Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1357/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İlkin iddiaçı, ilkin iddiaçının vəkili-nümayəndəsi Nümayəndə, qarşılıqlı iddiaçının vəkili-nümayəndəsi Vəkil, X2 iştirakı ilə, İlkin İddiaçı Cavabdeh qarşı aliment tələbi, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 235 manat, ümumilikdə 470 manat alimentin, ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddətdir cavabdehlə ayrılmışlar və faktiki olaraq, ayrı-ayrı yaşadıqları üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-4492/2023-nömrəli qətnaməsinə əsasən, cavabdehlə aralarında olan və 10 iyun 2006-cı ildə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan olan 24 mart 2009-cu ildə doğulmuş X10 və 12 iyun 2012-ci ildə doğulmuş X9 onun himayəsində saxlanmışdır. Cavabdeh başqa bir kişi ilə ailə qurmuşdur. O, indiyə kimi uşaqlarla maraqlanmamış, onlara maddi cəhətdən köməklik göstərməmiş, tərbiyəsində iştirak etməmişdir. Uşaqlara tək baxır, onların qayğısına qalır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X5 himayəsinə verilməsi, onun saxlanılması üçün uşaqlar üçün yaşayış minimumu olan 246 manat sabit pul məbləğinin hər ay İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qızı Humay Şükürova onun yanında qalmaq istəyir, məhkəmə zamanı isə onu dindirmədən qərar vermək qeyri-mümkündür. Bu səbəbdən iddia ərizəsinin icraata qəbul edilməsi, qızı 12 iyun 2012-ci il təvəllüdlü X5 himayəsinə verilməsi, onun saxlanılması üçün uşaqlar üçün yaşayış minimumu olan 246 manat sabit pul məbləğinin hər ay İddiaçı tutularaq ödənilməsi zərurəti yaranmışdır. Daha sonra Cavabdeh iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 himayəsinə verilməsi, onların saxlanılması üçün uşaqlar üçün yaşayış minimumu olan 246 manat sabit pul məbləği olmaqla ümumilikdə 592 manat pul vəsaitinin hər ay İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, uşaqların bir-birindən ayrılması tövsiyyə edilmir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddiaçı və ilkin iddiaçının vəkili-nümayəndəsi ilkin iddia tələbini müdəfiə edərək, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddiaçının vəkili-nümayəndəsi qarşılıqlı iddianı müdafiə edərək, məhkəmədən qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 iştirakı ilə dindirilmiş X10 atasının, X9 isə anasının yanında qalmaq istədiklərini bildirmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamlərin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 atası İddiaçı, anası Cavabdehdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-4492/2023nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2006-cı tarixdə qeydə alınmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılması qət edilmişdir. Xətai rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci tarixli rəyindən və xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X5 ataları İddiaçı himayəsində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 hal-hazırda atası İddiaçı bağlılığı üzə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmamışdır. xx.xx.2012-ci il təvəllüdlü X5 hal-hazırda anası Cavabdeh və İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. Ailədaxili münasibətlərdə mövcud olan gərginlik uşaqlar- X10 və X5 emosianal-iradi sferasına və valideynlərinə olan münasibətlərə neqativ təsir göstərmişdir. xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X5 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmamışdır. xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X5 bir-birinə bağlılıqları, hissi-emosianal tələbatları yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları emosianal-iradi sferasına neqativ təsir göstərə bilər. Tətbiq edilən hüquq: Ailə Məcəlləsi: 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.3. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, eləcə də ekspert rəyini, tərəflərin izahatlarını və uşaqların fikrini nəzərə almaqla, ilk öncə uşaqların hansı valideynin himayəsində saxlanılması məsələsinə qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.2009-cu il təvəllüdlü X10 atasının himayəsində saxlanılmalı, xx.xx.2012-ci il təvəllüdlü X9 isə atanın himayəsindən alınaraq anasının himayəsinə verilməlidir. X7 atasının himayəsində saxlanılmalı olmasını məhkəmə belə əsaslandırır ki, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində uşaqların hər ikisinin atanın himayəsində saxlanılması məqsədəuyğun hesab edilmişdir, ekspert rəyində isə onun anaya ümumiyyətlə, bağlılığının olmaması, atasına bağlı olması qeyd edilmişdir. Məhkəmə iclasında dindirilmiş X7 16 yaşı tamam olmuşdur, o, qətiyyətlə atasının yanında qalmaq istədiyini bildirmişdir və ekpert rəyindən aydın olur ki, o, öz fikrini ifadə edərkən kənar təsirə məruz qalmamış və müstəqil olmuşdur. X5 ananın himayəsinə verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində uşaqların hər ikisinin atanın himayəsində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Bununla belə ana Qəyyumluq və Himayəçilik Komissiyasının iclasında iştirak etmiş, mənzil-məişət şəraitinin yoxlanılması üçün şərait yaratmış və müayinə aktı tərtib edilmiş, aktdan görünür ki, ananın mənzil-məişət şəraitində uşaqların mənafeyi üçün uyğun olmayan hər hansı hal aşkar olunmamışdır. Ekspert rəyindən isə müəyyən olunur ki, X5 anasına bağlılığı daha çoxdur. Məhkəmə həmçinin nəzərə alır ki, X9 nikah pozularkən məhkəmə qətnaməsi ilə atanın himayəsinə verilsə də, uzun müddətdir ki, faktiki olaraq anası ilə yaşayır. Məhkəmə iclasında dindirilmiş X9 qətiyyətlə anasının yanında qalmaq istədiyini bildirmişdir. O, məhkəmə iclasında iki dəfə dindirilmişdir. İlk dəfə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dindirilərkən Humay anası ilə yaşamaq istədiyini, anası ilə xoşbəxt olduğunu bildirmişdir. İkinci dəfə, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında, yəni, ilk dinləmənin üzərindən 4 aya yaxın müddət keçdikdən sonra dindirilən Humay fikrində heç bir dəyişiklik olmadığını, faktiki olaraq anası ilə yaşadığını və anası ilə yaşamağa davam etmək istədiyini bildirmişdir. X5 13 yaşı tamam olmuşdur və ekspert rəyi ilə müəyyən olunur ki, o, fikrində müstəqildir, hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsirə məruz qalmamışdır. Ekspert rəyində X10 və X5 bir-birinə bağlılıqları, hissi-emosianal tələbatlarının yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamalarının emosianal-iradi sferalarına neqativ təsir göstərə biləcəyi qeyd edilsə də, məhkəmə hesab edir ki, 10 yaşı tamam olmuş və kənar psixoloji təsirə məruz qalmadan öz fikirlərində sərbəst olan uşaqların hər birinin öz seçimlərinə uyğun olaraq və ekspert rəyinə əsasən bağlılıqları daha çox olan valideynin yanında saxlanılması hazırki vəziyyətdə onların mənafeyinə daha uyğundur. Aliment tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, ilkin və qarşılıqlı iddia ərizələrindən görünür ki, tərəflərin heç biri digər tərəfin qazancının (başqa gəlirlər) daha çox olmasına əsaslanaraq, qazancdan və ya başqa gəlirlərdən aliment tutulmasını tələb etməmiş, iddia ərizələrinin məhkəməyə təqdim edildiyi vaxt üçün uşaqların yaşayış minimumuna uyğun olaraq sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflərdən hər biri ilə bir uşaq saxlanıldığından onların hər biri birgə nikahdan doğulmuş uşaqlarının saxlanılmasında bərabər iştirak etmiş olur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, aliment tələbinə dair ilkin iddia və aliment tələbinə dair hissədə qarşıqlı iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X9 atası İddiaçı himayəsindən alınaraq anası Cavabdeh himayəsinə verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərci cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X3 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-1357/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1357/2025
10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver