Məhkəmə qərarları › İş №e-2(011)-123/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-123/2025

19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-123/2025 19.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 törətdiyi yol-nəqliiyat hadisəsi nəticəsində "xxxx" MMC-yə vurduğu “ Fiat Doblo ” markalı, şassi № ZFA26300006Y10383, mühərrik 2951328, km göstəricisi 0 olan avtomobilə görə 13004,78 ( on üç min dörd manat yetmiş səkkiz qəpik ) manat ziyan və əldən çıxmış fayda 7565 ( yeddi min beş yüz altmış beş ) manat; “ Fiat Doblo ” markalı, şassi № ZFA26300006Y09391, mühərrik 2952686, km göstəricisi 0 olan avtomobilə görə 1741,68 (bir min yeddi yüz qırx bir manat altmış səkkiz qəpik ) manat ziyan və əldən çıxmış fayda 7460 ( yeddi min dörd yüz altmış ) manat; “ Fiat Doblo ” markalı, şassi № ZFA26300006Y10312, mühərrik 2952697, km göstəricisi 0 olan avtomobilə görə 6729,54 ( altımin yeddi yüz iyirmi doqquz manat əlli dörd qəpik ) manat ziyan və 7565 ( yeddimin beş yüz altmış beş ) manat - ümumilikdə - avtomobillərə dəymiş zərər və əldən çıxmış fayda ilə birlikdə - 44066 ( qırx dörd min altmış altı ) manat məbləğin, dövlət rüsumu olaraq ödənilmiş 223 ( iki yüz iyirmi üç ) manat məbləğin və hüquqi yardıma görə vəkilə ödənilmiş 220 ( iki yüz iyirmi ) manat məbləğin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı olaraq bildiririk ki, Cavabdeh, 04 noyabr 2023-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 216 ( 36 “ E ” ) ünvanda yol-nəqliyyat hadisəsi törədərək, İddiaçı MMC-yə məxsus olan yolun kənarındakı səkidə dayanmış 3 ədəd təzə “ Fiat Doblo ” markalı avtomobillərə idarə etdiyi avtomobillə çırpılaraq həmin avtomobillərə və müəssisəyə külli miqdarda ziyan vurmuşdur. Yol-nəqliyyat hadisəsinin Cavabdeh Haydar oğlu tərəfindən törədilməsi “ Yol hərəkəti qaydaları,Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarıəleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında ” xx.xx.2023-cü il tarixli Qərarla ( TP ******* ) tam təsdiq olunur ( Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-cimaddələri ). Həmin avtomobillərə dair ilkin qüsur aktları tərtib edilmişdir. “ Fiat Doblo ” markalı, şassi № ZFA26300006Y10383, mühərrik 2951328, km göstəricisi 0 olan avtomobilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “ Avtomobilin ilkin qüsur aktı”na əsasən 13004,78 ( on üç min dörd manat yetmiş səkkiz qəpik ) manat ziyan dəydiyi müəyyən edilmişdir ( istifadə olunacaq ehtiyat hissələri – 7271,00 manat; avtomobildə görüləcək işlər – 3750,00 manar; ƏDV 18% - 1983,78 manat,cəmi 13004,78 manat ). “ Fiat Doblo ” markalı, şassi № ZFA26300006Y09391, mühərrik 2952686, km göstəricisi 0 olan avtomobilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “ Avtomobilin ilkin qüsur aktı”na əsasən 1741,68 (bir min yeddi yüz qırx bir manat altmış səkkiz qəpik ) manat ziyan dəydiyi müəyyən edilmişdir ( istifadə olunacaq ehtiyat hissələri – 956,00 manat; avtomobildə görüləcək işlər – 520,00 manar; ƏDV 18% - 265,68 manat,cəmi 1741,68 manat ). “ Fiat Doblo ” markalı, şassi № ZFA26300006Y10312, mühərrik 2952697, km göstəricisi 0 olan avtomobilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “ Avtomobilin ilkin qüsur aktı”na əsasən 6729,54 ( altı min yeddi yüz iyirrmi doqquz manat əlli dörd qəpik ) manat ziyan dəydiyi müəyyən edilmişdir ( istifadə olunacaq ehtiyat hissələri – 4153,00 manat; avtomobildə görüləcək işlər – 1550,00 manar; ƏDV 18% - 1026,54 manat,cəmi 6729,54 manat ). Bundan əlavə müəssissə həmin avtomobillərin satışından əldə edəcəyi gəlirlərini itirmişdir ( əldən çıxmış fayda ). Şassi № ZFA26300006Y10383 olan “ Fiat Doblo ” avtomobilindən əldə ediləcək gəlir - 7565 manat, şassi № ZFA26300006Y10312 olan “ Fiat Doblo ” avtomobilindən əldə ediləccək gəlir -7460 manat, şassi № ZFA26300006Y09391 olan “ Fiat Doblo ” avtomobilindən əldə ediləcək gəlir – 7565 manat, cəmi – 22590 manat gəlir itirilmişdir. Cavabdeh oğlnun törətdiyi yol-nəqliiyat hadisəsi nəticəsində "xxxx" MMC-yə ümumilikdə - avtomobillərə dəymiş zərər və əldən çıxmış fayda ilə birlikdə - 44066 ( qırx dörd min altmış altı ) manat ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi Cavabdeh təqsirli hərəkəti üzündən baş vermişdir. Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə vurduğu zərər və əldən çıxmış fayda ilə bağlı Cavabdeh 06 yanvar 2024cü il tarixdə poçt vasitəsilə Pretenziya ( xəbərdarlıq ) göndərilmiş və ona dəymiş zərəri və əldən çıxmış faydanı 5 gün ərzində ödəməsi təklif olunmuşdur. Pretenziya ( xəbərdarlıq ) 29 yanvar 2024-cü il tarixdə cavabdeh X2 təqdim edilmişdir. Uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən vurduğu zərər və əldən çıxmış faydanın ödənilməsi üçün bu günə qədər hər hansı bir hərəkət edilməmişdir. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu ( delikt ) törədilmişdir, məhkəmə cavabdeh X1 törətdiyi yol-nəqliiyat hadisəsi nəticəsində "xxxx" MMC-yə vurduğu ümumilikdə - avtomobillərə dəymiş zərər və əldən çıxmış fayda ilə birlikdə - 44066 ( qırx dörd min altmış altı ) manatın, dövlət rüsumu olaraq ödənilmiş 223 manat məbləğin və hüquqi yardıma görə vəkilə ödənilmiş 220 manat məbləğin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul etməlidir. Həmin nəqliyyat vasitələri hazırda iddiaçının mülkiyyətində deyil, çünki onları təmir etdirərək satıblar, nəqliyyat vasitələrinin gətirilməsi ilə bağlı gömrük sənədləri, o cümlədən alqı-satqı müqaviləsi təqdim edilib. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, maşın onda olanda qəza olub, qəzada təqsiri olub, lakin sığorta ödənişi həyata keçirilməyib, iddiaçı sığorta şirkətindən tələb etməli idi, sığorta ödənişi həyata keçirildikdən sonra yerdə qalan məbləği hissə-hissə ödəyə bilər. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin Nəqliyyat vasitəsinin Uçot kartoçkalarından görünür ki, “Fiat Doblo yük” markalı ZFA25300006Y10383 Ban nömrəli, “Fiat Doblo yük” markalı ZFA26300006Y09391 Ban nömrəli və “Fiat Doblo yük” markalı ZFA26300006Y10312 Ban nömrəli nəqliyyat vasitələrinin sahibi İddiaçı MMC-dir. İş materiallarından görünür ki, Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP6090774 saylı inzibati xəta haqqında Qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan (pretenziya) görünür ki, nəqliyyat vasitələrinə dəymiş zərər və əldən çıxmış fayda olmaqla ümumilikdə, 44066 manat məbləğində zərərin ödənilməsi barədə xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, əks halda dəymiş maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 721 saylı qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 6 saylı Vəkil Bürosuna 220 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 223 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 9/3053 nömrəli Rəydən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı "Fiat Doblo" markalı şassi № ZFA26300006Y10383, mühərrik ******* olan avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 9571,00 manat müəyyən edilir. O cümlədən:Dəyişilməli hissələrin qiyməti - 7271,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 2300,00 manat.Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9280,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 6980,0 manat;Təmirbərpa işlərinin qiyməti - 2300,0 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı "Fiat Doblo" markalı şassi No ZFA26300006Y09391, mühərrik ******* olan avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1406,00 manat müəyyən edilir. O cümlədən:Dəyişilməli hissələrin qiyməti - 956,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 450,00 manat.Avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1367,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 917,0 manat; Təmir-bərpa işlərinin qiyməti 4500 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı "Fiat Doblo" markalı şassi № ZFA26300006Y10312, mühərrik ******* olan avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 5303,00 manat müəyyən edilir. O cümlədən:Dəyişilməli hissələrin qiyməti - 4153,00 manat; Təmir-bərpa işlərinin qiyməti 1150,00 manat.Avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5136,0 manat müəyyən edilir. O cümlədən:Dəyişilməli hissələrin qiyməti - 3986,0 manat; Təmir-bərpa işlərinin qiyməti - 1150,0 manat müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli müqavilədən görünür ki, 2022-ci il buraxılışlı "Fiat Doblo" markalı şassi/ban № ZFA26300006Y10383 nəqliyyat vasitəsi 36500 manat qiymətə satılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh, 04 noyabr 2023-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 216 ( 36 “ E ” ) ünvanda yol-nəqliyyat hadisəsi törədərək İddiaçı MMC-yə məxsus olan “Fiat Doblo yük” markalı ZFA25300006Y10383 Ban nömrəli, “Fiat Doblo yük” markalı ZFA26300006Y09391 Ban nömrəli və “Fiat Doblo yük” markalı ZFA26300006Y10312 Ban nömrəli nəqliyyat vasitələrinə ziyan vurmuşdur və Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP6090774 saylı inzibati xəta haqqında Qərarı tərtib olunmuşur, həmin qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh təqsiri nəticəsində baş vermiş qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində avtomaşına zərər vurduğunu qəbul edir, lakin maşına dəyən zərərin düzgün müəyyən edilmədiyini qeyd edir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, dəymiş maddi ziyanın məbləğini müəyyən edərkən xx.xx.2024-cü il tarixli, 9/3053 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 2022-ci il buraxılışlı "Fiat Doblo" markalı şassi № ZFA26300006Y10383, mühərrik ******* olan avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9280,0 manat, 2022-ci il buraxılışlı "Fiat Doblo" markalı şassi № ZFA26300006Y09391, mühərrik ******* olan avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən köhnəlmə faizi tətbiq edilməklə təxminən 1367,0 manat, 2022-ci il buraxılışlı "Fiat Doblo" markalı şassi № ZFA26300006Y10312, mühərrik ******* olan avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən köhnəlmə faizi tətbiq edilməklə təxminən 5136,0 manat həddində müəyyən edilməlidir. Məhkəmə “əldən çıxmış fayda məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı, cavabdehin əməli nəticəsində əldə edəcəyi gəlirdən məhrum edilməsinə əsaslansa da, hər hansı gəlirlərdən məhrum olmasına dair mötəbər sübutlar təqdim etməmişdir, əksinə iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin nəqliyyat vasitələrinin təmir edilərək satıldığını bildirmişdir, bundan başqa xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, 2022-ci il buraxılışlı "Fiat Doblo" markalı şassi/ban № ZFA26300006Y10383 nəqliyyat vasitəsi 36500 manat qiymətə satılmışdır ki, bu da iddiaçının əldə çıxmış fayda qismində hər hansı zərərə uğramadığını göstərir. Belə olan halda iddia tələbi həmin hissədə də əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “vəkilə ödənilmiş 220 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 220 manat pul məbləğini ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi qismində 15783 manat, hüquqi xidmətə görə 220 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri cavabdehə aid edilməli, idida tələbinin təmin edilən hissəsi (15783 manat) nəzəər alınmaqla, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137,35 manat alınaraq iddiaçıya, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi qismində 15783 manat, hüquqi xidmətə görə 220 manat, ümumilikdə 16003 (on altı min üç) manat və dövlət rüsumunun əvəzi qismində 137 (yüz otuz yeddi) manat 35 (otuz beş) qəpik pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar