Məhkəmə qərarları › İş №e-2(011)-1495/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1495/2022

17.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1495/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı X8 yanında qalması, 18 yaşına çatana qədər hər ay cavabdeh X6 719.00 manat, üstəgəl vəkilə ödədiyi 202.00 manatın cəmi 921.00 manatın tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 11.03.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən uşağın adı X2 qeyd edilməsini xahiş etmişdir. Həmçinin həmin məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, azyaşlı X1 üçün cavabdehin gəlir və əmək haqqından 25% həcmində müəyyən etməklə 719 manat, ustəgəl vəkilə ödədiyi 200 manat məbləği, cəmi 921 manat müəyyən etməklə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh X14 ilə yaşadığı faktiki nikah münasibətlərindən 26 avqust 2017-ci il tarixdə X10 adlı oğlan uşağı anadan olmuşdur, faktiki nikahdan anadan olmuş həmin uşağın atası kimi cavabdehin özü tərəfindən könüllü qaydada tanınmış və doğum faktı Xətai Rayon Qeydiyyat İdarəsində doğum haqqında akt qeydləri kitabında 25 sentyabr 2017-ci il tariixdə 5037 nömrə altında qeydə alınmışdır, cavabdeh uşaq anadan olandan sonra 2021-ci ilin oktyabr ayına qədər alimenti könüllü qaydada ödəsə də, həmin tarixdən etibarən hazırki vaxta qədər aliment ödəməkdən imtina etmişdir və hazırki vaxta qədər könüllü olaraq aliment ödəməkdən imtina etməkdə davam edir, faktiki nikahdan anadan olmuş uşaq doğulandan, hazırda da özü ilə yaşayır, uşaq tam kommunal şəraitli mənzildə yaşayır və o, ana qayğısı ilə tərəfindən tam təmin edilmişdir, hərbi xidmət üzrə cavabdehin əmək haqqı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş 11 oktyabr 2021-ci il tarixli, 4/1177 nömrəli arayışa görə 1492,96 manat təşkil edir, pensiya və təqaüd alır, cavabdehdən əvvəllər əldə etdiyi məlumata görə hərbi qulluqçu kimi onun aldığı əlillik pensiyasının, müharibə veteranı qismində və QAZİ kimi təyin edilmiş Prezident təqaüdü qismində aldığı gəlirlərin cəmi 1500 manat civarında məbləğ təşkil edir, beləliklə hərbi qulluqçu kimi cavabdehin aldığı vəzifə maaşının məbləği 1492.00 manat və aldığı əlillik pensiyası, qazi və Prezident təqaüdü qismində aldığı pensiya və müavinətlərin məbləği isə ümumulikdə 1386 manat təşkil edir, beləliklə cavabdehin vəzifə maaşı və digər gəlirlərin məbləği cəmi 2878 manat təşkil etdiyi halda bir uşaq üçün tələb edilən alimentin məbləği 719 manat təşkil edir, həmçinin uşaq hüquqlarının və mənafeyini müdafiə etmək üçün bu prosesə vəkil cəlb etmişdir və göstəriləcək hüquqi yardıma üçün tərəfindən 202 manat 13 saylı Vəkil bürosunun bank hesabına köçürmüşdür, bu məbləğ uşağın uşağın hüquq və maraqlarının müdafiəsinə yönəldiyindən cavabdehdən alınıb ona ödənilməlidir, iddiaçı Socar-da xadimədir, 397 manat maaş alır, cavabdeh evə hər ay uşağın saxlanması üçün pul vermiş, əlavə olaraq da 80 manat pensiyadan yardım etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək, sonda iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, 26 avqust 2017-ci il tarixdə anadan olmuş X5 atası kimi qeydi doğum haqqında qeydlər kitabında yazılmışdır, 5 saylı Bakı “Asan” Xidmət Mərkəzinin qeydiyyat şöbəsindən təqdim edilmiş arayışdan da göründüyü kimi də başqa ailə üzvləri var, arvadı X12 uşaqları X20, X15, X3 Cahangir Kamil oğlu, həmin uşaqlardan ikisi hələ yetkinlik yaşına çatmamışdır, hazırda ümumi gəliri 1492 manat maaş + 350 manat əlillik pensiyasıdır, mübahisə olanadək iddiaçıya hər ay 300 manat pul vermişdir, əməliyyatdan sonra uşaq pis olduğu üçün onu bağçaya qoymuşdurlar, bağçaya da ödəniş etmişdir, lakin həmin pulu borc almışdır, 2020-ci ilin avqust ayından əlildir, 80 manat əlilliyə görə pensiya alır, onu da uşağa verirdi, belə ki, həmin pensiya kartı 8 ay müddətində iddiaçıda olmuşdur. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qiymətləndirilməsindən də göründüyü kimi hərbi əməliyyatlar dayandırıldıqdan sonra aparılan döyüş əməliyyatları nəticəsində alınmış zədələnmələr mina partlanması travması sol aşağı ətrafın baldırın yuxarı 1\3 səviyyəsindən travmatik qopması diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin qorunması səbəbi ilə ikinci dərəcəli əlillik verilməklə kompleks müalicə təyin edilmişdir, müalicəsinin bir qismi “Yaşat” Fondu tərəfindən malliyələşdirilərək Türkiyə Respublikasında aparılsa da, əsas qismi cavabdehin öz vəsaiti ilə dövlətin ayırdığı əlilik müavinəti 350 AZN və əmək haqqı 1492,96 AZN hesabına təmin edilir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin qorunması zaman göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə cavabdeh “Cəsur döyüşçü “medalı ilə təltif edilmiş, xidməti Müdafiə Nazirliyinin orden və medalları ilə qiymətləndirilmişdir, iddia tələbində qeyd edilən 713, manat aliment tələbi reallığı əks etdirməməklə, iddiaçının subyektiv mülahizəsinə əsaslanır, iddia tələbi qismən təmin edilməklə 200 manat məbləğində aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 340830 saylı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 26.08.2017-ci ildə vətəndaş İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarında olan 2 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 072908 nömrəli doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 26.08.2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarında olan Cəlilabad rayon Kürdlər kənd icra nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnəmənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X12 29.01.1999-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Duniyev, arvada Duniyeva soyadı verilmişdir. İş materiallarında olan Cəlilabad rayon Kürdlər kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı 457511 nömrəli doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 24 may 2001-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 03.11.2001-ci il tarixdə 69 nömrə ilə qeydiyyat aparılmışdır. Atası Cavabdehdur, anası X7r. İş materiallarında olan Cəlilabad rayon Kürdlər kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı 457612 nömrəli doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 29 aprel 2004-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Atası Cavabdehdur, anası X7r. İş materiallarında olan Cəlilabad rayon Kürdlər kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 315356 nömrəli doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 03 iyul 2009-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. Atası Cavabdehdur, anası X7r. İş materiallarında olan AR Müdafiə Nazirliyi tərəfindən 13 saylı Vəkil Bürosuna ünvanlanmış məktubun surətindən görünür ki, Cavabdeh aylıq pul təminatı gəlir vergisi və DSMF-na ödənişlər çıxıldıqdan sonra 1492 manat 96 qəpik təşkil edir. İş materiallarında lan 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstiyusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə 350 manat məbləğində Prezident təqaüdü alır, təyinatın bitmə tarixi 31.08.2026-cı ildir. İş materiallarında olan 6 saylı DOST mərkəzi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh müharibə ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə aylıq 350 manat məbləğində Prezident təqaüdü alır, təyinatın bitmə tarixi 31.08.2026-cı ildir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı maaşı 397.00 manatdır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh İİ qrup müharibə əlillərinə görə 350 manat sosial ödəniş alır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh əlilliyə görə 381,8672 manat pensiya alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi 03.02.2022-ci il tarixli ********** saylı Əlillik haqqında Arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstiyusiya quruluşunun müdafiəsi ilə əlaqədar 25.08.2021-ci il tarixdə 5 il müddətinə İİ qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə sənəddən görünür ki, Cavabdeh 25.08.2021-ci il tarixdə ikinci dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” X11 tərəfindən verilmiş 03.02.2022-ci il tarixli 780 №-li Arayışdan görünür ki, Cavabdeh barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 03.02.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir : arvad: X12, uşaq: X20, uşaq: X15, uşaq: X16, uşaq: X9. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı faktiki nikahdan 26.08.2017-ci il təvəllüdlü X9 anadan olmuşdur, uşaq hazırda ananın himayəsindədir, iddiaçının aylıq maaşı 397 manat, cavabdehin aylıq əmək haqqı 1492 manatdır, onun uşağın saxlanması üçün məhkəmə mübahisəsinədək ödədiyi məbləğ aylıq 380 manat həddində olmuşdur, cavabdehin başqa rəsmi nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları var, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, uşağın saxlanılmasına görə cavabdehdən alimentin aylıq qazanca görə tutulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanılmasına cəlb edilməli olan şəxsin aylıq qazancını, aliment ödəməli olan şəxsin himayəsində başqa iki yetkinlik yaşına çatmayan uşaqların olmasını, onun İİ qrup əlil, həmçinin davamlı müalicədə olmasını nəzərə alaraq, qanunvericliklə 1 uşağa görə qazanca və başqa gəlirlərə görə dörddə bir hissədə tutulmalı olan aliment miqdarının qismən azaldılmasını mümkün sayır və bu məqsədlə də tutulan aliment payını 1/5 hissədə müəyyən edir. Alimentin tutulması vaxtına münasibətdə məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi ilə 17.01.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti də iddia ərizəsinin verildiyi həmin tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 26.08.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 17.01.2022-ci il tarixdən hesablanmaqla, hər ay onun qazancının 1/5 hissəsində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 26.08.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 17.01.2022-ci il tarixdən hesablanmaqla, hər ay onun qazancının və başqa gəlirlərinin 1/5 hissəsində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar