Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1182/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdehndən 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 240 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin işçisi X3öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə iddiaçının qızı X4 dəm qazından zəhərlənərək ölmüşdür. Belə ki, Poladxan Quliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhər Qaz İstismar İdarəsi rəisinin 02 noyabr 2009-cu il tarixli 3428-k saylı əmri ilə xx.xx.2009-cu il tarixdən Nəsimi rayon 2 saylı qaz istismar xidmətinin 12-ci dərəcəli rəisi vəzifəsində işləyərkən, vəzifəli şəxs olmaqla işə laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.19-cu bəndinin, “Yaşayış yerlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat”ın 1.8, 3.2-ci bəndlərinin, “Bakı şəhər Baş İstehsalat İdarəsinə tabe olan rayon qaz istismar idarələrinin “X9 rəisinin vəzifə Təlimatı”nın 2.1., 2.11., 2.17., 2.20., 2.24., 4.1-ci bənlərinin tələblərini pozaraq, istismarda olan qaz kəmərlərinin, cihazlarının və qurğuların texniki vəziyyətinə nəzarəti, xidmət işçiləri ilə əhalinin təbii qazla normal və təhlükəsiz təchizatı məsələləri barədə təlimatın keçirilməsini, abonentlərin evlərində olan qaz cihazlarına müəyyən edilmiş qaydada və müddətdə texniki baxış keçirilməsini, bu barədə abonent kitabçasında qeydiyyat aparılmasının təşkil edilməsini, tabeçiliyində olan işçilərin, o cümlədən nəzarətçilərin vaxtaşırı təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırılmasının təşkil edilməsini və nəzarətdə saxlanılmasını, tabeçiliyində olan işçi heyətinin fəaliyyətinin təşkil edilməsini, istiqamətləndirilməsini və rəhbərlik etməsini, texniki təhlükəsizliyə qarşı tədbirlərin yerinə yetirilməsində iştirakını təmin etmədiyinə görə və Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, ev 96, 3 saylı mənzilin hamam otağının, həmçinin axar su qızdırıcı quraşdırıldıqda 7.5 kub m-dən az olmaması, hamam otağında ventilyasiya kanalının və qəfəsinin olması, yaxud hava keçməsi üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 kv.m-dən az olmayan məsafənin olması, hamam otağının tüstü borusunun damın ətraf hissəsindən 0,5 metr hündürdə olması, su qızdırıcı istifadə olunduqda yaranmış yanma məhsulunun normal çəkilməsinin təmin olunması üçün lazımi tədbirlər görməyərək səhlənkarlıq etmiş və nəticədə ehtiyatsızlıqdan Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, ev 96,3 nömrəli mənzildə kirayəşin kimi yaşayan X4 həmin mənzilin hamam otağında çımərkən dəm qazı ilə kəskin zəhərlənərək ölmüşdür. Hadisə nəticəsində həlak olan Aytəkin iddiaçının qızıdır. Qızının ölümünə səbəb olmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhər Nəsimi rayon 2 saylı qaz istismar xidmətinin 12-ci dərəcəli rəisi vəzifəsində işləyən X1 rayon məhkəməsinin 1(006)-378/2010 nömrəli 05 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-877/2010 nömrəli 26 noyabr 2010- cu il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 05 oktyabr 2010-cu il tarixli 1(006)-38/2010 saylı hökmü dəyişdirilərək, Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. Hadisə nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(006)-378/2010 saylı hökmü ilə X3 AR CM-nın 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2010-cu il tarixli, l(103)-877/2010 saylı qərarı ilə Nəsimi rayon Məhkəməsinin X3 haqqındakı 05 oktyabr 2010-cu il tarixli hökmü dəyişdirilməsi, P.Ə.Quliyevə AR CM-nin 314.2-ci maddəsilə təyin edilmiş 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası, .barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 6 ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. İş materillarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-822/2011 saylı, 21 dekabr 2011-ci il tarixli qərarı ilə. Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2011ci il tarixli qərarı X3 barəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin Hökmün surətindən həmçinin görünür ki, X3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətin ÄAzəriqaz» İstehsalat Birliyin Bakı şəhəri qaz istismar idarəsi rəisinin 02 noyabr 2009-cu il tarixli 3428-k saylı əmri ilə xx.xx.2009-cu il tarixdən Nəsimi rayon 2 saylı qaz istismar xidmətinin 12-ci dərəcəli rəisi vəzifəsində işləyərkən, vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək «Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının» 1.19 bəndinin, «Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimatın» 1.8, 3.2 bəndlərinin, «Bakı şəhəri Baş İstehsalat Qaz 'İdarəsinə tabe olan rayon Qaz istismar idarələrinin X9 rəisinin vəzifə təlimatının» 2.1, 2.11, 2.17, 2.20, 2.24, 4.1 bəndlərinin tələblərini pozaraq, istismarda olan qaz kəmərlərinin, cihazlarının və qurğuların texniki vəziyətinə nəzarəti, xidmət işçiləri ilə əhalinin təbii qazla normal və təhlükəsiz təchizatı məsələləri barədə təlimatın keçirilməsini, abonentlərin evlərində olan qaz cihazlarına müəyyən edilmiş qaydada və müddətdə texniki baxış keiçrilməisni, bu barədə abonent kitabçasmda qeydiyyat aparılmasının təşkil edilməsini, tabeçiliyində olan, işçilərin, o cümlədən nəzarətçilərin vaxtaşırı təhlükəsizlik texnikası qaydaları ilə təhmatlandırılmasının təşkil etməsini və nəzarətdə saxlanılmasını, tabeçiliyində olan işçi heyətinin fəaliyyətinin təşkil edilməsinin, istisqamətləndirilməsini və rəhbərlik etməsini, texniki təhlükəsizliyə qarşı tədbirlərin yerinə yetirilməsində iştirakını təmin etmədiyinə görə və Bakı şəhəri Nəsimi rayon, Əlövsət Quliyev küçəsi, ev 96, 3 saylı mənzilin hamam otağının, həmçinin axar su-qızdırıcı quraşdınldıqda 7.5 kub m-dən az olmaması, hamam otağında ventilasiya kanalının və qəfəsinin olamamsını,yaxud hava keçməsi üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 kv.m-dən az olmayan məsafənin olması, hamam otağının tüstü borusunun damın ətraf hissəsindən 0,5 metr hündürdə olması, su qızdırıcı istifadə olunduqda yaranmış yanma məhsulunun normal çəkilməsinin təmin olunması üçün lazımı tədbirlər görməyərək səhlənkarlıq etmiş və nəticədə ehtiyatsızlıqdan 10 aprel 2010-cu il tarixdə saat 08 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi ev 96, 3 №-li mənzildə kirayəşin kimi yaşayan X4 həmin mənzilin hamam otağında çimərkən dəm qazı ilə kəskin zəhərlənərək ölmüş, həmin vaxt hamam otağında olan X6 isə dəm qazı ilə zəhərlənərək ona ikincili ensefalopatiya ilə müşayiət olunmuş, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmuşdur. Göründüyü kimi, Cavabdeh səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının azyaşlı qızı- X2 dəm qazından zəhərlənməsinə görə ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşlarının Cavabdeh fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən yaxınlarının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 50000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 25000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 240 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən mənəvi zərərə görə 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu Cavabdehndən İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1182/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1182/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver