Məhkəmə qərarları › İş №e-2(011)-164/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-164/2025

01.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-164/2025 01.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə İddiaçı cavabdeh Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə qarşı “ əmək haqqı tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə qarşı – gecə vaxtı işlədiyi müddət üçün ödənilməyən 75000 manat məbləğində əmək haqqının, habelə tərəfimdən ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı gecə vaxtı işlədiyi müddət üçün ödənilməyən 161300 manat məbləğində əmək haqqı və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı xx.xx.2011-ci ildə Türkiyə Respublikasının “X6 X5 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı“X6” Nümayəndəliyinə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixədək qeyd edilən vəzifədə işləmişdir. İddiaçı bildirir ki, işlədiyi 12 ildən artıq müddətdə qüsursuz fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə dəfələrlə təşəkürnamə, diplom və fəxri fərmanlarla təltif edilmişdir. İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 4.18-ci maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Həmin müqavilənin 4.19 və 4.20-cimaddələrinə əsasən iş vaxtı 09:00 başlanır, saat 18:00 qurtarır. Nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir. İddiaçı qeyd edir ki, əmək müqaviləsində qanuna uyğun olaraq iş vaxtı müəyyənləşsə də işlədiyi müəssisənin rəəhbərinin təzyiqi ilə onun əməyi istismar edilmiş, onu iş vaxtından artıq, gecə saatlarında məcburi işə çıxartmışdır. Hər dəfə etiraz etdikdə gecə işlədiyi üçün əmək haqqı verəcəklərini, razı olmadığı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən çıxaracağı ilə hədələmişlər. Onun başqa gəlir yeri olmadığı üçün məcburiyyət qarşısında qalıb işləmişdir. İş materiallarına əlavə edilmiş “Sosial arayış”dan görünür ki, iş vaxtı 09:30-17:30, nahar fasiləsi isə 12:30-13:30 kimi müəyyənləşdirilmişdir. Lakin buna baxmayaraq cavabdeh müqavilə şərtlərini və qanunvericilik normalarını pozaraq əməyini istismar etmişdir. Ərizəyə əlavə etdiyi iş cədvəlindən də göründüyü kimi əmək haqqı ödənilmədən gecə vaxtları iddiaçının əməyi istismar edilmişdir. Etiraz etdikdə buna görə də əmək verəcəklərini bildirmişlər, lakin hazırki vaxtadək heç bir ödəniş edilməmişdir. Gecə vaxtı işlədiyi müddətə ona 75.000 manat əmək haqqı ödənilməli olduğu halda heç bir ödəniş olmamışdır. Artıq iddia etirazlarını görüb, baş ofisə çağıraraq iddiaçıya təzyiq altında ərizə yazdırıb işdən azad etdilər. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki, İddiaçı xx.xx.2011-ci ildə Türkiyə Respublikasının “X6 X5 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X6” Nümayəndəliyinə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.2023-cü il tarixədək qeyd edilən vəzifədə işləmişdir, iddiaçı işdən çıxdıqdan sonra arasında bağlanmış əmək müqaviləsinin 4.18-ci maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Həmin müqavilənin 4.19 və 4.20-ci maddələrinə əsasən iş vaxtı 09:00 başlanır, saat 18:00 qurtarır. Nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir. Lakin iddiaçı əmək müqaviləsində qanuna uyğun olaraq iş vaxtı müəyyənləşsə də işlədiyi müəssisənin rəhbərinin təzyiqi ilə iddiaçının əməyi istismar edilmiş, iddiaçını iş vaxtından artıq, gecə saatlarında məcburi işə çıxartmışdırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci bəndinə əsasən saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 iyul 2001ci il tarixli, 9-1 qərarı ilə təsdiq edilmiş “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə izahat”ın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çox növbəli iş rejiminə görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" 5 aprel 2001ci il tarixli 74 nömrəli qərarına əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çox növbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Habelə ekspertiza rəyi ilə razı olduqlarını , tərəflərindən təqdim edilmiş sübutlarının həqiqiliyini, mötəbər sübular hesab edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, xx.xx.2011-ci ildə Türkiyə Respublikasının “X6 X5 Sözləşməsi” şirkətinin Azərbaycan Respublikasındakı “X6” Nümayəndəliyinə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.2023-cü il tarixədək qeyd edilən vəzifədə işləmişdir, iddiaçı işdən çıxdıqdan sonra arasında bağlanmış əmək müqaviləyə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməli idi. Həmin müqaviləyə əsasən iş vaxtı 09:00 başlanır, saat 18:00 qurtarır. Nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir. Lakin o əmək müqaviləsində qanuna uyğun olaraq iş vaxtı müəyyənləşsə də işlədiyi müəssisənin rəhbərinin təzyiqi ilə iddiaçının əməyi istismar edilmiş, iddiaçını iş vaxtından artıq, gecə saatlarında məcburi işə çıxartmışdırlar. İddiaçı bildirdi ki, bu hala etiraz etdikdə gecə işlədiyi üçün əmək haqqı verəcəklərini, razı olmadığı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxaracağı ilə hədələmişlər, onun da başqa gəlir yeri olmadığı üçün məcburiyyət qarşısında qalıb işləmişdir. Sübutlarla bağlı qeyd etmişdir ki, şirkət hər zaman ona mail vasitəsi ilə iş tapşırıqlarını göndərmiş, habelə maliyyə uçot vərəqləri də exceldə qrafik formada tərtib edilmiş formada möhürsüz, ştampsız, imzasız şəkildə , şirkətin rəsmi mail hesabı ilə ona göndərilmişdir, ekspertizaya da həmin sənədlər təqdim olunmuşdur. Halhazırda təqdim edilən sənədlərlə şirkətə yaxınlaşıb digər işçilərin sənədlləri ilə tutuşdurulsa hər hansı fərq müəyyən olunmayacaqdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, “pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi iddiaçı 12 illik dövrü əhatə edən ödənişlərlə bağlı iddia tələbi irəli sürür ki, iddia müddətinin ötürülməsi bu halda açıq-aşkardır. Bu səbəblə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməlidir, iddia müddəti mübahisənin ətraflı araşdırıla bilməsi və iddiaçıların bu məsələdə daha intizamlı olması üçün əhəmiyyətli hüquqi mexanizmdir, iddia müddətinə riayət edilməsinin bir praktiki əhəmiyyəti də iddiaçının niyyətini anlamaqdır, belə ki, gecə vaxtı işlərə görə iddiaçının 12 il ərzində tələbini açıq şəkildə dilə gətirməsi və buna rəğmən gecə vaxtı işlərə görə ona əlavə əmək haqqı ödənilmədiyi halda bu vəziyyətə iddiaçının 12 il işləməsi ağlabatan deyildir.Ona görə də iddia müddəti tətbiq edilərsə, iddiaçıya yalnız 5 ay 5 gün müddəti üçün ödəniş hesablana bilər, həmçinin məhkəməyə təqdim edilmiş və ekspertizanın aparıldığı mail vasitəsi ilə göndərilmiş, üzərində hər hansı möhür, ştamp, imza olmayan sənədlərin mötəbər sübut kimi sayılmamasını xahiş etdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan sosial arayışdan görünür ki, Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyində xx.xx.2011-ci il tarixdən işləyən xx.xx.1982-ci il təvəllüdlü İddiaçı iş rejimi 5 günlük iş həftəsi, iş saatları 09:30-17:30, nahar fasiləsi 12:30-13:30 radələri qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 60 manat məbləğində pul vəsaiti 2 saylı Mediasiya Təşkilatına ödənilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış, tərəflərindən münasibət bildirmələri mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞB/2-0157/2024 saylı Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı medisiya sessiyasında iştirak edərək 60 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan mailto:easgarov@thy.comElektron ünvan hesabı ilə HUBİRROPS@THY.COM/ GYDOPS@THY.COM hesabları arasındakı mail göndərişlərdən görünür ki, 02 sentyabr, şənbə 03:28, TK1957/2 sep İMOGİNE LAWRENCEİMO və TK1963/ 2sep Hasanov Yunus bildirşi göndərilmişdir. İş materiallarında olan mailto:easgarov@thy.comElektron ünvan hesabı ilə HUBİRROPS@THY.COM/ GYDOPS@THY.COM hesabları arasındakı mail göndərişlərdən görünür ki, 02 sentyabr, şənbə 03:49, TK1357/2 sep REDENDOG PROİETFERNANDEZ VİDALCABO bildirşi göndərilmişdir. İş materiallarında olan mailto:easgarov@thy.comElektron ünvan hesabı ilə HUBİRROPS@THY.COM/ GYDOPS@THY.COM hesabları arasındakı mail göndərişlərdən görünür ki, 02 sentyabr, şənbə 04:26, TK1957/2 sep JOHNSON CHARLES bildirşi göndərilmişdir. İş materiallarında olan mailto:easgarov@thy.comElektron ünvan hesabı ilə HUBİRROPS@THY.COM/ GYDOPS@THY.COM hesabları arasındakı mail göndərişlərdən görünür ki, 03 sentyabr, şənbə 23:45, TK337 /qalxış saatı 03:45 və TK7703 qalxış saatı 06:15 bildirşi göndərilmişdir. İş materiallarında olan mailto:easgarov@thy.comElektron ünvan hesabı ilə HUBİRROPS@THY.COM/ GYDOPS@THY.COM hesabları arasındakı mail göndərişlərdən görünür ki, 04 sentyabr, şənbə 02:21, TK7703 qalxış saatı 05:55 bildirşi göndərilmişdir. İş materiallarında olan mailto:easgarov@thy.comElektron ünvan hesabı ilə HUBİRROPS@THY.COM/ GYDOPS@THY.COM hesabları arasındakı mail göndərişlərdən görünür ki, 10 sentyabr, şənbə 03:43, TK1973/10sep Muradov Muslim bildirşi göndərilmişdir. İş materiallarında olan mailto:easgarov@thy.comElektron ünvan hesabı ilə HUBİRROPS@THY.COM/ GYDOPS@THY.COM hesabları arasındakı mail göndərişlərdən görünür ki, 19 avqust, şənbə 21:25, təyyarədə 6 ədəd spor silahı , bulka yüklənmiştir, sərnişinlərin davam uçuşu var, Racınkas Tk 903985, Sanchez TK 905004, Kıldeh TK 905511 Tasevski TK 9058870/TL 906070 bildirşi göndərilmişdir. İş materiallarında olan mailto:easgarov@thy.comElektron ünvan hesabı ilə HUBİRROPS@THY.COM/ GYDOPS@THY.COM hesabları arasındakı mail göndərişlərdən görünür ki, 20 avqust, şənbə 02:52, təyyarədə 20 ədəd spor silahı , bulka yüklənmiştir, sərnişinlərin davam uçuşu var, X7 935792, Watndal Erik TK 935789 bildirşi göndərilmişdir. İş materiallarında olan qrafiklərdən görünür ki, işçilərin iş rejimi müəyyən edilmiş, gecə və gündüz növbələri qeyd olunmuşdur. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə 7 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2020-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə 14 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmiş və mövcud vəziyyəti nəzərə alaraq məzuniyyət pulunun gec ödənilməsinə etiraz etməmişdir və xx.xx.2020-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə 10 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmiş və mövcud vəziyyəti nəzərə alaraq məzuniyyət pulunun gec ödənilməsinə etiraz etməmişdir və xx.xx.2020-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə 10 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2021-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə 7 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2021-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə 14 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2021-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə 10 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2021-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə 15 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2022-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə 10 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2022-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə 14 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2022-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 18 nömrəli əmrdən görünür ki, İddiaçı barəsində intizam tənbehi tətbiq edilmiş, Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən işçiyə töhmət verilmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə 2 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2022-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə 10 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2022-ci il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyi tərfindən verilən xx.xx.2023-cü il tarixli, 55 saylı əmrdən görünür ki, ərizəsi əsasında Əsgərov X3 Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinin satış və nəqliyyat məmuru vəzifəsindən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən xx.xx.2023-cü il tarixdə azad edilmişdir. işçinin işlədiyi günlərin əmək haqqı ödənişi, ödənilməmiş məzuniyyət haqları son haqq-hesab olaraq həyata keçirilməsi mühasibə tapşırılmışdır. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2023-ci il tarixli ərizədən görünür ki, xx.xx.2023-ci il tarixdə 12 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2023-cü il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2023-ci il tarixli ərizədən görünür ki, xx.xx.2023-ci il tarixdə 7 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2023-cü il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarında olan Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinə İddiaçı tərəfindən verilən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə 8 gün müddətinə məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir və xx.xx.2023-cü il tarixli əmr ilə məzuniyyət ərizəsi təsdiqlənmişdir. İş materiallarınd olan, əmək müqaviləsindən görünür ki, Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyi ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, işçiyə hər ay 1967,50 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşmadan görünür ki, işçiyə hər ay 2210 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşmadan görünür ki, işçiyə hər ay 1020 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə razılaşmadan görünür ki, işçiyə hər ay 1946,50 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşmadan görünür ki, işçiyə hər ay 2210 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşmadan görünür ki, işçiyə hər ay 2261 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əlavə razılaşmadan görünür ki, işçiyə hər ay 1550 ABŞ dolları ekvivalentinə bərabər məbləğdə tarif maaşı məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4246/2024 saylı qərardadı əsasında keçirilmiş "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 0192 saylı mütəxəssis rəyindən görünür ki, tam işlənilmiş aylar 143 ay olmaqla mövcud olan aylra görə gecə növbəsində orta aylıq əmək haqqı 1128,38 manat təşkil etdiyindən, ümumilikdə, yuvarlaq hesabla 161300 manat təşkil etmişdir. Həmin rəydə aparılan hesablamalardan görünür ki, : 2022-ci il tarix üzrə: 01.2022- 48 saat gecə növbəsi, almalı olduğu məvacib 1055,04 manat, 02.2022- 56 saat gecə növbəsi, almalı olduğu məvacib 1113,28 manat, 03.2022- 48 saat gecə növbəsi, almalı olduğu məvacib 1117,44 manat, 06.2022- 85 saat gecə növbəsi, almalı olduğu məvacib 1689,80 manat, 07.2022- 69 saat gecə növbəsi, almalı olduğu məvacib 1437,27 manat, 08.2022- 76 saat gecə növbəsi, almalı olduğu məvacib 1307.20 manat, 09.2022- 60 saat gecə növbəsi, almalı olduğu məvacib 1078,80 manat, 10.2022- 60 saat gecə növbəsi, almalı olduğu məvacib 1130,40 manat, 11.2022- 56 saat gecə növbəsi, almalı olduğu məvacib 1107,68 manat, 12.2022- 64 saat gecə növbəsi, almalı olduğu məvacib 1151,36 manat, 2023-cü il tarix üzrə: 01.2023- 63 saat gecə növbəsi, almalı olduğu məvacib 1384,74 manat 02.2023-44 saat gecə növbəsi, almalı olduğu məvacib 870,32 manat, 03.2023 - 49 saat gecə növbəsi, almalı olduğu məvacib 1140,72 manat 05.2023- 40 saat gecə növbəsi, almalı olduğu məvacib 753,20 manat, 06.2023 - 40 saat gecə növbəsi, almalı olduğu məvacib 879,20 manat, 07.2023 - 75 saat gecə növbəsi, almalı olduğu məvacib 1413,00 manat, 08.2023 - 78 saat gecə növbəsi, almalı olduğu məvacib 1342,38 manat, 09.2023 - 66 saat gecə növbəsi, almalı olduğu məvacib 1243,44 manat, Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o 20 il Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyində satış üzrə mütəxəssis vəzifəsində işləmişdir, onun iş rejimi çoxnövbəli olmuşdur, həm gecə, həm də gündüz işləmişlər, onlara hər zaman əvvəlcədən exceldə qrafik formada tərtib edilmiş tapşırıqlar mail vasitəsi ilə təqdim olunmuşdur, məhkəmənin göstərdiyi qrafikdən də göründüyü kimi ilk cərgədə onun adı qeyd olunmuşdur, hər növbədə 9-10 işçi olurdu, Elvin də işə daxil olduğu andan onunla birgə gecə növbələrində işləmişdir, onların iş rejimi bunu tələb edirdi, məsələn 5 təyyarələri olub onun 3-ü gecə , 2-si gündüz eniş edirdi, 300-ə yaxın səfər olurdu, işçilərdə növbə ilə gecə-gündüz enişlərə müşaiyət etməli idi, bunu müdriyyət tələb edirdi, gecə işə gedilməməsi qeyri mümkün idi, onlara indiyə qədər həmçinin Həmidbəyin dövründə də mail vasitəsi ilə verilən sənədlərdə heç vaxt möhür, ştamp, imza olmamışdır, şirkətin rəsmi mail ünvanından gəlirdi, onun işlədiyi 20 il müddətində 5 dəfə müdriyyət (İbrahim Aslan, Seyfullah bəy, Nejdet bəy, Fatih Güvən, sonuncu isə Həmidbəy) dəyişmişdir. Əvvələrdə işçilərlə birlikdə gecə növbəsi işlədiklərinə görə məhkəməyə müraciət etdikdə, müdriyyət onları yığıb izah etmişdirki, bu pulu verməyə imkan yoxdur, o vaxt məsələ elədə qaldı, şahid qeyd etdi ki, 27,08.2024-cü il tarixdə işdən ayrılmışdır, işdən ayrılan zaman ona gecə işlədiyi dövr üçün ödənişlər olmamışdır, gələcəkdə tələb etmək niyyətindədir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X1 izahatında bildirdi ki, "xxxx" MMC ilə əvvəllər, həmçinin rəy verdiyi dövrdə də partnyorluq etmişdir, onlar tərəfindən sənədlər ona təqdim edimiş o da həmin sənədlər əsasında rəyi təqdim etmişdir, iddiaçının tələbi ilə bağlı məlumatı olmamışdır, exceldə qrafik formada təqdim edilmişdir, sənədlərin üzərində hər hansı möhür, ştamp, imza olmamışdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası ƏM-nin 2-ci maddəsinin 1-3-cü hissələrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərləişəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcələnin 3-cü maddəsinin 1-3-cü ,4-cü və 5-ci hissələrinə əsasən, müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək münasibətləri– əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 83 maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135 maddəsinin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 154 maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156 maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 166-cı maddəsinin 1-ci hissəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 83-cü maddəsinin 4-cü bəndindən görünür ki, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən, əmək haqqının verilməsi müddətləri:

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndindən görünür ki. işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmetinə daxildir. Həmin Məcəllənin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Həmin Məcəllənin 290-cı maddəsinə əsasən 1-ci bəndindən görünür ki, fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır.

Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin, şahidin və ekspertin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, əmək müqaviləsindən görünür ki, Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyi ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, işçiyə hər ay 1967,50 manat məbləğində əmək haqqı ödənilməsi qeyd edilmişdir. Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyi tərfindən verilən xx.xx.2023-cü il tarixli, 55 saylı əmrdən görünür ki, ərizəsi əsasında Əsgərov X3 Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyinin satış və nəqliyyat məmuru vəzifəsindən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən xx.xx.2023-cü il tarixdə azad edilmişdir. İşçinin işlədiyi günlərin əmək haqqı ödənişi, ödənilməmiş məzuniyyət haqları son haqq-hesab olaraq həyata keçirilməsi mühasibə tapşırılmışdır. Göründüyü kimi işəgötürən və işçilər arasında əmək müqaviləsi bağlanmış, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, işçilər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmişlər, lakin işəgötürən tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəssinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunan Məcəllənin 166-cı maddəsinin 1-ci hissəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Sadalanan qanunvericilik aktlarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı gecə vaxtı işlədiyi dövr ərzində onlara ödənilməmiş əmək haqqını cavabdehdən məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4246/2024 saylı qərardadı əsasında keçirilmiş "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 0192 saylı mütəxəssis rəyindən görünür ki, tam işlənilmiş aylar 143 ay olmaqla mövcud olan aylra görə gecə növbəsində orta aylıq əmək haqqı 1128,38 manat təşkil etdiyindən, ümumilikdə, yuvarlaq hesabla 161300 manat təşkil etmişdir. İş materiallarında olan, mail göndərişləri və qrafik cədvəllərindən görünür ki, işçi gecə vaxtı işlərə cəlb olunmuşdur. Həmçinin bu halı məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi izahatında təsdiqləmişdir. Cavabdeh tərəfindən iddia tələbini təkzib edən sübut, dəlil, fakt və ya arqumentlər məhkəməyə təqdim edilməmişdir.Odur ki, məhkəmə mütəxəssiz rəyini əsaslı hesab edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Lakin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı hər ay əmək haqqı alarkən hüququnun pozulduğunu bildiyi halda, məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixə qədər hazırki tələblə bağlı halları mübahisələndirməməklə, həmin tarixdən bir ildən əvvəlki dövrə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Hazırki tələb əmək haqqı ilə bağlı pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Sadalanan qanunvericilik aktlarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli, iddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən bir ildən əvvəlki dövr hesablanaraq, gecə vaxtı işlədiyi müddət üçün ödənilməyən 5631,22 manat məbləğində pul vəsaiti (05.2023- 40 saat gecə növbəsi, almalı olduğu məvacib 753,20 manat, 06.2023 - 40 saat gecə növbəsi, almalı olduğu məvacib 879,20 manat, 07.2023 - 75 saat gecə növbəsi, almalı olduğu məvacib 1413,00 manat, 08.2023 - 78 saat gecə növbəsi, almalı olduğu məvacib 1342,38 manat, 09.2023 - 66 saat gecə növbəsi, almalı olduğu məvacib 1243,44 manat,) cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri: AR Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddiaların məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, 300 manat məbləğində mütəxəssis rəyinin dəyəri cavabdeh Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyindən tutularaq Meyar Ekspertiza MMC-sinin xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçının 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyindən gecə vaxtı işlədiyi müddət üçün ödənilməyən 5631, 22 (beş min altı yüz otuz bir manat, iyirmi iki qəpik) manat məbləğində əmək haqqı və ödənilmiş 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 5691,22 (beş min altı yüz doxsan bir manat, iyirmi iki qəpik) manat pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. 300 (üç yüz) manat məbləğində mütəxəssis rəyinin dəyəri cavabdeh Türkiyə Respublikasının "X6 X5 Sözleşmesi" Şirkətininin Azərbaycan Respublikasındakı "X6" Nümayəndəliyindən tutularaq Meyar Ekspertiza MMC-sinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar