nin direktoru Aisel Mamedovanın xx.xx.2022-ci il tarixli X2 ünvanladığı məktubundan görünür ki, İddiaçı Azərbaycan 'Respublikasının Əmək məcələsinin 75-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixli №4 xitam əmri xx.xx.2022-cil tarixli №5 əmrlə ləgv edilmişdir. İddiaçı xx.xx.2022-cil tarixli №6 əmrlə "xxxx" MMC-nin rəhbərliyi tərəfindən işə bərpa edilmiş və İddiaçı işə bərpa edilməsi ilə bağlı məlumat xarakterli №01 xx.xx.2022 tarixli məktub ünvanına göndərilmişdir. Edu-Colour” MMC-nin direktoru Aisel Mamedovanın xx.xx.2022-ci il tarixli İddiaçın ünvanladığı məktubundan görünür ki, o, Cavabdeh MMC-də menecer vəzifəsinə bərpa edilmişdir. Məktubu aldıqdan bir gün sonra işə çıxması tələb olunmuşdur. Cavabdeh MMC-nin xx.xx.12022-ci il tarixli 6 №-li əmrindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC-yə öz vəzifəsinə (menecer) bərpa edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulub. X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Mamedova Aysel Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/5440 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulan suala əsasən, İddiaçı Mikayıl qızı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi üzrə əmək haqqının 300 (üç yüz) olması, ilk iş gününün xx.xx.2022-ci il son iş gününün xx.xx.2022-ci il olması nəzərə alınmaqla həmin tarix aralığı üçün hesablanmış əmək haqqı 2647,62 manat və tutulmalar çıxıldıqdan sonra ələ çatacaq əmək haqqı məbləği 2446,03 manat məbləğində müəyyən edilir. Bundan başqa hesablanan məzuniyyət haqqı 296,05 manat, tutulmalar çıxıldıqdan sonra ələ çatacaq məzuniyyət haqqı məbləği 273,05 manat məbləğində müəyyən edilir. Tətbiq olunan hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 172.1 Aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; 172.4 İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5 Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göstərilən maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh MMC-də baş menecer vəzifəsində işə başlamış, işçinin əmək haqqının məbləği aylıq 300 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bir neçə ay cavabdeh təşkilatda işlədikdən sonra xx.xx.2022-ci il tarixdə iddiaçının Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə əsasən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işdən azad edilməsi qərara alınmış və iddiaçı ilə son haqq hesab aparılmamışdır. Daha sonra iddiaçının müvafiq şikayəti əsasında toplanmış materiallar üzrə Cavabdeh MMC-nin direktoru Aysel Məmmədova xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarla sonuncu barəsində şərti olaraq cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 25 gün müddət müəyyən edilmişdir. Qeyd edilən qərar qəbul edildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə əvvəlki vəzifəsinə bərpa edilmiş və ona işə çıxması barədə bildiriş göndərilmişdir. Lakin iddiaçı işə bərpa edildikdən sonra öz ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə işdən çıxmışdır. İddiaçı işə daxil olduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən rəsmi olaraq işdən çıxarıldığı tarixədək, yəni xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona aylıq əmək haqları ödənilməmiş, əmək münasibətlərinə xitam verilərkən işçi ilə son haqq-hesab aparılmamış, məzuniyyət pulu ödənilməmiş, cavabdeh təşkilat tərəfindən qəsdən son haqq hesabın aparılmasından yayınılmışdır. Daha sonra cavabdeh təşkilatın nümayəndəsi Aisel Mamedova göstərişi ilə müvafiq sistemdə iddiaçının işdən çıxarılma tarixi xx.xx.2022-ci il tarixi ilə dəyişdirilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar öz təsdiqini həm məhkəməyə təqdim edilmiş sübutlar, həm məhkəmə araşdırması, həm də X4 tərəfindən aparılmış araşdırma əsasında öz təsdiqini tapmışdır. Hazırda əmək münasibətlərində olduğu xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində ona verilməli olan əmək haqqının, eyni zamanda məzuniyyət pulunun, cəmi 3300 manatın tutularaq ona ödənilməsini, əlavə olaraq faktiki olaraq əmək haqqının gecikdirildiyi hər gün üçün 1 faiz hesablanmaqla məbləğin tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə əvvəla gecikdirilmiş əmək haqqı və məzuniyyət pulunun tutulması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə iddia tələbi mahiyyət baxımından əsaslı olsa da, tələb olunan məbləğə münasibətdə iddia tələbi əsaslı sayıla bilməz. Belə ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə əsasən, iddiaçıya ödənilməli olan əmək haqqı məbləği xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə cəmi 2446.03 (ələ çatacaq məbləğ), hesablanan məzuniyyət haqqı isə 273.05 manat (ələ çatacaq məbləğ) təşkil edir. Məhkəmə həmin hissədə ekspert rəyini mötəbər sübut kimi nəzərə alır və hesab edir ki, iddia tələbi əmək haqqı və məzuniyyət pulunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2446.03 manat ödənilməmiş əmək haqqı və 273.05 manat məbləğində məzuniyyət haqqı olmaqla, cəmi 2719.08 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddiaçının əmək haqqının gecikdirilməsinə görə günlük 1 faiz məbləğin hesablanaraq onun xeyrinə tutulması tələbini də əsaslı hesab edir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbinə görə, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göründüyü kimi əmək qanunvericiliyinin tələbinə görə işçi ilə əmək münasibətlərinə xitam verildiyi gün işçi ilə son haqq hesab aparılmalıdır, əks halda hər gün üçün işçiyə ödəniləcək məbləğin 1 faizi həcmində pul ödənilməsi nəzər tutulmuşdur. Hazırki iş üzrə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən məqsədli şəkildə iddiaçının əmək haqqı və məzuniyyət haqqı ödənilməmiş, işçi ilə əmək münasibətlərinə qanunun tələbləri pozulmaqla xitam verilmiş, sonradan işçi işinə bərpa edildikən sonra belə yenidən sistemdə əvvəlki tarixdən işdən ayrıldığı qeyd edilmişdir. Bu isə məqsədli olaraq işçinin son haqq hesabının aparılmaması kimi qiymətləndirilir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddiaçının 2022-ci ilin yanvar-oktyabr ayları üçün əmək haqqı almadığını mübahisələndirməmiş, iddiaçı isə 22 aylıq gecikdirilməyə görə pul tələb etmişdir, bu o deməkdir ki, iddiaçıya ödənilməli olan ödənc (aylıq əmək haqqının 300 manat təşkil etdiyi və ekspert rəyində göstərilən hər ay üçün iddiaçıya çatmalı olan məbləğ əsas götürülməklə) 12930.12 (on iki min doqquz yüz otuz manat on iki qəpik) manat təşkil edir ((yanvar ayının maaşı üçün 830.4 manat (126.01 manat x 1% x 659 gün); fevral ayının maaşı üçün 1744.71 manat (276.5 manat x 1% x 631 gün); mart ayının maaşı üçün 1659 manat (276.5 manat x 1% x 600 gün); aprel ayının maaşı üçün 1576.05 manat (276.5 manat x 1% x 570 gün); may ayının maaşı üçün 1490.33 manat (276.5 manat x 1% x 539 gün); iyun ayının maaşı üçün 1407.38 manat (276.5 manat x 1% x 509 gün), iyul ayının maaşı üçün 1321.67 manat (276.5 manat x 1% x 478 gün), avqust ayının maaşı üçün 1211.07 manat (276.5 manat x 1% x 438 gün), sentyabr ayının maaşı üçün 1108.76 manat (276.5 manat x 1% x 401 gün), oktyabr ayının maaşı üçün 400.75 manat (108.02 manat x 1% x 371 gün)). Məhkəmənin gəldiyi nəticə İddiaçı Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi) qarşı “əmək haqqının, faiz ödənişinin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2446.03 manat məbləğində gecikdirilmiş əmək haqqı, 273.05 manat məbləğində məzuniyyət haqqı olmaqla, cəmi 2719.08 manat, həmin məbləğə günlük 1 faizlə xx.xx.2022-ci il tarixindən bu qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixinədək hesablanmış cəmi 12930.12 manat məbləğində pul olmaqla, cəmi 15649.2 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2446.03 manat məbləğində gecikdirilmiş əmək haqqı, 273.05 manat məbləğində məzuniyyət haqqı olmaqla, cəmi 2719.08 manat, həmin məbləğə günlük 1 faizlə xx.xx.2022-ci il tarixindən bu qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixinədək hesablanmış cəmi 12930.12 manat məbləğində pul olmaqla, cəmi 15649.2 manat məbləğində pul və mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-900/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-900/2023
21.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver