Məhkəmə qərarları › İş №e-2(011)-1326/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1326/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1326/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “baş vermiş sığorta hadisəsi ilə bağlı öhdəliklərin icra edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “baş vermiş sığorta hadisəsi ilə bağlı öhdəliklərin icra edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında imzalanmış MLİ-BR-Bİ-0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 12.06.2007-ci il tarixli 0706-1473/13733 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan X6 arasında ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilin əldə edilməsi üçün müqavilə imzalanmışdır. Mənzilin satış qiyməti 51000 manat, kreditin məbləği 22000 manat məbləğində, kreditin müddəti isə 25 il müəyyən edilmişdir. Daha sonra sığortalı X2 sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında müqavilə imzalanaraq MLl-BR-Bİ-0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsi təqdim edilmişdir. Həyat yoldaşı borcalan 18.01.1972-ci il təvəllüdlü X6 25.04.2021-ci il tarixində vəfat etmiş və 19.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o, miras əmlakdan tam hissədə pay almışdır. "xxxx" ASC ilə borcalan X6 arasında bağlanmış 11.06.2007-ci il tarixli kredit müqaviləsinə əsasən borcun məbləği 14286,62 manat, faiz borcu 550,21 manat, cəmi 14836,83 manat təşkil edir. Sığorta ödənişinin həyata keçirilməsi üçün Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət etmiş, sığorta şirkəti 15.07.2021-ci il tarixdə E.Həsənovun sığorta müqaviləsi bağlayarkən hər hansı xəstəlikdən əziyyət çəkmədiyini bəyan etməsi, ölümə səbəb olan xəstəliyin başlanma tarixi sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə təsadüf etdiyindən sığorta ödənişin həyata keçirilməsindən, müqavilə üzrə öhdəliklərinin icrasından imtina etmişdir. Hesab edir ki, imtina əsassız olduğundan iddia ərizəsi təmin edilməli, müqavilə üzrə yaranmış öhdəliklər Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən tam icra edilməlidir. Belə ki, MLİ-BR-Bİ- 0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsində E.Həsənov əlil və ya anadangəlmə anomaliyaya malik bir şəxs olmaması, ağıldan kəm, epilepsiya və digər ağır sinir pozğunluğundan, şəkərli diabet, onkoloji və ya xroniki ürək damar xəstəliklərindən, əsəb psixi xəstəliklər, alkoqolizm və ya narkomaniyadan əziyyət çəkməməsini və İÇV rfeksiyasrın daşıyıcısı olmadığı və QİÇS-ə yoluxmadığını bəyan etmişdir. Cavabdeh Sığorta Şirkəti ASC iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində qeyd olunan hallar yalnış məlumata əsaslanaraq, heç bir hüquqi əsası yoxdur. İddia tələbini qəbul etmir və etirazını əsaslandırılmış sübutlara istinad etməklə, iddiaçının tələbinin rədd edilməsinin motivlərini məhkəmənin diqqətinə çatdırır. Cavabdeh Sığorta Şirkəti ASC ilə X6 arasında MLİ-BR-Bİ-0000046 saylı Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi bağlanmışdır. 02.05.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədə sığorta olunanın 25.04.2021-ci il tarixində “kəskin və ya yarımkəskin qaraciyər çatmamazlıı xəstəliyi səbəbi ilə vəfat etdiyi göstərilmişdir. Eyni zamanda, DİN-in 2 №-li Poliklinikası tərəfindən tərtib edilmiş epikrizdə E.Həsənovun 20.10.2004-cü ildə virus hepatit A, 14.03.2005, 29.12.2005 və 27.03.2007-ci illərdə virus hepatit B ilə X5, 23.08.2006, 09.02.2009 və 21.10.2009-cu il tarixlərdə isə AR Diaqnostika Mərkəzində müayinə və müalicədə olduğu qeyd edilmişdir. 25.01.2010, 01.03.2012, 24.01.2013, 06.02.2015, 06.05.2015, 04.03.2016, 10.03.2016, 10.03.2017, 15.02.2019 və 06.03.2019-cu il tarixlərdə DİN-in 2 №-li Poliklinikasında müayinə və müalicədə olduğu, aparılmış müalicənin heç bir əhəmiyyəti olmadığı və 25.04.2021-ci il tarixində “kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığı” xəstəliyi səbəbi ilə vəfat etdiyi bildirilmişdir. Göründüyü kimi, ölümə səbəb olan xəstəliyin başlanma tarixi 29.02.2016-cı il tarixli, MLİ-BR-Bİ-0000046 saylı sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanmamışdan əvvəl) təsadüf edir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”-nın 2.0.11-ci bəndinə əsasən sığorta hadisəsi - sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və y a sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edir. Həmçinin, sığortalı (sığorta olunar) 29.02.2016-cı il tarixdə sığorta müqaviləsini bağlayarkən ərizədə (bəyannamə) yanlış və natamam məlumatların təqdim olunması və həmçinin məlumatları təqdim etməkdən imtina baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qeyd etmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, sığorta olunan natamam məlumatlar təqdim etməklə sığorta ödənişinin həyata keçirilməsinə imtina üçür əsas yaratmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 911.2-ci maddəsinə əsasən Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Mülki Məcəllənin 935.1.6-cı və Qaydaların 18.1.3-cü maddəsinə əsasən sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan hallara dair heç bir sübut və ya sənəd təqdim edilməmiş və əksinə təqdim edilmiş sənədlərdə əks olunan hallar sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq Cavabdeh Sığorta Şirkəti ASC-nin mövqeyini tamamilə təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsini, sığorta qanunvericiliyini və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nı rəhbər tutaraq Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığını məhkəmənin diqqətinə çatdırır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdırıb, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC ilə X6 arasında bağlanmış 29.02.2016 il tarixli, MLİ-BR-Bİ-0000046 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, X3 həyatı "xxxx" ASC ilə aralarında bağlanmış 12.06.2007-ci il tarixdə 300 ay müddətinə 22000 manat pulun verilməsi barədə alqı-satqı və ipoteka miiqaviləsi üzrə 29.02.2016-cı il tarixdən 01.06.2032-ci il tarixədək sığortalanmışdır. Sığortalının ipoteka krediti müqaviləsi üzrə kredit məbləği 18131,07 manat təşkil edir. Sığorta müqaviləsinin şərtlərinə əsasən sığortalının müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı bir səbəbdən ölümü halında sığorta ödənişi sığorta məbləğinin 100%-ni təşkil edir. X6 şəhadətnamə imzalanan anda əlil və ya anadangəlmə anomaliyaya malik olmadığını, şəkərli diabet, onkoloji və və/yaxud xroniki ürək-damar və sair xəstəliklərinin olmadığını bildirərək şəhadətnaməni imzalamışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 178746 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25.04.2021-ci il tarixində kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığından vəfat etmişdir. İş materiallarında olan 19.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25,04.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi XOCALİ, ünvanında qeydiyyatda . olan İddiaçıdır və o miras əmlakdan tam.hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlaka “Bank Respublika" ASC-nin Neftçilər filialında AZ74RRES******************** saylı kart hesabında 25034.58 Avro, AZ32BREŞ******************** saylı kart hesabında 1.74 manat, “Bank Respublika" ASC-nin MXD-də A281BRESQ038Q1944Ö********** saylı cari hesabında 15.18 manat və PAŞA Bank ASC ''PortBaku’’ şöbəsi tərəfindən, verilmiş 14.06.2021-ci il tarixli arayışa əsasən 1066 manat pul vəsaitindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin 2 saylı Poliklinikası tərəfindən verilmiş epikrizdən görünür ki, X6 20.10.2004-cü ildə virus hepatit A, 14.03.2005, 29.12.2005 və 27.03.2007-ci il tarixlərdə virus hepatit B ilə X5, 23.08.2006, 09.02.2009 və 21.10.2009-cu il tarixlərdə AR Diaqnostika Mərkəzində müayinə və müalicə almışdır. 25.01.2010, 01.03.2012, 24.01.2013, 06.02.2015, 06.05.2015, 04.03.2016, 10.03.2016, 10.03.2017, 15.02.2019 və 06.03.2019-cu il tarixlərdə DİN-in 2 №-li Poliklinikasında müayinə və müalicə olunmuş, müalicənin heç bir əhəmiyyəti olmamış və 25.04.2021-ci il tarixində kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığından vəfat etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 22.12.2021-ci il tarixli arayışından görünür ki, borcalan X3 11.06.2007-ci il tarixli 0706-1473/13733 saylı kredit müqaviləsi üzrə 22.12.2021-ci il tarixinə olan əsas borcunun məbləği 14286,62 manat, faiz borcu 550.21 manat, cəmi borcu isə 14836.83 manat təşkil edir. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 15.07.2021-ci il tarixli məktubdan görünür ki, bankın 14 06 2021 il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki. 02.05.2021 il tarixli ölüm haqqında şəhadətnamədə sığorta olunanın 25.04.202! il tarixində kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığt xəstəliyi səbəbi ilə vəfat eldiyi göstərilmişdir. Eyni zamanda. DİN-in 2 №-li Poliklinikası tərəfindən təqdim edilmiş Epikrizdə E.Həsənovun 20.10.2004 ildə virus hepatit A, 14,03.2005. 29.12.2005 və 27.03.2007 illərdə virus hepatit B ilə X5. 23.08.2006, 09.02.2009, 21.10.2009 tarixlərində isə AR Diaqnostika Mərkəzində müayinə və müalicədə olduğu qeyd edilmişdir. 01.03.2012, 24.01.2013, 06.02.2015, 06.05.2015, 04.03.2010. İQ.03.2016. 10.03,2017, 15.02.2019, 06.03.2019-cu illərdə DİN-in 2 №-li Poliklinikasında müayinə və mİlalicədə oldğu, aparılmış müəlicənin heç bir əhəmiyyəti olmadığı və 25.04.2021 il tarixində hskin və ycı yan m kəskin qaraciyər çatmamazlığt xəstəliyi səbəbi ilə vəfat etdiyi bildirilmişdir. Lakin, sığortalı (sığorta olunan) 29.02.2016 il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsini bağlayarkən hər hansı xəstəlikdən əziyyət çəkmədiyini və ərizədə (bəyannamə) qeyd olunanlarla razı olduğunu və burada olan məlumatların doğruluğunu təsdiq etmiş, sığortalı, ərizədə (bəyannamə) tibbi müayinədən keçmədiyinə görə və ya yanlış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyala keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Həmçinin, ölümə səbəb olan xəstəliyin başlanma tarixi 29.02.2016 il tarixli, MLİ-BR-Bİ-0000046 saylı sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanmamışdan əvvəl) təsadüf edir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 2.0.11-ci maddəsinə əsasən sığorta hadisəsi - sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 935.1,8-ci maddəsinə əsasən "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd olunanlara əsasan, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nı rəhbər tutaraq baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından, şığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Hərbi Hospitalı tərəfindən təqdim olunmuş DSX-nin sabiq hərbi qulluqçusu baş gizir X1 adına tərtib olunmuş 2016-cı il 699 nömrəli xəstəlik tarixinin, 2017-ci il 4008 nömrəli ambulator vərəqənin və 2017-ci il 1693 nömrəli xəstəlik şəhadətnaməsinin təsdiq olunmuş surətlərindən görünür ki, X4 18.03.2015-ci il tarixdən 12.04ə2015-ci il tarixinədək intensiv terapiya şöbəsində “Pulmonar emboliya. Sol tərəfli DVT” əsas, “X15” yanaşı və “Tənəffüs çatışmazlığı” yanaşı diaqnozları üzrə müalicədə olmuşdur. X15, xroniki gedişli və teztez kəskinləşmələrlə, aktivliyi üçüncü dərəcəli, poliartrit, nefrit. Ağciyər arteriyasının trombozundan sonrakı vəziyyət (2015-ci il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2 və 386.1-ci maddələrinin birgə mənalarına görə mülki hüquq subyektləri sərbəst iradələrinə uyğun olaraq bağladıqları müqavilə ilə özləri üçün mülki hüquq və vəzifələr yaradır, bununla da onların arasında öhdəlik-hüquq münasibətləri əmələ gəlmiş olur. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış sığorta müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 885.1-ci maddəsinə görə sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. 885.2-ci maddəsinə görə həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir. 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 917.2-ci maddəsinə əsasən sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə görə, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 935.2-ci maddəsinə əsasən bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın: 2.0.19-cu bəndinə əsasən qalıq borc məbləği – kredit müqaviləsi üzrə borc alanın sığorta hadisəsinin baş verdiyi tarixdən sonra ödəniş qrafikinə uyğun olaraq ödəməli olduğu məbləğ. Bu məbləğə sığorta hadisəsinin baş verdiyi tarixədək ödənilməli olan borc məbləği daxil edilmir. 4.3-cü bəndinə əsasən sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır: 4.3.1. 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; 4.3.2. İ və İİ qrup əlillər; 4.3.3. narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; 4.3.4. Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr. 4.4-cü bəndinə əsasən sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir: 4.4.1. sığorta olunanın ölməsi; 4.4.2. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması. 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 6.7-ci bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər. 9.3.2-ci bəndinə əsasən sığortalının sığortalanma haqqında ərizədə qoyulan suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsi sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edildikdə, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən beş ildən çox müddət keçməmişdirsə, sığortaçının həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək hüququ vardır. 16.1.1-ci bəndinə əsasən sığorta müqaviləsində bu Qaydaların 13.6.1-ci yarımbəndinə uyğun olaraq sabit sığorta məbləğinin müəyyən edildiyi halda sığorta ödənişi 16.3-cü bəndi nəzərə alınmaqla, sığorta olunan öldükdə sığorta məbləğinin 100 faizi həyata keçirilir. 18.2-ci bəndinə görə isə bu Qaydaların 18.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Beləliklə, məhkəmə işin araşdırılmış hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, sığortalı X6 tərəfindən sığorta müqaviləsi bağlanarkən sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qəsdən özünə məlum olan xəstəliklərinin olması barədə məlumat verilməməsi halı müəyyən olunmamışdır. Həmçinin, həyat sığortasına dair qanunvericiliyin tələbinə əsasən, sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməməsi təsbit edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişinin ödənilməsindən imtina etməsi qanunun tələblərinə ziddir. Bu baxımdan da, məhkəmə hesab edir ki, iddia əsaslı və qanuni olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sığortalı X6 ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında imzalanmış 29.02.2016 il tarixli, MLİ-BR-Bİ-0000046 saylı ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişin həyata keçirilməsi öhdəliyi Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulsun. Cavabdeh Sığorta Şirkəti ASC-dən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar