Məhkəmə qərarları › İş №e-2(011)-1652/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(011)-1652/2022

26.01.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(011)-1652/2022 26.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə ünvan 1 ünvanında yerləşən Kreditor MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə əmr icraatı qaydasında baxaraq müəyyən etdi: Kreditor MMC Borclu qarşı “borc tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Kreditor MMC-dən 26 oktyabr 2020-ci il tarixli R0005424 saylı alğı-satqı müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 629 manat olan 030 Xiaomi/00800 X1 8 4/128 markalı əşyanı almışdır. Borclu 26 noyabr 2020-ci il tarixdən başlayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 53 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, borclu tərəfindən cəmi 479 manat ödəniş edilmişdir. Ona görə də borcludan 150 manat əsas, 15 manat cərimə və 100 manat dövlət rüsumunun, cəmi 265 manat pulun Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş olunur. İş materiallarından görünür ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 26 oktyabr 2020-ci il tarixli R0005424 saylı müqaviləsinə əsasən alıcı Kreditor MMC-dən 629 manat dəyərində əşya almışdır. Borclunun hazırda 150 manat əsas borcu və 15 manat cərimə borcu vardır. Kreditor MMC tərəfindən məhkəmə əmrinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 50 saylı evin 14 saylı mənzilində qeydiyyatda olan Borclu 150 (yüz əlli) manat əsas borc və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 165 (yüz altmış beş) manat və 100 (bir yüz) manat dövlət rüsumu, cəmi 265 (iki yüz altmış beş) manat pul vəsaiti Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar