Məhkəmə qərarları › İş №e-2(011)-1209/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1209/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1209/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın ananın himayəsində qalması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın ananın himayəsində qalması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlə 01 may 2007-ci il tarixdə Xətai rayon qeydiyyat şöbəsində 550 №-li qeydi ilə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahlarından 26 iyul 2007-ci il təvəllüdlü Aytac adlı qızları dünyaya gəlmişdir. Onlar evliliklərinin ilk vaxtlarında mehriban yaşasalar da, sonradan cavabdehin xasiyyətində kəskin dəyişikliklər baş vermiş, cavabdeh ona və övladına qarşı laqeyd münasibət göstərmişdir. 2009-cu ildə ailəsini tək qoyaraq Rusiyaya getmişdir. O vaxtdan bəri elə olurdu ki, aylarla yeni işə düzəlmə adı ilə yoxa çıxırdı və hətta onun və qızının telefon zənglərinə belə cavab vermirdi. Bir müddət keçəndən sonra yenidən qayıdırdı və sonradan hər hansı bir bəhanə ilə evdən gedirdi. Lakin bütün bunlara baxmayaraq o, cavabehlə birgə övladı olduğuna görə münasibətləri qaydaya salmaq, ailəni qoruyub saxlamaq üçün 2011-ci ildə qızı ilə birlikdə Rusiyaya getmiş, sonradan cavabdehin biganə münasibəti, övladı və ona qarşı etinasız davranışları səbəbindən geri dönmüşdür. 2014-cü ildə cavabdeh yenidən Bakıya geri dönüb ailəsi ilə yaşamağa başlamış, lakin 1 il sonra yenidən çıxıb getmişdir. Belə ki, o vaxtdan bəri cavabdehlə o, faktiki olaraq birlikdə yaşamamışlar və cavabdeh nə onun, nə övladının ehtiyaclarını ödəmək üçün heç bir şey etməmişdir. Bu vaxtdan sonra aralarında rəsmən nikah olsa da, aralarındakı ər-arvad münasibətləri bitmişdir. Daha sonra isə o, cavabdehin başqa qadınla faktiki olaraq birlikdə yaşadığını, ondan uşaqları olduğunu həmin qadının sosial şəbəkədə göndərdiyi fotoşəkillər, yazdığı mesajlar vasitəsilə öyrənmişdir. Bütün bu əsaslara görə o, hesab edir ki, bundan sonra cavabdehlə ər-arvad kimi yaşamaq və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə, aralarındakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur. Eyni zamanda, birgə yaşamaqlarının qeyri-mümkün olduğu səbəbindən dəfələrlə nikahın pozulmasını cavabdehə təklif etsə də, cavabdeh bu təklifə məhəl qoymamış və qəsdən müxtəlif bəhanələrlə nikahın pozulmasından yayınmışdır. Daha sonra aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün cavabdehə ilk növbədə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və 10 gün ərzində qeyd olunan təklifə cavabdeh tərəfindən münasibət bildirilmədiyi üçün, mediator təyin olunması ilə bağlı Mediasiya Şurasına müraciət edilmişdir. Mediasiya Şurası tərəfindən ailə mübahisəsi üzrə mediator təyin edilmiş və tərəflərə mübahisənin vaxtı və yeri barədə məlumat verilsə də, mübahisənin mediator vasitəsilə həll edilməsi mümkün olmamışdır. Cavabdeh lazımi qaydada məlumatlandırılsa da ilkin mediasiya sessiyasında iştirak etməmişdir, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediator tərəfindən 15.12.2021-ci il tarixli, MŞİH-09629/21 nömrəli arayış təqim edilmiş və tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Bu səbəbdən də, məhkəməyə ərizə ilə müraciət edərək, həmin hüquqdan istifadə etmək qərarına gəlmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə aralarında 01 may 2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 550 №-li qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X1 onun himayəsində qalması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 322558 nömrəli nikah haqqında şəhadətnaməndən görünür ki, Cavabdeh ilə Kərimova (Mirzəyeva) Şəhanə Fayıl qızı 01 may 2007-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahları 550 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 969838 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan olan uşaqları X3 26 iyul 2007-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası isə X2r. Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər.Barışıq olmadıqda və ya onlar (onlardan birinin) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Ailə Məcəllənin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra məhkəmə yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasını, 22.2.2-ci maddəsinə əsasən isə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə 01 may 2007-ci il tarixdə bağladığı nikahın pozulması ilə bağlı məhkəməyə 28.12.2021-ci il tarixdə müraciət etmiş, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən 03.03.2022ci il tarixdə onlara barışmaq üçün 3 ay vaxt verilmiş, lakin barışmaq üçün verilmiş 3 ay ərzində onlar barışmamışlar. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, tərəflər artıq uzun müddətdir ki, birgə yaşamırlar, onların nikahları formal xarakter daşıyır, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün iddia təmin olunmalı və tərəflər arasında 01 may 2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən bağlanmış və 550 №-li akt qeydi ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahdan olan övladları 26 iyul 2007-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılmalı, iddiaçının aliment tələbi olmadığına görə, aliment məsələsi həll edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.2-ci, 20.1-ci, 20.2-ci maddələrinə və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və uşağın ananın himayəsində qalması” tələbinə dair iddiası təmin olunsun. İddiaçı Mirzəyeva (Kərimova) Şəhanə Fayıq qızı ilə Cavabdeh arasında 01 may 2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən bağlanmış və 550 №-li akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahdan olan övladları 26 iyul 2007-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar