Məhkəmə qərarları › İş №e-2(011)-1580/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1580/2024

15.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1580/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti İdarəsinə qarşı “əmək haqqına əlavələrin, ezamiyyə xərclərinin və işvaxtından artıq işlərə cəlb olunmasına görə ödənişlərin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzindən İddiaçı xeyrinəAzərbaycan Respublikasının Nazirlər Kabineti 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən ödənilməli olan 35.061 manat məbləğində pul vəsaitinin, "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il, 14 nömrəli qərarınaəsasən 4.368 manat məbləğində ezamiyyə xərclərinin, 2280 saat iş vaxtından artıq vaxtda işə cəlb olunduğu müddətin ödənilməmiş əmək haqqını təşkil edən 14.455,20 manat məbləğində pul vəsaitinin, hər gecikdirilmiş gün üçün (cəmi 278 gün) əmək haqqının (839.43 manat) 1 faizi məbləğində (8,39 manat), cəmi 2.332,42 manat məbləğində pul vəsaitinin, 30.000 manat mənəvi zərərin kompensasiyasının, vəkilə ödənilmiş 700 manat xidmət haqqının, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat xərcin və poçt göndərişlərinə görə sərf olunmuş 6,26 manat məbləğin, ümumilikdə 86.982,88 manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin “Xahiş edirəm” hissəsinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 mart 2020-ci il tarixli, 112 nömrəli qərarına əsasən ödənilməli olan 35.061 manat məbləğində pul vəsaitinin, "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il, 14 nömrəli qərarına əsasən 4.368 manat məbləğində ezamiyyə xərclərinin, 2.280 saat iş vaxtından artıq vaxtda işə cəlb olunduğu müddətin ödənilməmiş əmək haqqını təşkil edən 14.455,2 manat məbləğində pul vəsaitinin, hər gecikdirilmiş gün üçün (cəmi 278 gün) əmək haqqının (839.43 manat) 1 faizi məbləğində (8,39 manat), cəmi 2.332,42 manat məbləğində pul vəsaitinin, 30.000 manat mənəvi zərərin kompensasiyasının, vəkilə ödənilmiş 700 manat xidmət haqqının, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat xərcin və poçt göndərişlərinə görə sərf olunmuş 6,26 manat məbləğin, vəkilə verilmiş etibarnaməyə görə ödənilmiş 17,25 manat dövlət rüsumunun, ümumilikdə 87.000,13 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, dövlət orqanlarının və onların tabeliyində olan qurumların cavabdeh olduğu mübahisələr inzibati mübahisələr olduğundan, həmin tələblərə aidiyyatı üzrə inzibati məhkəmələrdə baxılır. Hazırkı tələbin araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh Tibb Xidməti İdarəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan dövlət orqanıdır. Və iddiaçı zabit olmaqla rütbəli şəxsdir. Belə olan halda işə mülki icraat qaydasında baxıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə Xətai Rayon Məhkəməsində baxıla bilməz və hazırkı işin baxılması inzibati məhkəmənin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Sadalanan qanunvericilik aktları normasına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında mövcud olan mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia tələbinə xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti İdarəsinə qarşı “əmək haqqına əlavələrin, ezamiyyə xərclərinin və işvaxtından artıq işlərə cəlb olunmasına görə ödənişlərin edilməsi” tələbi üzrə iddiasına dair e-2(011)- 1580/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar