Məhkəmə qərarları › İş №e-2(010)-946/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-946/2023

26.01.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-946/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı 2(010)-4219/2016 nömrəli mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2016cı il tarixli məhkəmə əmrinə Borclu etirazına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor Açıq Səhmdar Cəmiyyəti borclular X1, Borclu və X2 qarşı “borcun ödənilməsi” barədə məhkəmə əmrinin çıxarılmasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsi 08 aprel 2016-cı il tarixli məhkəmə əmri ilə kreditorun tələbini təmin etmişdir. Borclu 23 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət edərək Kreditor ASC-nin tələbinə qarşı etiraz etmişdir. İş materiallarını və etirazı nəzərdən keçirərək hesab edirəm ki, Borclu 08 aprel 2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsi barədə etiraz ərizəsi geri qaytarılmalıdır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin digər hakimi tərəfindən 11 yanvar 2023-cü il tarixdə qəbul edilmiş qərardadla müəyyən olunur ki, Borclu sözügedən məhkəmə əmrinin ləğv edilməsi barədə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun etirazına baxılmış, Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması qərara alınmış və işə məhkəmənin hazırlıq iclasında baxılması 13 fevral 2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Odur ki, Borclu eyni məhkəmə əmrindən yenidən verdiyi etiraz geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264-267- 268, 283-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Borclu Suraxanı rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 2(010)-4219/2016 saylı məhkəmə əmrindən etirazı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar