Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-986/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ödənilməyən 2022-ci il oktyabr ayının 5-i tarixindən 2023-ci il yanvar ayının *5-i tarixədək əmək haqqının yəni, *333.5 manat və *5.0*.2023-ci il tarixindən 20.**.2023-ci il tarixinədək hər gecikdirilən gün üçün * faiz olmaqla 3990 manat məbləğində pulun və ödənilmiş 74 manat dövlət rüsumunun, cəmi 5397.5 manat pulun Bakı şəhəri Suraxanı rayonu 285 nömrəli tam orta məktəbdən məcburi alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı 2022-ci ildə MİQ müsabiqəsində kimya ixtisası üzrə 8*,75 bal toplayaraq 05.*0.22 tarixdə Azərbaycan Respublikası ETN İR şöbəsi tərəfindən göstərişə əsasən Bakı Şəhəri Suraxanı rayonu 285 saylı məktəbə müddətli əmək müqaviləsi ilə kimya müəllimi təyin edilmişdir. Lakin 05.*0.22 tarixindən *5.0*.23 tarixinə kimi əmək müqaviləsi hüquqi qüvvədə olmadığı üçün 05.*0.22 tarixindən *5.0*.23 tarixinə kimi əmək haqqı hesablanmamışdır. Baki şəhəri Suraxanı rayonu Cavabdeh 05.*0.2022-ci il tarixdə MİQ vasitəsilə müddətli müqavilə ilə qəbul olunan Kimya müəllimi İddiaçı əmək müqaviləsi həmin tarixdə məktəb rəhbərliyinin (direktor əvəzi) elektron müqavilə səlahiyyəti olmadığı üçün bağlanmamışdır. 0*.**.2022-ci il tarixdən 285 nömrəli tam orta məktəbə yeni direktor əvəzi təyin olunsa da, ona elektron müqavilə səlahiyyəti 08.*2.2022-ci il tarixdə verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin *8.*0.2022-ci il tarixli 3244-02/*0 nömrəli razılıq məktubu olmasına baxmayaraq, məktəb tərəfindən elektron əmək müqaviləsi *5.0*.2023cü il tarixinə təsdiqləndiyi üçün əməkhaqqı həmin tarixdən ödənilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X4 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdi. Aşağıdakı kimi cavab verilmişdir. Müraciətlə bağli 285 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən məktub və sənədlərdən işəgötürən tərəfindən yazılı əmək müqaviləsi 05.*0.2022-ci il tarixində imzalansa da, eyni zamanda Azərbaycan Respublikasinın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində *5.0*.2023-cü il tarixli əmək müqaviləsinin *5.02.2023-cü il tarixində qeydiyyata alındığı məlum olmuşdur. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 05.*0.2022-ci il tarixindən *5.02.2023-cü il tarixinədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması ilə bağlı 285 nömrəli tam orta məktəbin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsinə əsasən tərəfindən *3.04.2023-cü il tarixli, MN *497273 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, MN *29*629 nömrəli inzibati tənbeh vermə haqqinda qərar qəbul edilmişdir. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi (vəkili) Vəkil qızı iddianı müdafiə edərək, izahatında iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Bakı şəhəri Suraxanı rayonu, Cavabdehin 05.*0.2022-ci il tarixli *79 nömrəli əmrindən görünür ki, İddiaçı B.Qulamoğlu 285 nömrəli tam orta məktəbə kimya müəllimi təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh tətbiq edilməsi haqqında MN seriyalı xx.xx.2024-cü il tarixli MN *29*629 nömrəli qərarın surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulub. X* tərəfindən Azərbaycan Respublikası İXM-nin *92.*-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. X2 Azərbaycan Respublikası İXM-nin *92.*-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. 05.*0.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cəfərova X3 rayonu, Cavabdeh müddətli olaraq kimya müəllimi vəzifəsinə təyin edilmişdir. *5.02.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cəfərova X3 rayonu, Cavabdeh *5.0*.2023 tarixdən *6.06.2023-cü il tarixinədək müddətli olaraq kimya müəllimi vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Cavabdeh 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayına qədər əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı V-İX siniflər üçün 9 saat, X-Xİ siniflər üçün 2 saat dərs yükü olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Cavabdeh 05.*0.2022-ci ildən *5.0*.2023-cü ilədək olan dövrə *3 dərs saatı müəlliməyə hesablanmış ödənilməmiş əmək haqqı cəmi *273.75 manatdır. Suraxanı rayonu, Cavabdehin *4.06.2023-cü il tarixli 364 nömrəli əmrindən görünür ki, kimya müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə (*5.0*.2023) Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinin *-ci bəndinə (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) əsasən *6.06.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/3783 saylı *4.08.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında qoyulan suala əsasən, İddiaçı Cavabdeh tərəfindən 05.*0.2022-ci il tarixindən *5.0*.2023-cü il tarixədək ödənilməyən *273.75 manat əmək haqqı məbləğinin hər gecikdirilən gün üçün * faiz məbləği *5.0*.2023-cü il tarixindən 20.**.2023-cü il tarixədək 3*9 bank günü hesablanacaq (*273.75**%*3*9=4063.26) 4063.26 manat məbləği təşkil etdiyi müəyyən edilir. Tətbiq olunan hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi *72.* Aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; *72.4 İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. *72.5 Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göstərilən maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.* Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. *07. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *85.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış halları ondan ibarətdir ki, iddiaçı Cəfərova X3 rayonu, Cavabdeh müddətli olaraq kimya müəllimi vəzifəsinə təyin edilmiş, işçinin əmək haqqının məbləği aylıq 450.67 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh tətbiq edilməsi haqqında MN seriyalı xx.xx.2024-cü il tarixli MN *29*629 nömrəli qərarına əsasən müəyyən edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin *92.*-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X2 Azərbaycan Respublikası İXM-nin *92.*-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) törətdiyinə görə 3000 manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əsasən məhkəmə həmçinin müəyyən edir ki, cavabdeh təşkilat hazırki mülki iş üzrə iddiaçı olan işçini 05.*0.2022-ci il tarixdən *5.0*.2023-cü il tarixədək olan müddət ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Həmçinin müəyyən olunur ki, iddiaçıya cavabdeh təşkilatda 05.*0.2022-ci il tarixdən *5.0*.2023-cü il tarixədək olan müddət üçün göstərdiyi fəaliyyətə görə aylıq əmək haqları ödənilməmişdir. İddiaçı cavabdeh təşkilatda işlədikdən sonra *6.06.2023-cü il tarixdə Əmək Məcəlləsinin 73-cü maddəsinin *-ci bəndinə (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) əsasən iddiaçı ilə bağlanmış olan müqaviləyə xitam verilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar öz təsdiqini həm məhkəməyə təqdim edilmiş sübutlar, həm məhkəmə araşdırması, həm də X4 tərəfindən aparılmış araşdırma əsasında öz təsdiqini tapmışdır. İddiaçı hazırda əvvəllər əmək münasibətlərində olduğu cavabdeh təşkilatdan 05.*0.2022-ci il tarixindən *5.0*.2023-cü il tarixinədək ödənilməmiş əmək haqqının, *333.5 manat pul vəsaitinin, eləcə də *5.0*.2023-ci il tarixindən 20.**.2023-ci il tarixinədək hər gecikdirilən gün üçün * faiz olmaqla 3990 manat məbləğində pulun və ödənilmiş 74 manat dövlət rüsumunun, cəmi 5397.5 manat pulun tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə əvvəla gecikdirilmiş əmək haqqının tutulması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə iddia tələbi mahiyyət baxımından əsaslı olsa da, tələb olunan məbləğə münasibətdə iddia tələbi əsaslı sayıla bilməz. Belə ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə əsasən, iddiaçıya ödənilməli olan əmək haqqı məbləği 05.*0.2022-*5.0*.2023-cü il tarixləri üzrə cəmi *273.75 manat olduğundan, iddia tələbi əmək haqqı pulunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə *273.75 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddiaçının əmək haqqının gecikdirilməsinə görə günlük * faiz məbləğin hesablanaraq onun xeyrinə tutulması tələbini də əsaslı hesab edir. Belə ki, Əmək Məcəlləsinin *72-ci maddəsinin tələbinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə iddiaçının cavabdeh təşkilatda 05.*0.2022- *5.0*.2023-cü il tarixləri üzrə əmək fəaliyyətinin müqabilində əmək haqqı almadığını müəyyən etmişdir, bu o deməkdir ki, iddiaçıya həmin tarixlərdə göstərdiyi fəaliyyət üzrə əmək haqqının ödənilməməsinə görə *5.0*.2023-20.**.2023-ci il tarixlərini əhatə edən dövr üzrə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində verilməli olan ödəncin məbləği 4063.26 manat təşkil edir. Lakin məhkəmə nəzərə alır ki, iddiaçı tələbində əmək haqqının bir faizi məbləğində verilməli olan ödənc üzrə 3990 manat tələb etmişdir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin sadalanan normalarını rəhbrə tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Suraxanı rayonu, Cavabdeh gecikdirilmiş əmək haqqı üzrə *273.75 manat, *5.0*.2023-20.**.2023-ci il tarixlərini əhatə edən dövr üzrə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində verilməli olan ödənc üzrə 3990 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 73 manat, mediasiya xərcinə görə 50 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Suraxanı rayonu, Cavabdeh gecikdirilmiş əmək haqqı üzrə *273.75 (bir min iki yüz yetmiş üç manat yetmiş beş qəpik) manat, *5.0*.2023-20.**.2023-ci il tarixlərini əhatə edən dövr üzrə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində verilməli olan ödənc üzrə 3990 (üç min doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 73 (yetmiş üç) manat, mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti də cavabdeh Suraxanı rayonu, Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-986/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-986/2024
18.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver