Məhkəmə qərarları › İş №e-2(011)-1665/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1665/2025

17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1665/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində 1852 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Daha sonra isə aralarında baş verən anlaşılmazlıqlara görə ailə münasibətləri davam etdirə bilməmiş, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-363/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində 1852 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında, xx.xx.2012-ci il təvəllüdlü X3 atası İddiaçı yanında saxlanılması, xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Övladı xx.xx.2012-ci il təvəllüdlü X7 uzun müddətdir ki, iddiaçının yanında qalır və Cavabdeh bir valideyn olaraq öhdəliyini yerinə yetirmir. İddiaçı bir ata kimi digər övladlarına qarşı aliment öhdəliyini yerinə yetirsə də, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 üçün heç bir addım atmır. Məhz belə olan halda Cavabdeh bir valideyn kimi övladının maddi tələbatlarını ödəməli, borcunu yerinə yetirməlidir. İddiaçı həmçinin məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, xx.xx.2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, onun gəlirləri və maddi vəziyyəti aliment ödəməyə imkan vermir. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-363/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində 1852 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında, xx.xx.2012-ci il təvəllüdlü X3 atası İddiaçı yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X4 cavabdehin yanında qalmaqla, onların saxlanması üçün iddiaçıdan aliment tutulmuş, xx.xx.2012-ci il təvəllüdlü X7 isə iddiaçının yanında saxlanmışdır. Sonuncunun saxlanılması üçün aliment müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı yanında qalan uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış və məhkəmə qətnaməsi ilə iddiaçının yanında qalması müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü X3 təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda mövcud iqtisadi vəziyyəti və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, onun yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə tərəflərin uşaqlarının təminat səviyyələrinin uyğunlaşmasının təmin edilməsi məqsədilə nəzərə alır ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-363/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər uşağa 200 manat məbləğində tutulan aliment məbləği həmin dövrdə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (345 manat) 0,58 misli həddindədir. Həmin dövrdə uşaqların saxlanılması üçün yaşayış minimumu – 235 manat təşkil edirdi. Hazırda uşaqların saxlanılması üçün yaşayış minimumu 246 manat, minimum əmək haqqı 400 manat təşkil edir. İşin bütün hallarını, uşaqların və tərəflərin ümumi mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği nəzərə alınmaqla, cavabdehdən M.Əlizadənin saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə xx.xx.2012-ci il təvəllüdlü X3 üçün tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan (xx.xx.2024) başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, alimentin tutulması barədə qətnamə dərhal icra edilməlidir. Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar