Məhkəmə qərarları › İş №e-2(011)-1332/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1332/2023

18.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1332/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X24, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X25 iştirakları ilə Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi barədə” iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin edilməsinin cavabdeh Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı4 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı2 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı1 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, İddiaçı5 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı6 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı3 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xitam verilməsi və son haqqhesabın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçılar "xxxx" QSC-nin X5 Uşaq Poliklinikasında müxtəlif vəzifələr tutmaqla tibbi xidmət göstərmişdirlər, xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında Cəmiyyətin təsisçiliyi ilə "X21" MMC yaradılmışdır, uşaq Poliklinikası və Əhmədli tibbi - sanitar hissə də eyni adla yeni yaradılan MMC-nin tərkibində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikasının 1996-ci il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət müəsissəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında əsasnaməyə" uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı olan Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X21" MMC yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikası adından həmin komitə olmaqla "X72" ASC 2018-ci ilin 22 may tarixində dövlət qeydiyyatından keçmişdir, dövlətə aid olan müvafiq müəssisə üzrə tabeçilik dəyişilmiş, qüvvədə olan qanunvericiliyə əsasən bu proses dövlətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmişdir, bununla da, yeni təsis olunan ASC-nin Cəmiyyətə heç bir hüquqi münasibəti qalmamışdır, Cəmiyyət tərəfindən 2018-ci il 12 iyun tarixli 139 nömrəli əmr verilmiş və aidiyyəti strukturlara "X21" MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması tapşırılmış, həmçinin əmək müqaviləsini Cəmiyyətlə bağlayan müvafiq rəhbər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Cəmiyyət strukturuna daxil olan qurumlar üzrə əmək haqqının verilməsi ilə bağlı müvafiq tədbirlər görə və zəruri köməklik göstərə bilər. Eyni zamanda qeyd edilmişdir ki, hazırda Cəmiyyətin işçilərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar olaraq "X72" ASC ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC arasında müvafiq müqavilə bağlanmışdır. "X72" ASC-nin nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, "X72" ASC Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq "xxxx" QSC-nin tabeliyində olan "X21" MMC-nin "X72" ASC-yə çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X63 qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən 01 iyun 2018–ci il tarixdə verilmiş çıxarışdan görünür ki, “X72” ASC xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 1 Dövlət Komitəsinin 16 yanvar 2018–ci il tarixli 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan “X21” MMC “X72” ASC-yə çevrilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018–ci il tarixli 12 nömrəli sərəncamına əlavəyə əsasən “X21” MMC–nin balansından çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısında Uşaq Poliklinikası və Əhmədli Tibbi–sanitar hissə də qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X21” MMC–nin Cəmiyyətin strukturundan çıxması haqqında "xxxx" QSC-nin 12 iyun 2018–ci il tarixli 139 nömrəli əmri ilə “X21” MMC-nin yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X72” ASC-nin təşkil edildiyi və təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X72” ASC-yə çevrildiyi, həmin ASC–nin 2018-ci il 22 may tarixində dövlət qeydiyyatından keçdiyi və bununla da “X21” MMC–nin Cəmiyyətin strukturundan çıxdığının nəzarə alınması, “X21” MMC-nin “X72” ASC-yə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC–nin aidiyyəti işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi, Cəmiyyətin işçiləri tibbi sığorta ilə təmin olunanadək onlara müvafiq tibbi xidmətlərin göstərilməsi məqsədilə “X72” ASC ilə müqavilə bağlanılması məsələsinə baxılması əmr edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən AR ƏƏSMN yanında DƏMX tərəfindən verilmiş 18 mart 2020–ci il tarixli, **********0 saylı cavab məktubuna əlavədən görünür ki, işçilər İddiaçı1, X64, X22, İddiaçı3, X26, X55, X33, X65, İddiaçı6, X56, X6, X15, İddiaçı5, X34, İddiaçı2, X46, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, X7, X9, X35, X36, X37, X51, İddiaçı4, X41 və X47 işəgötürən “X72” ASC ilə əmək müqavilələri bağlamışlar və həmin müqavilələr hazırki vaxtadək qüvvədədirlər, X27 xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə, X28 isə xx.xx.2017–ci il tarixdə “X21” MMC ilə əmək müqaviləsi bağlamış va həmin müqavilələr də hazırki vaxtadək qüvvədədirlər, “X21” MMC yaradıldıqdan sonra X68 Komitəsinin idarəetməsinə verilmiş və Komitənin müvafiq sərəncamına əsasən, “X21” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından X68 Komitəsi olmaqla “X72” ASC-yə çevrilməmişdən əvvəl Mərkəzi Dənizçilər "xxxx" QSC-nin balansında olmuş, poliklinikanin işçiləri "xxxx" QSC-nin işçilərinin uşaqlarına tibbi xidmət göstərmişdir. “X21” MMC-nin “X72” ASC-yə çevrilməsindən sonra da işçilərin maaşların müəyyən bir dövr ərzində "xxxx" QSC tərəfindən ödənilmişdir. Hazırda da məhz həmin QSC-nin uşaqlarına tibbi xidmət göstərmələrinə baxmayaraq 2019-cu ilin yanvar ayının 1dən etibarən əmək haqqı məvacibləri ödənilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kollegiyaya ünvanladığı sorğuya cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan ünvan 2 ünvanında yerləşən "X21" MMC "X72" ASC-yə çevrilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 161s nömrəli sərəncamı ilə "X72" ASC AR Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir, sərəncama əlavədə göstərilən obyektlərin balansa götürülməsi və qorunub saxlanılması ilə bağlı zəruri tədbirləri həyata keçirmək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə tapşırılmışdır. Bu obyektlərin siyahısında Uşaq poliklinikası birbaşa göstərilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 26 iyun 2021-ci il tarixli fərmanı ilə, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında “X14 və Koordinasiya Mərkəzi” yaradılmışdır. Sonda Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X.İ.İbrahimov iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-c il tarixli Fərmanın icra edilməsi istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə "xxxx" QSC–nin tabeliyində olan “X21" MMC “X72” ASC-yə çevrilmişdir, eyni zamanda Azərbaycan Respublikası Nazirlət Kabinetinin 17 aprel 2020-ci il tarixli Sərəncamına əsasən “X72” ASC Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir, Əmlak Məsələləri Dövlət Komitəsi ilə “X21” MMC-nin işçiləri o cümlədən iddiaçılar arasında hər hansı əmək münasibəti mövcud olmamışdır, Əmlak Məsələləri Dövlət Komitəsi işəgötürən deyildir. Sonda X.İ.İbrahimov qeyd etdiklərinin nəzərə alınmasını, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.H.Hüseynova iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli Sərəncamına əsasən “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə "xxxx" QSC-nin tabeliyində olan “X21” MMC “X72” ASC-ya çevrilmişdir, həmin Sərəncamın 7-ci bəndinə əsasən “X21” MMC-nin balansında olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanında yerləşən Uşaq poliklinikası və X13 tərkibindən çıxarılaraq mövcud normativ-hüquqi aktlara uyğun olaraq ayrıca özəlləşdirilməsi qərara alınmışdır. Sərəncamın 8-ci bəndi ilə Uşaq poliklinikası və X76 Hissənin balansa götürülməsi və qorunub saxlanılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə həvalə edilmişdir, İXMİM-nin 12 dekabr 2018-ci il tarixli 272 və 13 fevral 2019-cu il tarixli 19 nömrəli Əmrləri ilə X76 Hissə MMC-yə çevrilir, Nizamnaməsi təsdiqlənir və Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X63 qeydiyyatı İdarəsində xx.xx.2019-cu il tarixli **********043 nömrəli çıxarışla ********** VOEN-lə dövlət qeydiyyatına alınır, qanuni təmsilçisi təyin olunur. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazovun “X72” ASC-yə ünvanlandığı 03 fevral 2020-ci il **********34 saylı məktubundan məlum olur ki, Əhmədli Tibbi sanirtar Hissənin bazasında MMC yaradıla bilib, Uşaq poliklinikasının qanuni təmsilçisi isə imtina etdiyi səbəbindən hüquqi şəxs qismində təsis edilməsi mümkün olmamışdır, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, həmin işçilər barədə “X72” ASC-nin xx.xx.2019-cu il tarixli 02 nömrəli Əmri mövcuddur. Belə ki, əmrin 2-ci bəndində göstərilmişdir ki, İnzibati təsərrüfat şöbəsinin Personal və əmək haqqı üzrə mütəxəssisinə Uşaq poliklinikasının “X72” ASC-nin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibb müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun olaraq tədbirlər görülməsi tapşırılmışdır. Həmin əmrin 3-cü bəndində Sədr müavini və baş mühasibə X72” ASC-nin tərkibindən çıxarılmış obyektlərin təhvil verilməsi ilə əlaqədar zəruri tədbirlərin həyat keçirilməsi tapşırılması qeyd olunmuşdur. Lakin həmin vaxtdan bu Əmrlə bağlı hec bir tədbir görülməmiş və qanunvericiliyə zidd olaraq çalışan işçilərin adları elektron-hökumət portalından çıxarılmamışdır. “X77” ASC isə ləğv olunduğu üçün həmin işçilərin adları sistemdən çıxarıla bilmir, elektron sistemə diqqət edilsə həmin işçilərin adı 2017-ci ildən işə qəbul olunmuş kimi göstərilib, MMC ASC-yə 2018-ci ildən çevriləndə sistemdə yalnız müəssisənin adı dəyişdirilib, Uşaq poliklinikası faktiki olaraq əvvəl yerləşdiyi Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanında öz fəaliyyətini heç bir vergi ödənişi, kassa əməliyyatı olmadan davam etdiriblər, hətta uşaqlara peyvənd belə vuraraq özləri üçün qanunsuz pul qazanıblar, onların fəaliyyət göstərməsini məhkəmə prosesində özləri də etiraf ediblər, hətta iddia ərizəsində belə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin işçilərinin uşaqlarına tibbi xidmət göstərmələrini qeyd etmişlər, uşaq poliklinikasının işçiləri ilə Gömrük Komitəsi ilə əmək müqaviləsi bağlamamışlar, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında uşaq şöbəsi yoxdur, həmçinin onlarla bağlı təhvil-təslim zamanı heç bir məlumat və ya hər hansı bir sənəd təqdim olunmadığı üşün işçiləri işə qəbul etmək qeyri mümkündür, Uşaq poliklinikasının işçiləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin arasında hər hansı bir əmək müqaviləsi mövcud deyil və 10 dəqiqə olsa da belə həmin işçilər Gömrük Hospitalında fəaliyyət göstərməyiblər. Sonda R.H.Hüseynova qeyd etdiklərinin nəzərə alınmasını, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı5 iş yerinin adı “X72” ASC, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il tarixi, əmək müqaviləsinin qutardığı tarix xx.xx.2020-ci ildir, işçinin əmək haqqı 260 manatdır, vəzifəsi uşaq poliklinikasında tibb qeydiyyatçısıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı4 iş yerinin adı “X72” ASC, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il tarixi, əmək müqaviləsinin qutardığı tarix xx.xx.2020-ci ildir, işçinin əmək haqqı 260 manatdır, vəzifəsi tibb qeydiyyatçısıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı2 iş yerinin adı “X72” ASC, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il tarixi, əmək müqaviləsinin qutardığı tarix xx.xx.2020-ci ildir, işçinin əmək haqqı 125 manat, vəzifəsi tibb bacısıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı3 iş yerinin adı “X72” ASC, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il tarixi, əmək müqaviləsinin qutardığı tarix xx.xx.2020-ci ildir, işçinin əmək haqqı 260 manat, vəzifəsi həkim, pediatrdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı1 iş yerinin adı “X72” ASC, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2018-ci il tarixi, əmək müqaviləsinin qutardığı tarix xx.xx.2020-ci ildir, işçinin əmək haqqı 571 manat, vəzifəsi uşaq poliklinikasının baş həkimidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı6 iş yerinin adı “X72” ASC, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2017-ci il tarixi, əmək müqaviləsinin qutardığı tarix xx.xx.2020-ci ildir, işçinin əmək haqqı 260 manat, vəzifəsi sahə həkimi-pediatrdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-672/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, X48, X8, X10, İddiaçı3, X26, X42, X16, X49, İddiaçı6, X43, X1, X4, İddiaçı5, X17, İddiaçı2, X11, X29, Yüzbaşıyeva Kəmalə Rüstəm qızının, X2, X3, X18, X19, X20, X38, İddiaçı4, X23 və X30 cavabdeh "xxxx" QSCyə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və “X72” ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «məvacibin ödənilməsi» tələbinə dair iddiaları təmin edilməmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı1, X64, X22, X27, İddiaçı3, X26, X55, X33, X66, İddiaçı6, X56, X6, X15, İddiaçı5, X34, İddiaçı2, X28, X46, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, X7, X12, X35, X36, X37, X51, İddiaçı4, X44 və X47 "xxxx" QSC–nin “X21" MMC ilə əmək müqaviləsi bağlayaraq həmin Cəmiyyətin balansında olan Uşaq Poliklinikasında işə qəbul edilmişlər, sonradan “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 saylı fərmanının 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli 550S saylı sərəncamına əsasən “orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin Siyahısı” təsdiq edilmiş, Nazirlər Kabinetinin sözügedən sərəncamına əsasən Cəmiyyətin Sosial İnkişaf İdarəsinin tabeliyində fəaliyyət göstərən “X21” da özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısına daxil edilmiş və qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə ələqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında Cəmiyyətin təsisçiliyi ilə “X21" MMC yaradılmışdır. Qeyd edilən MMC (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilmiş və Komitənin 2018ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X21” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X72” ASC-yə çevrilmiş və 22 may 2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Müvafiq sərəncama əsasən yeni yaradılmış “X72” ASC-nin "xxxx" QSC ilə heç bir hüquqi münasibəti qalmamış, “X21” MMC-nin “X72” ASC-yə çevrilməsi və dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X21” MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilmişdir. "xxxx" QSC tərəfindən 12 iyun 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X21” MMC-nin Cəmiyyətin strukturundan çıxarılması haqqında 139 saylı əmr verilmiş və qeyd olunan əmrə əsasən, “X21” MMC – nin “X72" ASC-yə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılmış və 12 iyun 2018-ci il tarixli 139 saylı əmrə müvafiq olaraq, “X21” MMC-nin Uşaq Poliklinikasının Baş həkimi İddiaçı1 ilə əmək müqaviləsinə xitam verilməsi barədə 13 iyun 2018-ci il tarixli 63-k saylı əmr verilmiş və xx.xx.2018-ci il tarixdə İddiaçı1 “X72” ASC-nin baş həkimi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin "xxxx" ASC haqqında xx.xx.2018-ci il tarixli 12 №-li Sərəncamının surətindən görünür ki, “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 saylı fərmanının icrasını təmin etmək məqsədilə "xxxx" QSC-nin tabeliyində olan “X21” MMC, "xxxx" ASC-yə çevrilmişdir. Həmin Sərəncamın 6.1.1-ci bəndinə əsasən, 1 ay müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada “Bakı Kaspian Hospital“ ASC-nin sədrinin təyin edilməsi ilə bağlı təkliflərin hazırlanıb təqdim edilməsi, 7-ci bəndinə əsasən isə, bu sərəncama əlavədə göstərilən obyektlər, onun tərkibindən çıxarılaraq mövcud normativ hüquqi aktlara uyğun olaraq özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Həmin Əlavədə isə, “X21” MMC-nin balansından çıxarılaraq ayrıca özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısı kimi “Uşaq poliklinikası” və “X76 hissə”, ünvan ünvan 3ərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X63 Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli **********00 №-li “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” Bildirişin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ********** № ilə dövlət qeydiyyatına alınmış “X72” Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İş materiallarında olan “X72” Açıq Səhmdar Cəmiyyətinin 02 №-li xx.xx.2019-cu il tarixli əmrinin surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli 12 №-li Sərəncamının icrasını təmin etmək məqsədilə inzibati təsərrüfat şöbəsinin Personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) X72” Açıq Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılması əmr edilmişdir. İş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət müəssislərinin İdarəetmə Mərkəzinin 12 dekabr 2018-ci il tarixli 272 №-li Əmir ilə, yuxarıda qeyd edilən Sərəncamın 7 və 8-ci bəndləri nəzərə alınaraq, “X76 hissə”nin əmlakının bazasında eyni adlı “X76 hissə” MMC təsis edilməklə, nizamnaməsi təsdiq edilmişdir. İş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və xidmət müəssislərinin İdarəetmə Mərkəzinin 13 fevral 2019-cu il tarixli 19 №-li Əmrinə əsasən, “X76 hissə” MMC-yə lisenziya alındıqdan sonra 5 gün müddətində “X76 hissə” MMC-nin strukturu və ştat cədvəlinin təqdim olunması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli 161 №-li sərəncamı əsasında “Bakı Kaspian Hospital“ ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 16 iyul 2020-ci il tarixli 24 №-li Sərəncamında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmiş “Bakı Kaspian Hospital“ ASC-nin ləğv edilməsinə kömək göstərilməsi barədə sonuncunun müraciəti nəzərə alınaraq, “Bakı Kaspian Hospital“ ASC ləğv edilmişdir. Həmin sərəncamın 2-ci bəndində isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına uyğun olaraq ləğvetmə komissiyasının təyin edilməsi və s. məsələlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə həvalə olunmuşdur. İş materiallarından görünür ki, “Bakı Kaspian Hospital“ ASC-nin ləğv edilməsi və s. məsələlər ilə bağlı Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci il tarixli 1000/151 №-li Sərəncamı verilmiş, “Bakı Kaspian Hospital“ ASC-nin ləğv edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində ləğvetmə komissiyası yaradılmışdır. Həmin Sərəncamın 2.4-cü bəndində cəmiyyətin işçilərinin hüquq və mənafelərinin qorunması üçün onların əmək haqqı üzrə yaranmış borcların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinin təşkil edilməsi, 3-cü bəndində cəmiyyət ləğv edildikdən sonra onun mövcud ştat vahidləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospital ştat vahidlərinə əlavə edilməsi, 4-cü bəndində isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalın ştat cədvəlinə daxil edilmiş ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Uşaq poliklinikasının baş həkimi və kollektivinin üzvlərinə ünvanlanmış 25 iyun 2021-ci il tarixli 2800-013/0xx-xx/0002 saylı məktubun surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli 12 №-li Sərəncamına əsasən "xxxx" QSC-nin tabeliyində olan “X21” MMC, "xxxx" ASC-yə çevrilmişdir. Həmin Sərəncamın 7-ci bəndində “X21” MMC-də yaradılmış özəlləşdirmə komissiyasının təklifi nəzərə alınaraq Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanında yerləşən Uşaq poliklikasının “X21” MMC-nin tərkibindən çıxardılaraq ayrıca özəlləşdirilməsi qərara alınmışdır, eyni zmanada Sərəncamın 8-ci bəndi ilə Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət müəssislərinin X54 poliklinikasının balansa götürülərək, qorunub saxlanmasına dair zəruri tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır. Göstərilənlərə əsasən, tədbirlərin görülməsinin Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin səlahiyyəti xaricində olduğu bildirilmişdir. “Elektron Məhkəmə” İnformasiya sistemindən görünür ki, hazırda iddiaçılarla “X72” ASC (ləğv prosesindədir) arasında mövcud əmək müqavilələri qüvvədədir. İş materiallarında olan 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞB/9-00364 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçıların nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçılar "xxxx" QSC–nin “X21" MMC ilə əmək müqaviləsi bağlayaraq həmin Cəmiyyətin balansında olan Uşaq Poliklinikasında müvafiq olaraq baş həkim, həkim və tibb bacısı vəzifələrinə işə qəbul edilmişdirlər, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli 12 №-li Sərəncamı əsasında “X21” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X72” ASC-yə çevrilmiş və 22 may 2018-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir, həmin Sərəncamın 7-ci bəndinə əsasən, bu sərəncama əlavədə göstərilən obyektlərin - “Uşaq poliklinikası” və “X76 hissə”nin onun tərkibindən çıxarılaraq mövcud normativ hüquqi aktlara uyğun olaraq özəlləşdirilməsi nəzərdə tutulmuşdur, müvafiq sərəncama əsasən yeni yaradılmış “X72” ASC-nin "xxxx" QSC ilə heç bir hüquqi münasibəti qalmamış, “X21" MMC-nin “X72” ASCyə çevrilməsi və dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X21" MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilmişdir, "xxxx" QSC tərəfindən 12 iyun 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X21" MMC-nin Cəmiyyətin strukturundan çıxarılması haqqında 139 saylı əmr verilmiş və qeyd olunan əmrə əsasən, “X21" MMC-nin “X72” ASCyə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılmışdır, Əmlak Məsələləri Dövlət Komitəsi İstehsal və Xidmət müəssislərinin İdarəetmə Mərkəzinin 12 dekabr 2018-ci il tarixli 272 №-li Əmri ilə, yuxarıda qeyd edilən Sərəncamın 7 və 8-ci bəndləri nəzərə alınaraq, “X76 hissə”nin əmlakının bazasında eyni adlı “X76 hissə” MMC təsis edilməklə nizamnaməsi təsdiq edilmiş, “Uşaq poliklinikası” özəlləşdirilməmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli 161 №-li sərəncamı əsasında “Bakı Caspian Hospital“ ASC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 №-li Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmiş “Bakı Kaspian Hospital“ ASC-nin ləğv edilməsinə kömək göstərilməsi barədə sonuncunun müraciəti nəzərə alınaraq “Bakı Caspian Hospital“ ASC ləğv edilmişdir, həmin sərəncamın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına uyğun olaraq ləğvetmə komissiyasının təyin edilməsi və s. məsələlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə həvalə olunmuşdur, “Bakı Caspian Hospital“ ASC-nin ləğv edilməsi və s. məsələlər ilə bağlı Dövlət Gömrük Komitəsinin 24 iyul 2020-ci il tarixli 1000/151 №-li Sərəncamı verilmiş, “Bakı Caspian Hospital“ ASC-nin ləğv edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində ləğvetmə komissiyası yaradılmışdır, həmin Sərəncamın 2.4-cü bəndində cəmiyyətin işçilərinin hüquq və mənafelərinin qorunması üçün onların əmək haqqı üzrə yaranmış borcların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinin təşkil edilməsi, 3-cü bəndində cəmiyyət ləğv edildikdən sonra onun mövcud ştat vahidləri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospital ştat vahidlərinə əlavə edilməsi, 4-cü bəndində isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalın ştat cədvəlinə daxil edilmiş ştat vahidləri üzrə vəzifələrə əmək müqaviləsi əsasında işçilərin qəbul edilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur, hazırda iddiaçıların “X72” ASC (ləğv prosesindədir) ilə mövcud əmək müqavilələri qüvvədədir, iddia tələbi iddiaçıların əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın təmin edilməsi barədədir. Bununla belə, iddiaçıların əmək müqavilələrinə xitam verilməsini, onların son haqq-hesabının aparılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, “X21" MMC-nin (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbisanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin idarəetməsinə verilməsini və Komitənin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X21" MMC-nin yenidən təşkil edilməsini, təsisçi Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X72” ASC-yə çevrilməklə 22 may 2018-ci il tarixdə dövlət qeydiyyatından keçməsini, “X21" MMC-nin “X72” ASC-yə çevrilməklə dövlət qeydiyyatından keçərək fəaliyyətə başlaması ilə əlaqədar olaraq “X21" MMC-nin Cəmiyyətin strukturundan çıxması ilə bağlı əmr verilməsini, bununla da, müvafiq sərəncama əsasən yeni yaradılmış “X72” ASC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ləğv edilməsini və Uşaq poliklinikanın əməkdaşları və ona dair əmək münasibətləri üzrə sənədlərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təhvil verilməməsini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıların iddiasına cavab verməli olan orqan deyildir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıların iddiasına cavab verməli olan orqan olmadığından iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı hissədə təmin edilə bilməz. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, “Bakı Caspian Hospital“ ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 №-li Sərəncamı əsasında ləğv edildiyindən “Bakı Kaspian Hospital“ ASC-nin işçilərinin də əmək müqavilələrinə, Sərəncam verildiyi xx.xx.20220-ci il tarixdən xitam verilməlidir. Məhkəmə, digər cavabdehə münasibətdə hesab edir ki, “Bakı Caspian Hospital“ ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 iyul 2020-ci il tarixli 24 №-li Sərəncamı əsasında ləğv edildiyindən, bundan irəli gələn, o cümlədən əmək münasibətləri üzrə məsələlərə də (əmək müqaviləsinə xitam verilməsi, son-haqq hesab və digər ödənişlərin yerinə yetrilməsi və s.) onun tərəfindən həll edilməlidir. Bundan başqa, “Bakı Caspian Hospital“ ASC-nin 02 saylı “Əmri”nin 1 və 2-ci bəndlərinə əsasən də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamını nəzərə alaraq “Bakı Caspian Hospital“ ASC-nin tərkibində fəaliyyət göstərən Əhmədli Sanitar hissə və Uşaq Poliklinikasının ayrılıqda özəlləşdirilməsi məqsədi ilə balansdan çıxarılması, inzibati təsərrüfat şöbəsinin Personal və əmək haqqı üzrə mütəxəssisinə (Z.Budaqova) X72” Açıq Səhmdar Cəmiyyətinin tərkibindən çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini sədr ilə bağlayan həmin tibbi müəssisələrinin işçiləri barəsində qüvvədə olan qanunvericiliyə daxili sənədlər və müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi tapşırılması nəzərdə tutulmuşdur ki, bu da əmrdən irəli məsələlər üzrə ASC-nin idarəetməsində olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehliyini bilavasitə şərtləndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 3-cü hissəsinə əsasən, heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq- ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçiarasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquqvə vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına aid edilmişdir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 83-cu maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinə əsasən, müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Həmin Məcəllənin 61.12-ci maddəsinə hüquqi şəxsin ləğvi bu barədə qeydin X63 reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı4 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı2 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı1 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, İddiaçı5 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı6 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı3 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə 16 iyul 2020-ci il tarixdən xitam verilməli, onların 16 iyul 2020-ci il tarixədək son haqq-hesabları aparılmalı, iddia digər cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı4 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı2 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı1 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, İddiaçı5 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı6 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı3 ilə “X72” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə 16 iyul 2020-ci il tarixdən xitam verilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 16 iyul 2020-ci il tarixədək son haqq-hesabları aparılsın. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 (yüz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. İddia digər cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə münasibətdə rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar