Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1096/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırlması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh ilə İddiaçı birgə nikahından anadan olmuş övladları X1 və X4 analarının himayəsində saxlanılması qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1053/2021 saylı qətnaməsi ilə İddiaçı tərəflərin birgə nikahdan anadan olan övladları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 11:00-dan 20:00-dək ünsiyyət hüquqları müəyyən edilmişdir.
2. Məhkəmə qətnaməsi ilə görüş hüququ müəyyən edilməsinə baxmayaraq cavabdeh tərəfindən buna mümkün qədər maneələr yaradılır. Bundan başqa xx.xx.2014cü il təvəllüdlü X9 görüşlərdə mütamadi olaraq ağrılarının olduğunu bildirdiyi üçün Bakı Sağlamlıq mərkəzinə müraciət edilmiş,və doktor Toğrul Ömərovun müayinəsi zamanı “Batıq penis” TİP 1 dərəcəsi qoyulmuşdur.
3. Bununla bağlı cavabdehə məlumat verilsə də cavabdeh tərəfindən laqeyd yanaşılmış və övladının müalicə etməyinə heç bir şərait yaradılmamışdır. Uşağın müalicə xərclərini çəkəcəyini bildirdikdə belə əsassız olaraq başqa həkimlərdən yalan rəylər almış və qəti surətdə maneələr yaratmağa davam etmişdir.
İddiaçının tələbi:
4. Cavabdeh X2 hərəkətlərinin qanunsuz hesab edilməsi, birgə nikahdan anadan olmuş, xx.xx.2014-cü il təvəllüdlü X4 müalicə və müayinəsinə maneələr yaratmağın cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdeh xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının barışıq sazişinə etiraz etdiyini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir
İşdə iştirak edən şəxslərin izahatları:
6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bldirmişdir ki, onlar birlikdə “Badam” xəstəxanasına getmişdirlər. Həkim uşağın arıqlamalı olmasını və daha sonra əməliyyat olunub-olunmamasını müəyyən edəcəyini bildirmişdir. O iş üzrə barışıq sazişi irəli sürmüş və məhkəmədən iclasın təxirə salınmasını xahiş etmişdir. Sonuncu iclasda iddiaçı iştirak etməmişdir.
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, o əvvəllər həkim Elbəy Daşdəmirlinin yanına getmişdir. Elbəy həkim ondan hansı həkimlərin yanına getdiyini soruşanda o, Azad Əkbərzadə və Pərvin Hacıyevin adlarını vermişdir. O, isə onların çox yaxşı həkimlər olduğunu bildirmişdir. Həmçinin, həkim uşağın sağlam olduğunu və yetkinlik yaşına çatan zaman, 12-13 yaşlarında yenidən müayinəyə gətirmələrini bildirmişdir. Bundan başqa atası uşağı görüş günlərində idman zalına aparmışdır. Bundan sonra uşağın qarın nahiyyəsində ağrılar yaranmağa başlamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. “Bakı Sağlamlıq mərkəzi” tərəfindən verilmiş məlumata əsasən, xx.xx.2023-cü il tarixində X6 doctor Toğrul Ömərovun müayinəsi zamanı “Batıq penis” TİP 1 dərəcəsi qoyulmuşdur.
9. “Bakı Sağlamlıq mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən, testislər inguinal kanal yerləşimli olub, homogendir, exogenliyi orta, ölçüsü yaşa görə kiçikdir diaqnozu qoyulmuşdur.
10. xx.xx.2023-cü il tarixili ambulator xəstənin tibbi vərəqəsindən çıxarış.
11. “EgeHospital” tərəfindən verilmiş X7 müayinə qeydinə əsasən, xəstədə penisin ventral səthində dəri bir qədər artıq buraxılmış, lakin artıq buraxılan dərinin uşağın iknikşaf dövrünə uyğun olaraq keçəcəyi qeyd edilmişdir. Xəstədə cərrahi müdaxilə ediləcək patologiya qeyd edilməmişdir.
12. AZ-İİİ 385247 №-li doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X4 atası İddiaçı, anası Cavabdehdır.
13. AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ tərəfindən verilmiş KEŞ-66 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasına əsasən, 2014-cü il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. Nihad Piriyevə “Akad. M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası" PHŞ-də aparılmış müvafiq müayinələri zamanı ona "Batıq penis" diaqnozu təyin edilmişdir.
2. Nihad Piriyevdə hal-hazırda mövcud olan “Batıq penis”lə əlaqədar onda obyektiv şikayətlər və funksional pozğunluq qeyd edilmir. Bu baxımdan ona hər hansı müalicə üsulu seçilməmişdir.
14. “Badam” Medical Center tərəfindən verilmiş 09 may 2024-cü il tarixli, 872 nömrəli arayışa əsasən, xx.xx.2014-cü il təvəllüdlü X6 “gömülən cinsiyyət üzvü, piylənmə” diaqnozu qoyulmuşdur.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası: 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
17. İV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
41. İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
16. Uşaq hüquqları haqqında 1989-cu il BMT Konvensiyası:
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
17. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:
8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ. 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
18. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu:
5. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
20. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunu:
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
23. İddiaçı cavabdehlə birgə nikahdan anadan olmuş, xx.xx.2014-cü il təvəllüdlü X6 həkim tərəfindən “Batıq penis” TİP 1 dərəcəsi qoyulması ilə bağlı cavabdeh uşağın müalicə və müayinəsinə maneələr yaratmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, tərəflərin öz iddia tələblərinin hüquqi əsası kimi hansı dəlilləri irəli sürmələrindən asılı olmayaraq məhkəmə müstəqil şəkildə iddia tələbinin düzgün hüquqi əsasını müəyyənləşdirməyə haqlıdır.
25. AR AM-nin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Hər bir uşağın sağlam yaşamaq hüququ mövcuddur.
26. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§16). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§17, §18), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.
27. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın sağlamlığında iddiaçının iddia etdiyi kimi ciddi problemlər mövcud deyildir. Belə ki, AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ tərəfindən verilmiş KEŞ-66 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, 2014-cü il təvəllüdlü X5 hal-hazırda mövcud olan “Batıq penis”lə əlaqədar onda obyektiv şikayətlər və funksional pozğunluq qeyd edilmir. Bu baxımdan ona hər hansı müalicə üsulu seçilməmişdir. (§13) Oxşar rəy iş materiallarına əlavə edilmiş digər həkim rəyləri ilə də öz təsdiqini tapır. (§11, §14)
28. Məhkəmə hesba edir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 “Batıq penis”lə əlaqədar obyektiv şikayətlər və funksional pozğunluq qeyd edilmədiyindən, təcili müalicə, cərrahi müdaxilə tələb edilmədiyindən, o cümlədən, uşağın səhhətində, sağlamlığında problemlərin mövcud olmasını sübut edən başqa hallar məhkəmə araşdırması zamanı aşkarlanmadığından iddia əsaslı deyil və təmin edilməməlidir.
29. Beləliklə, məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin hallarına, tərəflərin izahına, mütəxəsis rəylərinə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
1. İddia rədd edilsin. 2.İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova