Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-132/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.503,40 manat məbləğində verilmiş sığorta ödənişinin və 45.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 02 iyun 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə sığortalanmış X2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil ünvan 2 ünvanında yerləşən mənzildən su axıdılması nəticəsində zərərə məruz qalmışdır. Xətai rayonu 96 saylı MKİS-in tərtib etdiyi akta əsasən, Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildən su axıdılmış və nəticədə 69, 67 və 65 saylı mənzillər zərərə məruz qalmışdır. Zərərçəkənin əmlakının zədələnməsi ilə bağlı 2.503,40 manat məbləğində sığorta ödənişi verilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Cavabdehin nümayəndəsi və vəkili mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili iddia tələbini qismən qəbul edərək ekspert rəyində müəyyən edilmiş məbləğdə dəymiş ziyanın həcminin tutulmasına etiraz etmədiyini bildirmişdir. İşin faktiki halları: İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 məxsus olmaqla "xxxx" ASC tərəfindən əmlakın yanğın və digər əlavə risklərdən sığortası haqqında şəhadətnamə əsasında sığortalanmışdır. ünvan 2 ünvanında yerləşən mənzil isə Cavabdeh məxsusdur. Cavabdehə məxsus mənzildən Ş.Alıyevə məxsus 67 saylı mənzilə su axıdılması nəticəsində sonuncu mənzilə maddi ziyan dəymişdir. 67 saylı mənzilə vurulmuş ziyana görə "xxxx"ASC tərəfindən Ş.Alıyevə 2.503,40 manat sığorta ödənişi edilmişdir. İddiaçı hazırda subroqasiya qaydasında həmin məbləğin cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin vəkili iddia tələbinə etiraz mövqeyində olmuş, məhkəməyə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, 07 dekabr 2022-ci il tarixdə sözügedən yaşayış evinin 4-cü mərtəbəsində yerləşən 71 saylı mənzilindən altdakı 3-cü mərtəbədəki 69 saylı mənzilə axıdılmış su, divar boyu süzülərək 67 saylı mənzilinə də zərər vurmuşdur. Sözügedən 69 saylı mənzilin mülkiyyətçisi X1 yaşayış sahəsinə dəymiş ziyana görə ona "xxxx" ASC tərəfindən 1.066 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında cavabdehdən qarşılıqlı razılaşma əsasında alınıb. Suyun axıdılması 3-cü mərtəbədə yerləşən 69 saylı mənzilə daha çox zərər vura bilərdi və həmin mənzilə dəymiş zərərin 1.066 manat miqdarındakı məbləği subyektiv mülahizə ilə deyil, qiymətləndirilməyə dair uyğun hesabatla müəyyən edildiyindən dəymiş zərərə adekvatdır. Lakin 2-ci mərtəbədə yerləşən 67 saylı mübahisə obyekti olan mənzilə, ondan üst qatdakı mənzildən daha çox ziyan dəyməsi və həmin ziyanın nəticələrinin aradan qaldırılması üçün 2 dəfədən çox, yəni 2.503,40 manat məbləğin tələb edilməsi işin həqiqi hallarına tamamilə ziddir və hər hansı sübut növü ilə təsdiqlənmir. Məhkəmə ünvan 1 ünvanında yerləşən mənzilə vurulmuş zərərin həcmini müəyyən etmək məqsədilə iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 11 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 67 saylı mənzilin mətbəx və dəhliz tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 92 saylı evin 2-ci mərtəbəsində yerləşən 67 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 67 saylı mənzildən su axıdıldığı və nəticədə 71 saylı (texniki olaraq yanlış qeyd edilmişdir) mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 71 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından 67 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 67 saylı mənzilə su sızması 71 saylı mənzilin sukanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 92 saylı evin 2-ci mərtəbəsində yerləşən 67 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyun dəyəri təqribən 1.161 manat məbləğində müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehə məxsus 71 saylı mənzildən su axıdılması nəticəsində Ş.Alıyevə məxsus və "xxxx" ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmış 67 saylı mənzilə zərər dəymişdir. Cavabdehin vəkili etiraz ərizəsində müdafiə etdiyi şəxsin mənzilindən suyun axıdılmasını etiraf etmiş, lakin vurulmuş ziyanın tələb edilən həcmdə olmadığını bildirmiş və həmin hissədə iddiaya etiraz etmişdir. Məhkəmə də vurulmuş ziyanın həcmini araşdırmaq məqsədilə iş üzrə ekspertiza təyin etmişdir. Aparılmış ekspert tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, 67 saylı mənzilə 71 saylı mənzildən su axıdılmış, nəticədə 71 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulmuş, X2 məxsus 67 saylı mənzilə suyun axıdılması nəticəsində dəymiş zərərin məbləği 1.161 manat təşkil etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, sığorta hadisəsi baş verərkən Cavabdeh təqsiri müəyyən edildiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə vurulmuş zərərin həcminə münasibətdə isə təqdim edilmiş ekspert rəyini sübut qismində qəbul edərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1.161 manat sığorta ödənişi tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1.161 manat məbləğində sığorta ödənişi tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyəyn edilmişdir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 45 manat dövlət rüsumunun 20.70 manatı Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan 24.30 manatı iddiaçının özünə aid edilməlidir. Ekspert tədqiqatının dəyəri olan 100 manatın 54 manatı iddiaçı "xxxx" ASC-dən, 46 manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1.161 (bir min yüz altmış bir) manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 20.70 (iyirmi manat yetmiş qəpik) manatı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 24.30 (iyirmi dörd manat otuz qəpik) manatı iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspert tədqiqatının dəyəri olan 100 manatın 54 (əlli dörd) manatı iddiaçı "xxxx" ASC-dən, 46 (qırx altı) manatı Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-132/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-132/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver